Azərbaycan dastanlarının leksikası

  • DÜRİŞMƏK

    Çalışmaq, cəhd etmək, vuruşmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • DÜRR-MİRVARİ ƏRƏB

    İnci, mirvari. (“Koroğlu” dastanının lüğəti) Eyni mənalı sözün təkrarı ilə yaranan mürəkkəb sözdür.  Həmzə baxıb gördü ki, gözlər piyalə kimi, yanaq a

    Tam oxu »
  • DÜRSİNMƏK

    Qorxmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • DÜSƏR FARS

    İkibaşlı, ikitərəfli. Mərifət bəhrində, ədəb-ərkanda Bir iyid istərəm lami-ləng ola. Atı Düldül ola, qılıncı düsər, Dayanmaz, qabaqda yüz nəhəng ola

    Tam oxu »
  • DÜŞ

    Bax: duş.

    Tam oxu »
  • DÜTA FARS

    1. Qoşa, iki dənə. 2. Bükülmüş, əyilmiş; ikiqat. Dastanda 2-ci mənada işlənir. Eşq əlindən namus-arım qalmadı, Nə bir səbrim, nə qərarım qalmadı, Qurb

    Tam oxu »
  • DÜYÜN1

    Toy, şənlik. (“Koroğlu” dastanının lüğəti) Toy, düyün, Möminə xanımı verdilər Koroğluya. (“Koroğlunun Dərbənd səfəri”) Dərd, kədər, qəm

    Tam oxu »
  • DÜYÜN

    Bax: dağ-düyün. Dörd yanımız bağça ola, bağ ola, Sinəm üstə düyün ola, dağ ola, Bir kiçik ki böyüyünə ağ ola, Düşər el gözündən, bəxtiyar olmaz

    Tam oxu »
  • EDİCƏK

    Edincə. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • EDİGƏC

    Edincə, etcək, edən kimi. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • ELACA

    Düşmən. (“Koroğlu” dastanının lüğəti) Koroğlu der, biz də düşdük selaca, İçimizdə törüyübdü elaca, Əlim yetməz Qıratınan qılıca, Mən bu kilisədə qaldı

    Tam oxu »
  • ELAT

    Bir yurdda, bir yerdə yaşayan camaat, xalq, el. (“Koroğlu” dastanının lüğəti) Biz elatıq, obalarımız isə dağın o tərəfındədi

    Tam oxu »
  • EMDİ

    İndi. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • EMRƏNMƏK

    Sevmək, istəmək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • ERÜŞDÜRMƏK

    Meydana gətirmək, (yara) açmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • ESLƏMƏK

    Dinləmək, itaət etmək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • EŞƏK

    Eşşək, ulaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • EŞMƏK

    Çapmaq, yortmaq (atı). (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • EVƏRMƏK

    Evləndirmək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • EVLÜ

    Evli, ailəli. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • EVLÜ EVİNƏ GƏLMƏK

    Hər kəsin yerinə qayıtması. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • EY

    Yaxşı. Ölüm eydir bu günlərə qalınca, Zindəykən murdəyə mən mehman oldum.                                           (“Dilsuz və Xəzangül”)

    Tam oxu »
  • EY-VALLA

    Bax: eyvalla. (“Koroğlu” dastanının lüğəti)

    Tam oxu »
  • EYHANA

    Bax: eyhəna. (“Koroğlu” dastanının lüğəti)

    Tam oxu »
  • EYHƏNA

    Olmaya, olmaya-olmaya, işdir, birdən. (“Koroğlu” dastanının lüğəti) İşdi eyhəna birdən tutulsam onda bir qurğu vurub Koroğlunu Bayazidə göndərəcəyəm

    Tam oxu »
  • EYİ

    Yaxşı. (“Koroğlu” dastanının lüğəti)

    Tam oxu »
  • EYİ OLMAQ

    Yaxşı olmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • EYİLİK

    Yaxşılıq. (“Koroğlu” dastanının lüğəti) Sənin ayağından öpməyə özümü layiq bilmirəm, heç olmasa, icazə verərdin, atının dırnağından öpərdim, bu eyilik

    Tam oxu »
  • EYLƏNMƏK

    Yola düzəlmək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • EYN ƏRƏB

    Göz, bəbək. Ağladıban gülən olsa, Eynim yaşın bilən olsa, Bir yar ki dərd bilən olsa, Qaş, göz işarəti neylər?!                (“Abbas və Gülgəz”)    

    Tam oxu »
  • EYN ƏRƏB

    Göz, bəbək. (“Koroğlu” dastanının lüğəti)  Koroğlunun eyni lap açıldı: – Sözünün axırını yaxşı gəldin, ay Aşıq Cünun! (“Mərcan xanımın Çənlibelə gəlmə

