Şəmkir şivəsi
Şəmkir şivəsi — Azərbaycanın Şəmkir və Tovuz rayonlarında geniş yayılmış, Azərbaycan dilinin qərb dialektlər qrupuna daxil olan şivəsi.
Şəmkir rayonunun dialektləri fonetik, morfoloji və leksik xüsusiyyətlərinə görə bir neçə zonaya bölünür. Birinci zona Dəllər, Dəllər Cəyir, Daşbulaq, Dəllər Cırdaxan, Qapanlı, Çaparlı, Keçili, Qaracəmirli, Yeniabad, Xuluf və başqa kəndləri əhatə edir, Dəllər zonası adlanır. İkinci zonaya Yuxarı Seyfəli, Aşağı Seyfəli, Mahmudlu, Maf və başqaları daxildir. Üçüncü zonaya Düyərli, Zəyəm, Zəyəm Cırdaxan, Şiştəpə, İrmaşlı, Morul, Şeidlər, Hacıalılar kəndləri daxildir.
Aşıq Hüseyn Şəmkirli (1811–1891) — XIX əsr aşıq və şairi.
Yəhya bəy Dilqəm (1830–1865) — XIX əsr aşıq və şairi.
Məhəmməd Cəfər Miskin (d. XIX) — XIX əsr şairi və satirikçisi.
Qaçaq Gülsüm (1861–1962) — qaçaq, xalq qəhrəmanı.