AZADLIQSEVƏN Qafqaz, şahinlərin yuvası, azadlıqsevən insanların doğma yurdu (R.Rza); AZADPƏRƏST Xalqın azadpərəst oğlu silinməz yaddan (S.Rüstəm); AZADPƏRVƏR ..bunların hamısından sonra azadpərvər insanlarda da belə bir düşüncə, yəni üstün olmaq düşüncəsi vardır (M.S.Ordubadi); HÜRRİYYƏTPƏRƏST (köhn.) ..Hal-hazırda hürriyyətə çalışınız, hürriyyətpərəstləri dost tutunuz.. (N.Nərimanov).