ARANÇI – DAĞÇI Arançı qardaş, xoş gördük, oralarda nə var, nə yox? (İ.Şıxlı); Dağçı aran yerlərində çox qala bilməz
ARANLI – DAĞLI Sən elə anadangəlmə aranlısan. Xızı rayonundanam, dağlıyam, – deyə o cəld cavab verdi (S
ARDICIL – ARABİR Oğlu Tapdığın həyatı ardıcıl surətdə gəlib onun gözünün qabağından keçirdi (Ə.Əbülhəsən); Güləndam bacı onlara guşhuş ilə qulaq verib
ARDINCA – QABAĞINCA Məşədi Əsgərin ardınca ahəstə-ahəstə gedirdi (S.M.Qənizadə); Elə mən də sənin qabağınca evə gəlmişəm
ARXA – QABAQ Qabaq düşmən idi, arxa isə hər gün davam edən bombalama nəticəsində dağılırdı (Mir Cəlal)
ARXADAKI – QABAQDAKI O, məhkəmədə lap arxadakı skamyada, küncdə əyləşmişdi (C.Əmirov); Tutaq qabaqdakı qayalıqları; Oralar çox bərkdir (S
ARXAİK – YENİ Köhnəlmiş sözlər arxaik, təzə yaranan sözlər isə yeni sözlər adlanır
ARXAİZM – NEOLOGİZM Köhnəlmiş və ya dildən çıxmış söz və ya ifadələr arxaizm, dildə əmələ gəlmiş yeni söz və ya köhnə sözün almış olduğu yeni məna neo
ARXALI – KİMSƏSİZ Cahan xanım mahalda arxalı adam idi (M.İbrahimov); Hüseyn artıq arxasız və kimsəsiz bir yetimdir (S
ARXASINCA – QABAĞINCA Məstan birdən sıçrayıb qaçdı; Ala-bula da arxasınca qaçıb onu tutdu (A.Şaiq); Uşaqların marağı daha da artdığı üçün onlar Dursun
ARXASIÜSTƏ – ÜZÜQOYLU Arxasıüstə çarpayıda uzanan və şirin yuxuya gedən Aliyəyə yaxınlaşdı (C.Əmirov); Birbaşa otağa gedib soyundu, üzüqoylu yerinə yı
ARXASIZ – HAVADARLI Zöhhakı məhv edən Gavə yoxsul, arxasız bir dəmirçi idi (H.Cavid); O elə gəzir ki, elə bil alçaq dağları o yaradıb, havadarlıdır
ARXAYIN – NİGARAN Bu məsələ barəsində də arxayın ola bilərsən, dostum! (C.Əmirov); Zəng etdim ki, nigaran qalmayasınız (C
ARXAYINÇILIQ – NİGARANÇILIQ Yolçular öz xorultuları ilə çayçının ürəyindəki arxayınçılığı daha da möhkəmləndirdilər (M
ARXAYINLIQ – NARAHATLIQ Lakin arxayınlıq şəraitində nə qədər alışıb ehtiyat qazanmış olsa belə, ən xırda şey əsgəri narahat edirdi (Ə
ARIQ – TOTUQ Arıq oğlanın üzünə baxdı (Mir Cəlal); Sabah totuq üzünü çəkdirib salın yola (S.Rüstəm). ARIQ – YAĞLI Arıq xoruzun biri, gəlib keçdi irəli
ARLI – HƏYASIZ Gərək bir azca həlim, ədəb-ərkanlı olsun; Bir az arlı, namuslu, bir az vicdanlı olsun (X
ARSIZ – HƏYALI Arsıza bir sillə kar eləməz (Ata. sözü); Qızdan həyalı oğlana rast gəlmisən, şərbət olmamış nə olacaq (M
ARSIZLIQ – HƏYALILIQ Arsızlıqdan sanma ki, şişib dama dönmüşəm (S.Rüstəm); Həyalılığından rəng verib, rəng alırdı
ARTIQ – AZ Bacı, artıq söz lazım deyil (Ə.Haqverdiyev); Bacarmazsınız! Çünki milyonlardan yüz qat azsınız! (S
ARTIQLIQ – AZLIQ Nadir iztirabının artıqlığından bozarıb qızarırdı (B.Talıblı); Bu isə yenə ona etimadın azlığını göstərirdi (Ə
ARTIM – İTKİ Bu düyünün heç artımı yoxdur. İtki var bir eli yandırıb-yaxar (S.Vurğun)
ARTIRMAQ – AZALTMAQ Bu mənim dərdimi daha da artırdı (S.Vəliyev); Azalt, uzağı demirəm, elə ver Azərbaycanın Kəlbəcər rayonuna, ver o yerə ki, orada l
