Azərbaycan dilinin dialektoloji lüğəti.

  • ŞİNƏMƏG

    (İmişli, Sabirabad, Ucar) bax şinəmax (1, 2-ci məna). – Uşağı oxərtənə işdətmisən, şinəyib tay (İmişli); – Ə:, nə şinəmisən, dimirəm ged öyə (Ucar)

    Tam oxu »
  • ŞİNG

    (Dərbənd, İsmayıllı) yabanı bitki adı, yemlik. – Şing qartiyəndə saru gül açadu (Dərbənd); – Şing süd salıb (İsmayıllı)

    Tam oxu »
  • ŞİNGANLI

    (Mingəçevir, Şəki) şən, təntənəli. – Toyi şinganlı eliyən əyaxçı olar (Şəki)

    Tam oxu »
  • ŞİNGİLİB

    (Cəlilabad) dinclik bilməyən, bir yerdə dayanıb durmayan ◊ Şingilib atməy (Cəlilabad) – atılıb-düşmək, oynamaq

    Tam oxu »
  • ŞİNGİLİM

    I (Kəlbəcər) 1. uzunqıç 2. tez-tez yeriyən. – Fərhad kimi şingilim adam olmaz ◊ Şingilim atmax (Ağdam, Şuşa, Ucar) – atılıb-düşmək, oynamaq

    Tam oxu »
  • ŞİNGİLİMAĞAC

    (Qazax) uşaq oyunu adı. – Ay uşaxlar, gəlin şingilimağac oynuyax

    Tam oxu »
  • ŞİNGİLİY

    (Ağdam) bax şingilib ◊ Şingiliy atmax (Ağdaş) – atılıb-düşmək, oynamaq. – Dayça anasının yanında şingiliy atırdı

    Tam oxu »
  • ŞİNĞAN

    (Quba) gödək, qısaboylu. – İşə diyən bir kişi bizdə şinğandu

    Tam oxu »
  • ŞİNHER

    I (Kəlbəcər) bax şiner. – Şinher gec yetişər II (Ağcabədi, Kəlbəcər, Şuşa) 1. xalat 2. qadın paltarı

    Tam oxu »
  • ŞİNİMƏX’

    (Gədəbəy, Kəlbəcər, Qazax) bax şinəmax. – Söz deyəndə nə şiniyirsəη (Qazax); – Nə şiniyersəη, a bala, düz de:rəm dana (Qazax)

    Tam oxu »
  • ŞİNQIRIĞ

    (Ordubad) səs, cınqırıq ◊ Şinqırığ çıxartmağ (Ordubad) – səs çıxarmaq. – Şinqırığ çıxmadı onnan so:ra; – Şinqırığını çıxarma

    Tam oxu »
  • ŞİNNƏMƏG

    (İmişli) döyüldükdən sonra sovrulmamış taxılı xırmanda topa şəklində yığmaq. – Taxılı dögənnən sora şinnerdüg

    Tam oxu »
  • ŞİNNİG

    (İmişli) bolluq. – Oyil <o il> çox şinnigdi orda

    Tam oxu »
  • ŞİP

    (Salyan) balıq növü. – Bazarda yaxşı şip satılır

    Tam oxu »
  • ŞİPƏ

    (Salyan) topa, qalaq. – Odunu hə:tdə şipə yığmışuğ

    Tam oxu »
  • ŞİPƏLƏMƏG

    (Salyan) yerləşdirmək, sığışdırmaq

    Tam oxu »
  • ŞİR

    I (Biləsuvar) samovarın kranı. – Şiri ac, stəkana çay tökülsün II (Göyçay, Qax, Ordubad) rəng. – Şiri dulaba çəkillər (Ordubad) III (Dərbənd, Tabasara

    Tam oxu »
  • ŞİRABBIZ

    (Salyan) evi ağartmaq üçün istifadə edilən dəri parçası. – Keçmişdə öyeşigi şirabbıznan şirəliyirdilər

    Tam oxu »
  • ŞİRAFQA

    (Şəki) evin damında kirəmidin arasına düzülən xüsusi taxta. – Ay Usuf dayi, şirafqa satan yer bilmirsən?

