Azərbaycan dilinin dialektoloji lüğəti.

  • ŞİRO:

    (İmişli) kökəlməyən (heyvan). – Şiro: heyvan kökəlməz

    Tam oxu »
  • ŞİRRAMA

    (Qazax) güclü, bərk (yağış). – Bir şirrama yağış yağır kın, gəl görəsəη

    Tam oxu »
  • ŞİRRAN

    I (Culfa, Şərur) damda yığılan suyu axıtmaq üçün nov, novça. – Yağış suyu şırrannan axır (Şərur); – Əvin şırranına bax, hava dolub, bəlkə yağış yağar

    Tam oxu »
  • ŞİRRƏMƏX’

    (Ordubad) rəngləmək. – Gə mə:m otağımı şirrə

    Tam oxu »
  • ŞİRTİ

    (Meğri) 1. abırsız 2. sırtıq. – Adam şirti olmaz, dey <daha> yekəlip yekə qız olmusaη

    Tam oxu »
  • ŞİRTODURU

    (Lənkəran) xörək adı

    Tam oxu »
  • ŞİRVANMAX

    (Ağbaba) yaltaqlanmaq

    Tam oxu »
  • ŞİŞ

    I (Basarkeçər, Kəlbəcər) su dəyirmanının bir hissəsi. – Şişin bir üjü topda olor, bir üjü də təvərədə II (Dərbənd, Tabasaran) çəngəl

    Tam oxu »
  • ŞİŞƏX’

    (Ağdam, Ağdərə, Biləsuvar, Cəbrayıl, Culfa, Füzuli, Goranboy, Xocavənd, Kəlbəcər, Qax, Mingəçevir, Oğuz, Ordubad, Tərtər, Tovuz, Zəngilan) ilk dəfə qo

    Tam oxu »
  • ŞİŞKİN

    (Basarkeçər) təkəbbürlü, lovğa. – Əli yaman şişkin adamdı

    Tam oxu »
  • ŞİŞQOY

    (Çənbərək) şiş təhər, bir az şiş. – Yara acca şişqoydu

    Tam oxu »
  • ŞİŞMEX’

    (Şəki) torpağa toxum basdırmaq üçün ucu şiş gödək ağac. – Şişmex’nən quy eliyif lovya saçiyıx

    Tam oxu »
  • ŞİŞMƏ

    (Göyçay) keyfiyyətsiz barama. – Keşmişdə şişməyi atırdığ

    Tam oxu »
  • ŞİT

    (Qax) naxış. – Axçamaydın <axşamadək> şitdəri qurtardım

    Tam oxu »
  • ŞİTƏK

    I (Zərdab) tərəcə hörərkən qamışların arasına qoyulan nazik ağac. – Kamal, tərəcə üçün yüz iyirmi şitək hazırra II (Kürdəmir) tumu şirin kəlik; yetişm

    Tam oxu »
  • ŞİTƏMMƏY

    (Cəlilabad) 1. sataşmaq 2. əsəbiləşdirmək. – Mən dedikcən, bı şitəndi

    Tam oxu »
  • ŞİTƏNGİ

    (Cəlilabad, Gəncə, Qarakilsə, Mingəçevir, Şəki, Şuşa) nadinc, dəcəl <uşaq>. – Əziz çox şitəngi uşaxdı (Gəncə); – Şitəngi uşaxnan heç ara

    Tam oxu »
  • ŞİTƏNMƏX’

    (Ağdam, Bərdə, Laçın, Mingəçevir, Şuşa) bax şitəmməy. – Ə:, ma: az şitəη, xeyir tapbazsan (Ağdam); – Az şitənsəηə, çıx get, yekə oğlansaη (Bərdə); – H

    Tam oxu »
  • ŞİTQUR

    (Lənkəran) südqabı

    Tam oxu »
  • ŞİTRİK

    (Zaqatala) şit, yersiz danışıb gülən, yüngülxasiyyət

    Tam oxu »
  • ŞİV

    (Cəbrayıl) duru xörəyə qatılan az miqdarda un ◊ Şiv çəkmə (Cəbrayıl) – duru xörəyə az miqdarda un qatma

    Tam oxu »
  • ŞİVƏ

    (Başkeçid) suyun qabağına çəkilən sədd ◊ Şivə qaj (Qazax) – əkin sahəsinə çəkilən kiçik arx

    Tam oxu »
  • ŞİVƏLƏMƏX’

    (Qazax) əkin sahəsinə kiçik arx çəkmək, su üçün şırım açmaq. – Suyu sağa tərəf şivələ apar, quru qaler, qoy su bassın

    Tam oxu »
  • ŞİVƏR

    I (Balakən) şaxdan və ya iri çubuqlardan hörülmüş çəpər, hasar. – Qalxozçular bağın ətrafına şivər çəkib qurtardılar II (Qəbələ) evin damında divarla

