HƏRTƏRƏFLİ – BİRTƏRƏFLİ Badam bacı, biz sizi hərtərəfli təbrikə gəlmişik (A.Şaiq); Hüsaməddin, çox təəssüf edirəm ki, mənim bu sevgim birtərəflidir (M
HƏRZƏ – MƏNALI Hərzə sözün mərəzi gələr (Ata. sözü); Onun söhbəti şirin və mənalı idi (“Ulduz”)
HƏSƏD – TƏMİZ Qadının baxışlarında həsəd oxunurdu. Ürəkləri çox təmizdir, söz deyirsən dərk edirlər, götürürlər (M
HƏSRƏT – VÜSAL Necə dözmək olar bəs; Əbədi həsrətinə (R.Rza); Çəkilin, ey düşüncələr, çəkilin; Vüsal günü gələcək (R
HƏVƏSKAR – PEŞƏKAR Bəli, yoldaş mayor, mən həvəskar sürücüyəm (C.Əmirov); Peşəkar futbolçudur
HƏVƏSLƏ – ZORLA Həvəslə şərab içməyə başladı (S.Vəliyev); Ulduz mənim idi, onu məndən zorla, güclə aldılar, mənim namusumu ayaqladılar (M
HƏYALI – ƏXLAQSIZ Qan həyalı, namuslu qadının başına sıçradı, əlini çəkib şala büründü (S.S.Axundov); Hamınız əxlaqsız, murdar tayfasınız (S
HƏYALILIQ – NAMUSSUZLUQ Həyalılığını nümayiş etdirməyə can atırdı (“Ulduz”); Hələ gözlə, sənin bu ocağına namussuzluq ləkəsi yaxmasınlar (M
HƏYAT – ÖLÜM Ölüm, həyat yanaşıdır əzəldən (H.Hüseynzadə)
HƏYƏCANLANMAQ – SAKİTLƏŞMƏK Qadın bir az da həyəcanlandı (İ.Fərzəliyev); Mən yenə sakitləşdim (S.Qədirzadə)
HƏYƏCANLI – SAKİT Əsmət həyəcanlı gəldi haraya; Polad itələdi kənara onu (M.Rahim); Şirzad adəti üzrə sakit görünürdü (M
HƏZİN – ÜRƏKAÇAN Nə həzin sədan gəlir, ey sevimli bulağım (S.S.Axundov); Mərdanəlik cəvahiri günəş kimi işıq saçar; Xoş ülfətin ürəkaçan, uca qəlbin a
HIRILDAMAQ – ZIRILDAMAQ Hır-hır hırıldayacaq, zəhərləsəm də onu (S.Rüstəm); Elə hey zırıldayırdı (“Ulduz”)
HİCRAN – VÜSAL Sevən bilir xal nədir; Hicran nə, vüsal nədir (M.Rahim)
HİDDƏTLƏNMƏK – SAKİTLƏŞMƏK Zeyil bunları düşünərək hiddətlənir, coşur (Çəmənzəminli); Şamxal bir az sakitləşdi (İ
HİRSLƏNMƏK – SAKİTLƏŞMƏK Zərnigar xanım daha da hirsləndi (İ.Şıxlı); Qaçay bununla özünü sakitləşdirməyə çalışmışdı (İ
HİRSLİ – SAKİT A kişi, sən nə hirsli adammışsan (Ə.Haqverdiyev); Neçin belə sakit oturmuşam mən? (B.Vahabzadə)
HİSLİ – TƏMİZ Bağlamaram mən də hisli yaylığı (A.Şaiq); Orda hava təmizdir, dəniz yaxın (R.Rza)
HİYLƏGƏR – MƏRD Böyük bir yazıçı deyib ki, bic və hiyləgər adamlar hamını aldadıb tora sala bilərlər (M
HİYLƏGƏRLİK – MƏRDLİK Onun bu hərəkətlərində bir sünilik, naşı bir hiyləgərlik duyulur (Mir Cəlal); Məncə, bu mərdlikdir dünyanın varı? (S
HOQQABAZ – MƏRD Hoqqabazdır, gündə bir oyun çıxardır. Bir tanışdır, bizim fəhlədir; Ancaq dərrakəli, mərddir, zirəkdir (S
HOQQABAZLIQ – MƏRDLİK ..Qocaldın, gərək cavanlıq hoqqabazlıqlarından əl çəkəsən, çünki ölümə yaxın olduqca cavanlıqdan bir o qədər uzaqlaşırsan (“Qabu
HÖCƏT – ÜZÜYOLA Atası kimi təkəbbür, kinli, höcət, qoçaq bir dəliqanlıdır (S.S.Axundov); Kasıbsan, üzüyolasan, işləyənsən (Mir Cəlal)
HÖKMLÜ – MÜLAYİM Ondan da zəhərli və hökmlü bir səslə dedi (M.İbrahimov); Ancaq Sabit Mirzə onun ... ağımtıl üzündə nurlu, mülayim bir təbəssüm gördü