ARTMAQ – ƏSKİLMƏK Sənə bizdən salam, qurultayımız! Artır, əskilməyir bizim sayımız (S.Rüstəm)
ARVADAĞIZLI – CƏSARƏTLİ Səndə təqsir yoxdur, mənim arvadağızlı oğlumdadır (N.Vəzirov); Rüstəm kişinin qorxmaz və cəsarətli hərəkətləri
ARVADLIQ – KİŞİLİK Min kərə sənə demişəm ki, sən arvadsan, get arvadlığına, mənə öyüd-nəsihət vermə! (M
ARVADÜZLÜ – KİŞİÜZLÜ Arvadüzlü kişidən, kişiüzlü arvaddan əlhəzər (Ata. sözü)
ASAN – ÇƏTİN Şəkil çəkmək asandır, həyat yaratmaq çətindir (C.Cabbarlı)
ASILI – ASUDƏ Axı bu səndən asılıdır (S.Vəliyev); O, Bakıda asudə gəzəndə mən rahat ola bilərəm (C.Əmirov)
ASILILIQ – AZADLIQ Getdikcə Mirzə Valeh bir asılılıq, bir məhkumluq hiss edirdi (S.Rəhimov); Əsir üçün azadlıqdan yaxşı şey ola bilərmi? (S
ASİMAN – YER Könül pərvaz etdi, qalxdı havaya; Yer üzündən asimana yetişdi (M.P.Vaqif)
ASMAQ – GÖTÜRMƏK Gəldiyev sözünü bitirəndə cavab gözləməyib, telefonun dəstəyini asdı (Mir Cəlal); Haydı, çantanızı götürüb durun (S
ASTA – BƏRK Asta basar, bərk kəsər (Ata. sözü)
ASTALIQ – CƏLDLİK Astalıq adamı yerində saymağa vadar edir, cəldlik adamı gümrahlaşdırır
ASTAR – ÜZ Astar verəndə üz istəyir (Ata. sözü)
ASTARSIZ – ÜZSÜZ Maral astarsız kostyumunu götürdü (Ə.Əbülhəsən); Üzsüz yorğanı başına çəkdi
ASUDƏLİK – ASILILIQ Asudəlik istərsən dünyadan uzaqlaş sən (Heyran xanım); Asılılıq adamın gözünü kölgəli edir
AŞAĞI – YUXARI Aşağı tüpürürəm saqqaldır, yuxarı tüpürürəm bığ (Ata. sözü)
AŞKAR – XƏLVƏT Bu aşkar bir mətləbdir; bəyana ehtiyacı yoxdur (C.Məmmədquluzadə); Mən gərək sözümü Axund ağaya xəlvət deyim (Ə
AŞNA – DÜŞMƏN Baş üstə sizin murov mənimlə aşnadır (Ə.Haqverdiyev); Düşmən qüvvəsini bizim üstümüzə atır (S
ATEİZM – TEİZM C.Məmmədquluzadə Mirzə Fətəli Axundzadənin realizmi və ateizminin varisi olmuş (M.İbrahimov); Teizm dünyanın Allah tərəfindən yaradılıb
ATƏŞLİ – ÖLGÜN Gavə atəşli bir qəlblə inqilaba başladı... (H.Cavid); Zindandan çıxmışdı o qarı ölgün (A
ATILMAQ – DÜŞMƏK Atıl cəbhələrə aslanlar kimi (S.Vurğun); Bu səslər altında Zeynəb düşüb yerində oturdu (M
ATLI – PİYADA A kişi, gəzməyin elə bir ləzzəti piyada getməkdir, atlı getmək ləzzət verməz (Ə.Haqverdiyev)
ATMAQ – TUTMAQ Kim isə zəncirləri lom ilə yerə atır (M.İbrahimov); Usta gəmiçilər tufanda belə; Sükanı düz tutur öz əllərilə (S
ATMARALI – HƏYALI Güldəstə ilə Südabə rəfiqə olsalar da, bir-birindən fərqlənir: Güldəstə həyalı, Südabə atmaralıdır
ATÜSTÜ – ARAMLA Atüstü olsa da qısa bir söhbət; Dönür unudulmaz bir xatirəyə (S.Vurğun); Qaraca qız qalxıb aramla geyinməyə başladı (S
AVAM – MƏDƏNİ Görürəm ki, mədəni adamsınız (İ.Fərzəliyev); Naçalnik Qurbanəli bəyə cavab verdi ki, Kərbəlayı Qasım qanmır, avamdır (C
AVAMLIQ – MƏDƏNİLİK Əlbisəsinin tərzi, biçimi avamlığını... andırırdı (S.Hüseyn); Onlar Qasım əminin mədəniliyi sayəsində qaçdılar
AVAND – ASTAR Bu parçanın astarı avandından gözəldir