HƏLİM – SƏRT O ən sadə, ən həlim, ən gözəl bir qız idi (M.S.Ordubadi); O nədənsə axır illərdə əvvəlki kimi sərt təbiətli deyildi (S
HƏLİMLƏŞMƏK – SƏRTLƏŞMƏK Qoca kişi həlimləşmişdi (“Ulduz”); Hava sərtləşir (M.İbrahimov)
HƏLİMLİK – SƏRTLİK Həlimlik aciz adamların xislətidir (S.Qədirzadə); Sərtlik sizə yaraşmır (“Azərbaycan”)
HƏMDƏM – ƏĞYAR O qızıl saçların pərişandır; Həmdəmin meydi, bir də hicrandı (S.Rüstəm); Tək-tək şeir yazsan da; Bir şux qıza, gəlinə; Qoy əğyar sevinm
HƏMİŞƏ – MÜVƏQQƏTİ Həmişə şad görüm üzünüzü mən; Bir ağrı keçməsin ürəyinizdən (S.Vurğun); Rəssam olmağımı müvəqqəti unutsunlar (S
HƏMİŞƏLİK – MÜVƏQQƏTİ Gərək həmişəlik bizim içərimizdə qalasan (Ə.Haqverdiyev); Mən müvəqqəti Bakıdan çıxıb getmək istəyirəm (C
HƏRARƏTLİ – SOYUQ O, cavan və hərarətli ürəyi zərif bir şey kimi ehtiyatla ovcuna aldı (C.Məmmədov); Ürəyi buz kimi soyuq idi (“Azərbaycan”)
HƏRB – SÜLH Bu gündən hazır ol, hərbə girişək; Taxtını-tacını mən alam gərək (S.Vurğun); Əmiraslan ağa, mən də, Hacı da sülh tərəfdarıyıq (S
HƏRDƏN – HƏMİŞƏ Sifətindən hərdən bir şadlıq görünürdü (Çəmənzəminli); Gördün? Gözləri də həmişə gülür (S
HƏRDƏNBİR – ADDIMBAŞI Hərdənbir ustanın arvadı Ələsgər ağagilə işləməyə gedir (Çəmənzəminli); Onu izləyir, hər addımbaşı sataşırdılar (İ
HƏRFİ – MƏCAZİ “Oyun” anlayışını dəqiqləşdirmək üçün Kortasar bu anlayışın hərfi mənasına müraciət edir (“Azərbaycan”); Sözün məcazi mənası mətn daxil
HƏRİF – ARİF O öz məsələsinə arifdir (C.Cabbarlı); Doğrusu, hərifin təklifi xoşuma gəldi (Çəmənzəminli)
HƏRİFLİK – ARİFLİK Hərifliyini bilmirəm, ancaq kalandır (C.Əmirov); Onun arifliyinə söz ola bilməz
HƏRİS – SƏXAVƏTLİ O pul, maldövlət hərisidir (C.Əmirov); Kimisi onu düz, səxavətli adam, kimisi fırıldaqçı adlandırırdı (İ
HƏRİSLİK – SƏXAVƏTLİLİK Tüstünü hərisliklə ciyərimə çəkdim (S.Qədirzadə); Səxavətlilik göstərir (M.Süleymanlı)
HƏRTƏRƏFLİ – BİRTƏRƏFLİ Badam bacı, biz sizi hərtərəfli təbrikə gəlmişik (A.Şaiq); Hüsaməddin, çox təəssüf edirəm ki, mənim bu sevgim birtərəflidir (M
HƏRZƏ – MƏNALI Hərzə sözün mərəzi gələr (Ata. sözü); Onun söhbəti şirin və mənalı idi (“Ulduz”)
HƏSƏD – TƏMİZ Qadının baxışlarında həsəd oxunurdu. Ürəkləri çox təmizdir, söz deyirsən dərk edirlər, götürürlər (M
HƏSRƏT – VÜSAL Necə dözmək olar bəs; Əbədi həsrətinə (R.Rza); Çəkilin, ey düşüncələr, çəkilin; Vüsal günü gələcək (R
HƏVƏSKAR – PEŞƏKAR Bəli, yoldaş mayor, mən həvəskar sürücüyəm (C.Əmirov); Peşəkar futbolçudur
HƏVƏSLƏ – ZORLA Həvəslə şərab içməyə başladı (S.Vəliyev); Ulduz mənim idi, onu məndən zorla, güclə aldılar, mənim namusumu ayaqladılar (M
HƏYALI – ƏXLAQSIZ Qan həyalı, namuslu qadının başına sıçradı, əlini çəkib şala büründü (S.S.Axundov); Hamınız əxlaqsız, murdar tayfasınız (S
HƏYALILIQ – NAMUSSUZLUQ Həyalılığını nümayiş etdirməyə can atırdı (“Ulduz”); Hələ gözlə, sənin bu ocağına namussuzluq ləkəsi yaxmasınlar (M
HƏYAT – ÖLÜM Ölüm, həyat yanaşıdır əzəldən (H.Hüseynzadə)
HƏYƏCANLANMAQ – SAKİTLƏŞMƏK Qadın bir az da həyəcanlandı (İ.Fərzəliyev); Mən yenə sakitləşdim (S.Qədirzadə)
