BAYĞIN – AÇIQ Almazın dalğın duruşu, bayğın baxışları, gizli göz yaşları Pakizəni heç açmırdı (A.Şaiq); Sabirin yazdığı şeirlərin çoxu açıq və sadə an
BAYRAM – YAS Xanın bayramıdır, elin yasıdır (S.Rüstəm)
BEHİŞT – CƏHƏNNƏM Pərvərdigara, belə müqəddəs kişi cəhənnəmə düşəndə bəs behiştə kim göndəriləcək? (Ə
BEHİŞTLİK – CƏHƏNNƏMLİK Onu bilirəm ki, behiştlik atan güclə yadımdadır (Çəmənzəminli); Dərvişsiz olan məmləkətin şöhrəti olmaz; Dünyası cəhənnəmlik o
BEKAR – İŞGÜZAR Ay qız, bekar dayanma, tez ol, onun cibindəki tapançanı çıxart (C.Əmirov); Muxtar Zeynalovu işgüzar və gözütox bir adam kimi tanıyırdı
BEKARÇILIQ – İŞGÜZARLIQ Bekarçılıqdan darıxıram (C.Əmirov); Çünki onu tanıyırdı, işgüzarlığına bələd idi (Mir Cəlal)
BƏD – ŞAD Şad xəbəri tez çatdırmağa heç vaxt tələsmir, bəd xəbəri tez deməyə ürəyi atlanır (F.Kərimov)
BƏDBƏXT – BƏXTİYAR Gərçi bu bədbəxt özü elmə həvəskardır (M.Ə.Sabir); Axırımız məsud, gələcəyimiz bəxtiyardır, – dedim (M
BƏDBƏXTLİK – BƏXTİYARLIQ Get-gedə kəndi kasıblıq və bədbəxtlik bürüyürdü (A.Şaiq); Körpə anasını itirdi birdən; Qanadı büküldü bəxtiyarlığın (Q
BƏDXAH – XEYİRXAH O vədə öz babalarının əməllərindən xəcalət çəkib xeyirxahları ilə bədxahlarını əlbəttə tanıyacaqdır (Ə
BƏDXAHLIQ – XEYİRXAHLIQ Lakin bir il sonra xanımın heç kəsə bədxahlıq edən adam olmadığını gördükdə.
BƏDXƏRC – QƏNAƏTCİL Arvadının niyə bu qədər tələbkar, bədxərc olduğuna dair suallara cavab tapa bilmirdi (Ə
BƏDXƏRCLİK – QƏNAƏTÇİLİK Bədxərclik və israfla, səxavət və əliaçıqlıq arasında fərq vardır (M.Talıbov); Qənaətçilik çox faydalıdır
BƏDLİK – YAXŞILIQ Lakin bədlikdən iki zırpı it də onlarla gəlirdi (M.Talıbov); Üç il bundan qabaq uşaqlar haqqında yaxşılıq indi də mənim yadımdan çıx
BƏDSİFƏT – GÜLƏRÜZ Bədsifət adamdır, qaşqabağından zəhər yağır. Həmişə gülərüz gördüyüm Səlim indi bomboz bozarmışdı
BƏXTƏVƏR – BƏDBƏXT Getmə, getmə, görüm kimin yarısan? Hansı bəxtəvərin vəfadarısan? (Aşıq Qurbani); Bu
BƏXTƏVƏRLİK – BƏDBƏXTLİK Dərdim var, ay başına dönüm, sirrim var, mən bəxtəvərlikdən buraya gəlməmişəm (B
BƏXTİQARA – XOŞBƏXT Bu qaragözlüləri bunca sevmişəm, Vahid! Nə yaxşı olmamışam bəxtiqarə, şükür olsun! (Ə
BƏLA – XOŞBƏXTLİK Kiçik bir xəta böyük bəlalar törədir (M.İbrahimov); Əfsus ki, yazıq Nurəddin üçün bu xoşbəxtlik çox çəkmədi (S
BƏLALI – UĞURLU O şair mədh edir min bir gülzarı; Bəlalı aşiği, sevdalı yarı (S.Vurğun); Mənim tərifimdən, ey uğurlu quş; Onun qəlbindəki tikanı qopar
BƏLƏD – NAŞI Dadaş... sən dediyin adamların heç birinə mən bələd deyiləm (C.Məmmədquluzadə); Necə naşı bağbanam ki; Bir çiçəyi mənim olmaz (M
BƏLƏDLİK – NAŞILIQ Döyüş işinə nəzəri cəhətdən o qədər bələdliyim yoxdur (Mir Cəlal); İndi, yoldaş, neçə il naşılıq eləyəcəksən? (Mir Cəlal)
BƏLƏKLİ – AÇIQ Bələkli iki körpə baş-ayaq nənnidə yatırdı (M.İbrahimov); Uşağın qundağı açıq idi
BƏLƏMƏK – AÇMAQ Sona sevə-sevə, oxşaya-oxşaya qızı Məryəmi bələyirdi (A.Şaiq); Süngülər açmayan yolu açdın; Qələmindən cavahirat saçdın (A
BƏRƏKƏTLİ – YARARSIZ Bu il rayonun, doğrudan da bərəkətli illərindən biri idi (S.Rəhimov); Yararsız yerləri yararlılaşdırmaq lazımdır