    Tam oxu »
  • EYNİ AÇILMAQ

    Qaş-qabağı açılmaq, kefi yaxşılaşmaq, dilxorluğu keçmək. (“Koroğlu” dastanının lüğəti)

    Tam oxu »
  • EYŞ-İŞRƏT ƏRƏB

    Kef, zövq-səfa. (“Koroğlu” dastanının lüğəti) Koroğlu Həmzə bəylə vidalaşıb yola düşdü. Xunis ellərindən bir mənzil uzaqlaşdıqdan sonra yol qırağında

    Tam oxu »
  • EYÜ

    Yaxşı. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • EYVALLA ƏRƏB

    1. Sağ ol, xudahafiz, Allah amanında. 2. Təşəkkür. 3. Yaxşı, əlbəttə, şübhəsiz, qoy belə olsun. (“Koroğlu” dastanının lüğəti) Mızrağının ucun salla, D

    Tam oxu »
  • EYVAN

    1. Köşk, qəsr. 2. Böyük otaq. 3. Balkon. (“Koroğlu” dastanının lüğəti) Dastanda 2-ci mənada işlənir. Namərdlər durar iraq, Mərdlər üçün arxa, dayaq, B

    Tam oxu »
  • ƏBA ƏRƏB

    Müsəlman ruhanilərinin və möminlərin üstdən geydikləri uzun kişi paltarı. (“Koroğlu” dastanının lüğəti) Elə ki tək qaldılar, Koroğlu əbanı və əmmaməni

    Tam oxu »
  • ƏBA-QƏBA

    ər. əba və qəba – üst geyimi Mollaların geydiyi uzun paltar, cübbə, don. (“Koroğlu” dastanının lüğəti) Yaxşısı budur ki, bu əba-qəbanı geyib buradan ç

    Tam oxu »
  • ƏBRİŞİM FARS

    İpək, ipək iplik. Sayat balam, o gözəllik səndədi, Sənin sərin taxtı-taca yaraşır. Əbrişimdən tikdirdiyim xələtlər, Qamətinə ucdan-uca yaraşır

    Tam oxu »
  • ƏBRİŞİM FARS

    İpək, ipək iplik. (“Koroğlu” dastanının lüğəti) Saç, tel sözlərinin epiteti kimi də işlənir: Paşa, sənə nişan verim Qıratı, Əbrişim ipəkdən yalı gərək

    Tam oxu »
  • ƏBRU FARS

    Qaş. Qurban olum sinəndəki turunca, Yetir sən dəstimi damana, Gülgəz! Aytək şölə salıb ayna qabağın, Əbruların bənzər kamana, Gülgəz!                

    Tam oxu »
  • ƏBRU FARS

    Qaş. (“Koroğlu” dastanının lüğəti) Eyvaz, məndən istədüyün, Canmıdur, başmıdur, nədür? Qurubsan əbrü-kamanı, Bilməm savaşmıdür, nədür?                

    Tam oxu »
  • ƏCƏM

    Ərəb olmayan xalqlara və onların nümayəndələrinə, xüsusən iranlılara, İran əhalisindən olan adamlara verilən ad

    Tam oxu »
  • ƏCƏM ƏRƏB

    Ərəb olmayan xalqlara və onların nümayəndələrinə, xüsusən İran əhalisinə verilən ad. (“Koroğlu” dastanının lüğəti) Yağı düşmən dörd bir yanım alıbdı,

    Tam oxu »
  • ƏCR ƏRƏB

    Bir iş müqabilində verilən əvəz; qarşılıq; cəza mənasında. Düşmanın ağlasın, dostların gülsün, Sənə zülm eyləyən əcrini bilsin! Söylə Ədil şaha, xəbər

    Tam oxu »
  • ƏCR ƏRƏB

    Bir iş müqabilində verilən əvəz; qarşılıq. (“Koroğlu” dastanının lüğəti)  İndi gərək mən tez şəhərə qayıdam ki, həm asılanda orada olam, həm də basdır

    Tam oxu »
  • ƏCRİNİ ÇƏKMƏK

    Cəzasını çəkmək.

    Tam oxu »
  • ƏCRİNİ ÇƏKMƏK

    Cəzasını çəkmək. (“Koroğlu” dastanının lüğəti)

    Tam oxu »
  • ƏDÜK

    Ayaqqabı, çəkmə, məst. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • ƏFƏNDİ

    ər., əsli: yunan 1. Oxumuş adamların, ruhanilərin adlarına qoşulan söz. 2. Ümumiyyətlə, hörmət bildirmək üçün işlənir

    Tam oxu »