HƏYƏCANLI – SAKİT Əsmət həyəcanlı gəldi haraya; Polad itələdi kənara onu (M.Rahim); Şirzad adəti üzrə sakit görünürdü (M
HƏZİN – ÜRƏKAÇAN Nə həzin sədan gəlir, ey sevimli bulağım (S.S.Axundov); Mərdanəlik cəvahiri günəş kimi işıq saçar; Xoş ülfətin ürəkaçan, uca qəlbin a
HIRILDAMAQ – ZIRILDAMAQ Hır-hır hırıldayacaq, zəhərləsəm də onu (S.Rüstəm); Elə hey zırıldayırdı (“Ulduz”)
HİCRAN – VÜSAL Sevən bilir xal nədir; Hicran nə, vüsal nədir (M.Rahim)
HİDDƏTLƏNMƏK – SAKİTLƏŞMƏK Zeyil bunları düşünərək hiddətlənir, coşur (Çəmənzəminli); Şamxal bir az sakitləşdi (İ
HİRSLƏNMƏK – SAKİTLƏŞMƏK Zərnigar xanım daha da hirsləndi (İ.Şıxlı); Qaçay bununla özünü sakitləşdirməyə çalışmışdı (İ
HİRSLİ – SAKİT A kişi, sən nə hirsli adammışsan (Ə.Haqverdiyev); Neçin belə sakit oturmuşam mən? (B.Vahabzadə)
HİSLİ – TƏMİZ Bağlamaram mən də hisli yaylığı (A.Şaiq); Orda hava təmizdir, dəniz yaxın (R.Rza)
HİYLƏGƏR – MƏRD Böyük bir yazıçı deyib ki, bic və hiyləgər adamlar hamını aldadıb tora sala bilərlər (M
HİYLƏGƏRLİK – MƏRDLİK Onun bu hərəkətlərində bir sünilik, naşı bir hiyləgərlik duyulur (Mir Cəlal); Məncə, bu mərdlikdir dünyanın varı? (S
HOQQABAZ – MƏRD Hoqqabazdır, gündə bir oyun çıxardır. Bir tanışdır, bizim fəhlədir; Ancaq dərrakəli, mərddir, zirəkdir (S
HOQQABAZLIQ – MƏRDLİK ..Qocaldın, gərək cavanlıq hoqqabazlıqlarından əl çəkəsən, çünki ölümə yaxın olduqca cavanlıqdan bir o qədər uzaqlaşırsan (“Qabu
HÖCƏT – ÜZÜYOLA Atası kimi təkəbbür, kinli, höcət, qoçaq bir dəliqanlıdır (S.S.Axundov); Kasıbsan, üzüyolasan, işləyənsən (Mir Cəlal)
HÖKMLÜ – MÜLAYİM Ondan da zəhərli və hökmlü bir səslə dedi (M.İbrahimov); Ancaq Sabit Mirzə onun ... ağımtıl üzündə nurlu, mülayim bir təbəssüm gördü
HÖNKÜRMƏK – QAQQILDAMAQ İkiəlli üzümü qapayıb hönkürdüm (S.Qədirzadə); Gül, amma qaqqıldama (Mir Cəlal)
HÖNKÜRTÜ – QƏHQƏHƏ Sevincimdən hönkürtü ilə ağladım (M.Talıbov); Hər tərəfdən qəhqəhələr ucaldı (S.S
HÖRMƏK – AÇMAQ Əziz stolun üstünə salınmış üstü butalı göy süfrənin saçaqlarını gah qız teli kimi hörür, gah da açırdı (Ə
HÖRMƏTCİL – KOBUD Özü də ağıllı, sadə, hörmətcil bir qızdır (S.Qədirzadə); Çox kobud, qanacaqsız qadındır
HÖRMƏTCİLLİK – KOBUDLUQ Hörmətcilliyinə hörmətcildi, amma kobudluğu da var (“Azərbaycan”)
HÖVSƏLƏLİ – SƏBİRSİZ Ancaq yadında möhkəm saxla ki, mən hövsələli adamam (C.Əmirov); Kişi, sən nə səbirsiz adamsan (S
HÖVSƏLƏSİZ – TƏMKİNLİ Tələsir yanmış ürək – hövsələsiz quşcuğazım; Qalmamış səbri daha, fəryadı, fəğanı sevir (Şəhriyar); Çox təmkinli kişidir (A
HÖVSƏLƏSİZLİK – SƏBİRLİLİK Bizim borcumuz səbirli olmaqdır, ay Rüstəm, hövsələsizlik eləyib hər şeyi üzlərinə vursaq, onlar da dartınıb ipi-örkəni qır
HÜNDÜR – ALÇAQ Tap görüm, atdan alçaq, itdən hündür (S.S.Axundov)
HÜNDÜRBOYLU – BALACABOYLU Qarşıdakı səkidə səliqə ilə geyinmiş hündürboylu qız dayanmışdı (C.Əmirov); Səməd balacaboylu, qarabuğdayı oğlandı (M
HÜNDÜRLƏTMƏK – ALÇALTMAQ Damın üstünü gah hündürlətdilər, gah da alçaltdılar (“Azərbaycan”)