BƏRƏKƏTSİZ – YARARLI Sanki havadan un ələnirdi. Ancaq bu bərəkətsiz un yeri ağartmırdı (Mir Cəlal);
BƏRİ – ORA Yaxşı deyil, bəri gəl! (M.Hüseyn); ...Bu gün uşaqları da götürüb ora gedək (Ə.Vəliyev)
BƏRK – BOŞ Bərkdə də, boşda da sözü bir olub; Şərəfli, şöhrətli adlı babalar (H.Hüseynzadə). BƏRK – ZƏİF Əgər bircə dəqiqə bərk külək əssə və ya bir t
BƏRKİMƏK – BOŞALMAQ – Hə, bərkidi, bala, gedək budkaya... (G.Hüseynoğlu); Əvvəldən yaxşı danışdı, sonra birdən boşaldı (M
BƏRKLİK – BOŞLUQ Mənim barmaqlarım kobudluqda, bərklikdə oymaqdan qalmaz (Ə.Əbülhəsən); Bəy, özü də boşluq eyləyibsən (Ə
BƏRPA – BƏRBAD İstehkamçı mühəndis deməkdir, yəni körpü tikəcək, yolları bərpa edəcək, səngər quracaqsınız (Mir Cəlal); Bütün əməyim bərbad oldu
BƏSİT – MÜRƏKKƏB Həyat haqqında sənin təsəvvürlərin nə qədər bəsitdir, Güləbətin! – dedi (M.İbrahimov); Mürəkkəb işdən hər adamın başı çıxmır
BƏSTƏ – HÜNDÜR Eldə bir qız sevmişəm; Alagöz, boyu bəstə (Bayatı); Əkbər boyca hündürdü
BƏSTƏBOY – UCABOY Təqribən on-on beş yaşlı, bəstəboy, badamı qaragöz bir qız Mayanın diqqətini cəlb etdi (M
BƏY – QUL Söymə qul atamı, söyməyim bəy atana (Ata. sözü). BƏY – NÖKƏR Özü də şəhərimizin birinci bəyidir
BƏZƏN – HƏMİŞƏ Maralın vahiməsi Cumanı bəzən min cür pis fikrə, şübhəyə salırdı (Ə.Əbülhəsən); [Almaz:] Mənim qapım dostlarımın üzünə həmişə açıqdır (
BƏZZAT – ALİCƏNAB Yoxsa vurulmusan qıza, ay bəzzat? (S.Rüstəm); Alicənab adammış (S.Rüstəm)
BIY – VAY Bıy, nə qəşəng ceyrandır, bunu haradan almısan (Mir Cəlal); Vay öldüm, vay öldüm, kömək ediniz (S
BİC – AĞILLI Bildi ki, oğlu necə bic və haramzadədir (M.F.Axundzadə); Yorulduq dəlilərdən, gəlmədi bir ağıllı (Ata
BİCA – MƏNALI İmanın olsun, ay kişi! Niyə bica söz danışırsan? (M.İbrahimov); Rüstəm kişi onların üz-gözündə mənalı bir ifadə gördü (M
BİCLİK – DÜZLÜK Çərçizadə nə qədər bicliyi, bacarığı, istedadı vardı, ortaya çıxartdı (Ə.Vəliyev); Bərəkət ondur, onu da düzlük (Ata
BİÇARƏ – ZALIM Biçarə münəccimbaşının ərvahı uçub, başladı yarpaq kimi titrəməyə (M.F.Axundzadə); ..
BİÇİMLİ – YARAŞIQSIZ Nazik və biçimli dodaqları iyul günəşindən solan qızılgülün yarpağı qədər küskün idi (M
BİÇİMSİZ – YÖNDƏMLİ Qısaboylu, biçimsiz bir adam sol ayağını çəkə-çəkə içəri girdi (A.Şaiq); Heç olmasa, sir-sifəti yöndəmli idi (“Ulduz”)
BİDAR – YUXULU Eyləyibsən məni eşqə giriftar;Gündüzüm biqərar, gəncələr bidar (M.P.Vaqif); Yuxulu gözləri ilə baxdı (Ə
BİGANƏ – DOĞMA Biganəsən, olmaz məni görmək sənə qismət! (A.Səhhət); Ora ki özünün doğma yurdu idi (S
BİGANƏLİK – DOĞMALIQ Xalqla dövlət arasında ədavətin, biganəliyin əsil səbəbi ruhanilərdir (M.F.Axundzadə); Doğmalıq kəlməsi dilinin əzbəri idi
BİKAR – İŞLƏK Mənim işim elə düşübdür ki, bir dəqiqə bikar otura bilməyirəm (N.Vəzirov); Qızxanım əri kimi işlək, xoşxasiyyətli, namuslu bir qadın idi
BİKARÇILIQ – ÇALIŞQANLIQ Oxucularımızdan iltimas edirəm ki, ...Əhməd bəyin bikarçılıqdan yazdığı altı sütunlu baş məqaləyə diqqət etsinlər (C
BİKEF – ŞAD Yoldaşlar, daha bundan sonra məni bikef görməzsiniz (Ə.Haqverdiyev); Qaraca qız isə ürəyində bu işə şad idi (S