HÖNKÜRMƏK – QAQQILDAMAQ İkiəlli üzümü qapayıb hönkürdüm (S.Qədirzadə); Gül, amma qaqqıldama (Mir Cəlal)
HÖNKÜRTÜ – QƏHQƏHƏ Sevincimdən hönkürtü ilə ağladım (M.Talıbov); Hər tərəfdən qəhqəhələr ucaldı (S.S
HÖRMƏK – AÇMAQ Əziz stolun üstünə salınmış üstü butalı göy süfrənin saçaqlarını gah qız teli kimi hörür, gah da açırdı (Ə
HÖRMƏTCİL – KOBUD Özü də ağıllı, sadə, hörmətcil bir qızdır (S.Qədirzadə); Çox kobud, qanacaqsız qadındır
HÖRMƏTCİLLİK – KOBUDLUQ Hörmətcilliyinə hörmətcildi, amma kobudluğu da var (“Azərbaycan”)
HÖVSƏLƏLİ – SƏBİRSİZ Ancaq yadında möhkəm saxla ki, mən hövsələli adamam (C.Əmirov); Kişi, sən nə səbirsiz adamsan (S
HÖVSƏLƏSİZ – TƏMKİNLİ Tələsir yanmış ürək – hövsələsiz quşcuğazım; Qalmamış səbri daha, fəryadı, fəğanı sevir (Şəhriyar); Çox təmkinli kişidir (A
HÖVSƏLƏSİZLİK – SƏBİRLİLİK Bizim borcumuz səbirli olmaqdır, ay Rüstəm, hövsələsizlik eləyib hər şeyi üzlərinə vursaq, onlar da dartınıb ipi-örkəni qır
HÜNDÜR – ALÇAQ Tap görüm, atdan alçaq, itdən hündür (S.S.Axundov)
HÜNDÜRBOYLU – BALACABOYLU Qarşıdakı səkidə səliqə ilə geyinmiş hündürboylu qız dayanmışdı (C.Əmirov); Səməd balacaboylu, qarabuğdayı oğlandı (M
HÜNDÜRLƏTMƏK – ALÇALTMAQ Damın üstünü gah hündürlətdilər, gah da alçaltdılar (“Azərbaycan”)
HÜNƏRLİ – QORXAQ Qara köpək çox heybətli və hünərli bir it idi (S.S.Axundov); Dedim görüm, qorxaq uşaq deyilsən ki
XAİN – SADİQ Bu xain yenə xəbərə getdi (A.Şaiq); Sadiq yoldaşdır, ona sirrini deyə bilərsən (“Ulduz”)
XAİNLİK – SADİQLİK Məzlum qorxaq idi, qorxaqlıqla xainlik eyni şeydir (S.Vəliyev); Sadiqlik kəlməsi onun dilindən düşmür (“Ulduz”)
XALİS – QARIŞIQ Hə, bacı, mən əminəm ki, bu xalis brilyantdır (C.Əmirov); Bu rənglərin qarışıq naxışı; otağımı baharlayır; ətirlər, könül dolusu qalay
XAM – TƏCRÜBƏLİ Çünki mən görürəm ki, sən xam adamsan (C.Əmirov); O, professorun qabağında oturan lap təcrübəli casusdur (M
XAN – KƏNDLİ Yazıq kəndli xan yerini sürür kotanla (S.Rüstəm). XAN – NÖKƏR Xana nökər olanın ayağını daş aparar (Ata
XANIM – QULLUQÇU Mən gözləyirdim, əvvəl yol xanımındır, sonra qulluqçunun (S.S.Axundov)
XANIMLIQ – QULLUQÇULUQ Xanımlığa gəlməmişəm (A.Şaiq); Sənin elə peşən qulluqçuluq olub (A.Məmmədrza)
XANLIQ – NÖKƏRLİK Ağsaqqallar gəlib xanlıq dəyirmanının yanında xanı gözləsinlər (Ə.Haqverdiyev); O bir neçə ilə nökərlik etmişdir (A
XARAB – SAF Ah! Ey cavanlığın gülü; Nə tez soldun, xarab oldun? (Ə.Cavad); Körpənin nəfəsidir; Səhərin saf küləyi (B
XARABA – ABAD Ölkə abad ikən, dəyirman xarab idi (Ata. sözü)
XARABALIQ – ABADLIQ Xarabalıqdan abadlıq axtararsınız (C.Cabbarlı)
XARABLAŞMAQ – YAXŞILAŞMAQ Həzərat! Özünüzə məlumdur ki, dünya getdikcə xarablaşır, yəni mən onu demək istəyirəm ki, bu dünya getdikcə xarab olur
XARİC – DAXİL Bahar fəsli təzəcə daxil olmuşdu (Ə.Haqverdiyev); O zaman Kipiani ələ keçdi. Əhmədi isə məktəbdən xaric etdilər (İ
XARİCİ – DAXİLİ Mən öz daxili varlığımla xarici təbiətdəki gözəllik arasında bir uyğunsuzluq hiss etdim (M