    Tam oxu »
  • ŞİRANQUC

    (Bakı) novalça, yağış suyunun axması üçün nov. – Şiranqucdan yaman su gəlir

    Tam oxu »
  • ŞİRAVAN

    (Zaqatala) güclü yağış

    Tam oxu »
  • ŞİRAZ

    (Xanlar) çuvalın kənarlarındakı xüsusi tikiş ◊ Şiraz vurmax (Xanlar) – çuvalın kənarlarını xüsusi tikişlə tikmək

    Tam oxu »
  • ŞİRAZƏ

    (İrəvan) kitabın vərəqlərini saxlamaq üçün onun arxa tərəfinə vurulan tikiş. – Kitabın yaxşı şirazəsi var

    Tam oxu »
  • ŞİRAZƏÇİ

    (İrəvan) kitabın vərəqlərini tikən adam. – Əli yaxşı şirazəçidi

    Tam oxu »
  • ŞİRAZƏLƏMƏY

    (İrəvan) kitabın vərəqlərinin düşməməsi üçün onu arxa tərəfdən tikmək. – Bu kitabı sabah şirazələrəm

    Tam oxu »
  • ŞİRAZI

    (Cəbrayıl, Zəngilan) sacda bişirilən çörək növü. – Tavad xala şirazı bişirir (Cəbrayıl)

    Tam oxu »
  • ŞİRAZLAMAX

    (Çənbərək, Gədəbəy) cecim, xürcun, çuval və sairənin kənarlarını rəngli iplə, xüsusi sıx tikişlə tikmək

    Tam oxu »
  • ŞİRBƏDÜŞƏNDƏ

    (Bakı) qaynadıldıqdan sonra qurudulmuş əncir. – Bi:l şirbədüşəndə çox getirmişdim

    Tam oxu »
  • ŞİRBƏZ

    (Təbriz) yaltaq. – Şirbəzzər gələn kimin başlı:rdıla ona pay, mına pay

    Tam oxu »
  • ŞİRÇİ

    (Şahbuz, Şərur) rəngsaz. – Hər adamnan şirçi olmaz (Şərur); – Şirçi bı əvi şirrədi (Şahbuz)

    Tam oxu »
  • ŞİRDA

    (Qax) 1. qoyunun mədəsi 2. yoğun bağırsaq

    Tam oxu »
  • ŞİRDAN

    I (Qax) içi ətlə doldurulmuş qoyun bağırsağı II (Tabasaran) qursaq. – Mayya atadüg malun şirdanni

    Tam oxu »
  • ŞİREYİ

    (Bakı) üzüm növü

    Tam oxu »
  • ŞİRƏ

    I (Kürdəmir, Mingəçevir, Şamaxı, Şəki) evin divarlarını və torpaq döşəməsini ağartmaq üçün xüsusi gildən hazırlanmış məhlul

    Tam oxu »
  • ŞİRƏ-MALA

    (Bakı) dar. – İndi cavannar paltarı lap şirə-mala geyillər

    Tam oxu »
  • ŞİRƏXANA

    (Culfa) üzüm əzmək üçün xüsusi yer. – Şirəxanada üzüm əzirix’, indi doşab bişiririx’

    Tam oxu »
  • ŞİRƏXƏG

    (Bakı) doşab bişirilərkən üzüm şirəsinə qatılan xüsusi torpaq. – Ay ışağlar, birəz şirəxəg götürün mə:mçün, üzüm baseçegəm

    Tam oxu »
  • ŞİRƏK

    (Zaqatala) şum, şumlanmış yer

    Tam oxu »
  • ŞİRƏKİ

    (Culfa) yundan toxunmuş nazik cecim. – Paltarrarı yığ mərfəcə, şirəkini çək üstünə

    Tam oxu »
  • ŞİRƏQUL

    (Tovuz) arabanın qabaq tərəfində arabaçının oturduğu taxta

    Tam oxu »
  • ŞİRƏQUN

    (Goranboy) bax şirəqul. – Şirəqun iki olur, qavax şirəqunun üsdə oturullar, dal şirəqunu da bağlıyıllar ki, yük tökülməsin arabadan; – Şirəqun dörttək

    Tam oxu »
  • ŞİRƏLƏMAX

    (Şəki) evin divarlarını və torpaq döşəməsini xüsusi gildən hazırlanmış məhlulla ağartmaq. – Savax heş yana gidəmənəm, öy şirəliycam

    Tam oxu »
  • ŞİRƏLİ

    (Goranboy) emallı, üzərinə emal təbəqəsi çəkilmiş. – Şirəli laydarayı bura ver

    Tam oxu »
  • ŞİRƏPUS

    (Lənkəran, Şamaxı) bax şirəpuz

    Tam oxu »
  • ŞİRƏPUZ

    (Bakı) xüsusi gildən hazırlanmış məhlulla (şirə) divarı ağartmaq üçün istifadə edilən bir parça qoyun dərisi

    Tam oxu »
  • ŞİRƏŞƏR

    (Quba) eyvan

    Tam oxu »
  • ŞİRƏŞUM

    (Şahbuz) yaz şumu. – Yazın şumuna şirəşum deyirix’

    Tam oxu »
  • ŞİRƏYƏ ÇƏHMƏX’

    (Şərur) aldatmaq

    Tam oxu »
  • ŞİRİNQIZ

    (Masallı) 1. əmiarvadı 2. dayıarvadı. – Şirinqız, kefin necədir?

    Tam oxu »
  • ŞİRNƏK

    (Qazax) pambıq bitkisində olan xəstəlik adı

    Tam oxu »