    Tam oxu »
  • ŞİVƏRƏX’

    (Ağcabədi) uzunboylu arıq adam. – Şivərəy adam qojalmaz

    Tam oxu »
  • ŞİVƏRRƏMƏX’

    (Tovuz) çayın, arxın qarşısına bənd çəkmək. – Hasangil çayın qavağını şivərreyiflər, su gəlmer

    Tam oxu »
  • ŞİVİLLİX’

    (Tovuz) nazik və sıx ağaclıq, pöhrəlik. – Bizim bağ yaman şivillix’di

    Tam oxu »
  • ŞİVLİ

    (Karvansaray) təpəsi şiş, hündür <papaq>. – Şivli papax tikirəm mən

    Tam oxu »
  • ŞİVRAN

    (Zəngilan) yabanı bitki adı. – Bağda şivran çoxdu

    Tam oxu »
  • ŞİYİDİX’LİX’

    (Xanlar) sidiklik, sidik kisəsi

    Tam oxu »
  • ŞOBA

    (Şahbuz, Şərur) zökəm. – Şoba başa soyux dəyir, bırnınnan su gəlir (Şərur); – Şoba xəstəliyi qışda olur (Şahbuz)

    Tam oxu »
  • ŞODA

    (Qazax) parça adı. – Şodanı görəcək sətini atma

    Tam oxu »
  • ŞOFƏRƏ

    (Şamaxı) gönün qırışığını açmaq üçün alət. – Şofərəni gətir, gönün qırışığını açağ

    Tam oxu »
  • ŞO:Ğ

    (Bakı) işıq, şəfəq. – Günün şo:ği düşüb divara

    Tam oxu »
  • ŞOĞARRAMA

    I (Gəncə, Şəmkir) fasiləsiz, arası kəsilməyən, birbaşa <yağış>. – Bir həfdədi şoğarrama yağış yağır II (Şəmkir) bütünlüklə, tamamilə, ha

    Tam oxu »
  • ŞOĞOLİ

    (Quba) xırda turş armud. – Bu gün çoxli şoğoli yığdım

    Tam oxu »
  • ŞOQQA

    (İmişli, Kürdəmir) kələfin bir istiqamətində olan sarğısı, yumağın bir sarğısı. – Şoqqanı dolaşdırma çözdəyip

    Tam oxu »
  • ŞOQQAX

    (Gəncə) 1. laxlayan 2. köhnəlib xarab olmuş, yararsız. – Bu araba şoqqax arabadı

    Tam oxu »
  • ŞOQQAR

    (Kəlbəcər) arıq. – Şoqqar inəyin əti yaxşı olmaz

    Tam oxu »
  • ŞOQQARRAMAX

    (Kəlbəcər) arıqlamaq. – Məmmədin inəyi illaf şoqqarrıyıf

    Tam oxu »
  • ŞOQQI

    (Şamaxı) 1. söz verib sonra sözündən qaçan 2. cığallıq edən. – Sən nə şoqqı adamsaη

    Tam oxu »
  • ŞOQQILIĞ

    (Şamaxı) 1. verdiyi sözdən qaçma, dönüklük 2. cığallıq. – Belə şoqqılığ olar, ay Əli?

    Tam oxu »
  • ŞOQQIMAĞ

    (Şamaxı) 1. verdiyi sözdən qaçmaq, sözünün üstündə durmamaq 2. cığallıq etmək, oyundan qaçmaq. – Şoqqımağ pis şeydi

    Tam oxu »
  • ŞOQQU

    (Qazax) bax şaqqı ◊ Şoqqu çalmax (Qazax) – oyundan qaçan, cığallıq edən uşağı utandırmaq üçün yerə ağac çalmaq

    Tam oxu »
  • ŞOQQUMAĞ

    (Bakı) bax şoqqımağ. – Gör nə şoqqudu? – Pəri lap tez şoqqudi

    Tam oxu »
  • ŞOLATQA

    (Gədəbəy, Goranboy) xörək adı

    Tam oxu »
  • ŞOLDUMAN

    (Balakən) saçı dağınıq, saçı səliqəsiz

    Tam oxu »
  • ŞOLQU

    (Lənkəran) balıq tutmaq üçün yer. – Axşam şolquya balığ tutmağa gedəcəm

    Tam oxu »
  • ŞOLTAX

    (Zəngəzur) köhnə, cındır. – Bu şoltax çuxadan niyə əl çəkmirsəη ◊ Şoltağı çıxmax (Zəngəzur) – köhnəlmək, cındırı çıxmaq

    Tam oxu »
  • ŞOLUMAX

    (Zəngilan) boş yerə pul xərcləmək, israfçılıq etmək. – Tələfxarçın biridi, əlinə pıl düşən kimi hara gəldi şoluyur

    Tam oxu »