Azərbaycan dilinin dialektoloji lüğəti.

  • BİJƏYİNƏ

    (Daşkəsən, Çənbərək, Gədəbəy, Qazax, Mingəçevir, Şəmkir, Tərtər, Ucar) bax bijəyində. – Bizim düyə keçən il bijəyinə doğuf (Daşkəsən); – Alağız inəx’

    Tam oxu »
  • BİJVƏR

    (İmişli, Tərtər) vaxtından əvvəl, faraş doğulmuş quzu və ya çəpiş. – Mənim bir bijvərim var (Tərtər)

    Tam oxu »
  • BİLDİRÇİNBIDI

    (Kürdəmir, Salyan) armud növu adı. – Bizdərdə bildirçinbıdı armud çoxdu (Kürdəmir)

    Tam oxu »
  • BİLDİRÇİNBUDU

    (Tərtər) bax bildirçinbıdı

    Tam oxu »
  • BİLƏ

    I (Qax, Meğri) birgə, birlikdə. – Sənnən bilə cəhənnəmə gidər (Qax); – Bir mənzildə qalerdix’, bilə yeyif, bilə də gəzerdix’ (Meğri) II (Meğri) ovuc

    Tam oxu »
  • BİLƏBETDAN

    (Borçalı) quş adı

    Tam oxu »
  • BİLƏCANI

    (Ucar) irigiləli, qara rəngli üzüm növü

    Tam oxu »
  • BİLƏXAYLIĞ

    (Yardımlı) qarışıqlıq. – Burdə biləxaylığ salmoun

    Tam oxu »
  • BİLƏNÇİL

    (İmişli) bilən. – Mən çox sö:bət bilənçil dö:üləm

    Tam oxu »
  • BİLƏNDƏR

    (Göyçay, İsmayıllı, Qazax, Naxçıvan) bilən, hər şeyi anlayan. – Kamal biləndər uşağdı (İsmayıllı); – Məmmədin oğlu yaman biləndərdi (Naxçıvan)

    Tam oxu »
  • BİLƏNG

    (Masallı) yaba

    Tam oxu »
  • BİLƏRÇİN

    (Füzuli, Kürdəmir) yemiş növü adı. – Bozdəliynən bilərçin alahı cür yeməlidi (Kürdəmir); – Bilərçin bərk olur, irəngi ağ, ya da qırmızı olur (Füzuli)

    Tam oxu »
  • BİLƏRZİX’

    I (Tərtər) köynəyin qoluna tikilən köbə. – Köynəx’də bilərzix’ olmasa, qolu tez dağılar II (Culfa) qaşsız üzük

    Tam oxu »
  • BİLƏSİNCƏ

    (Qax) 1. həddən artıq çoxlu 2. bacardıqca. – Biləsincə mağa yüklədi, dannadı

    Tam oxu »
  • BİLİ

    (Lənkəran, Masallı) ördək. – Bala, o bililəri küçiyə niyə buraxmısan? – Bizim bililər çayda üzir (Lənkəran)

    Tam oxu »
  • BİLİBİTDAN

    (Tovuz) bax biləbetdan

    Tam oxu »
  • BİLİQÜMƏ

    (Lənkəran) quş tutmaq üçün tor. – Biz bu gün biliqümə quracəyik

    Tam oxu »
  • BİLİQÜMƏLƏMƏG

    (Lənkəran) torla quş tutmaq. – Yüz dənə ördəyi birdən biliqümələdim

    Tam oxu »
  • BİLİNDAR

    (Füzuli) tunel. – Orda bilindar var

    Tam oxu »
  • BİLİTÇİ

    (İmişli) bilet satan kassir. – Bilitçi yerimizi dəgişik salıb

    Tam oxu »
  • BİLLƏ

    I (Ağcabədi, Füzuli, Kürdəmir, Mingəçevir, Salyan, Şuşa) uşaqlara verilən hər cür şirniyyat, meyvə və sair dadlı şeylər

    Tam oxu »
  • BİNEKDAR

    (Bakı) keçmişdə topdansatışla məşğul olan tacir. – Binekdarun öyi doli olar

    Tam oxu »
  • BİNEY-BƏRGAH

    (Yardımlı) əvvəl, çoxdan. – Biney-bərgahdan olər dosdu

    Tam oxu »
  • BİNƏ

    I (Cəbrayıl, Füzuli, Kürdəmir, Salyan, Şamaxı, Şəmkir, Zaqatala) köçərilərin qış aylarında kənddən kənar heyvan saxladıqları yer, məskən

    Tam oxu »
  • BİNƏCƏ

    (Füzuli) müqavilənamə. – Əvvəlcə binəcə bağlıyıllar, sora işə başdıyıllar dana

    Tam oxu »
  • BİNƏKDAR

    (Bakı, Şamaxı) əvvəlki, ilk, əsas. – Binəkdar yerimiz bıradı

    Tam oxu »
  • BİNƏKƏ

    (Lənkəran) odun. – Dünən meşəbəyidən bi maşın binəkə alduğ

    Tam oxu »
  • BİNƏLƏNMƏK

    (Göyçay) binə salmaq, yurd salmaq

    Tam oxu »
  • BİNƏLİ

    I (Borçalı) doğru, düz. – Binəli söz oydu ki, Alı dedi II (Füzuli, Qax) oturaq. – Qorqan bizdən yuxarıdı, o da binəlidi, Qaraxanbəyli də binəlidi (Füz

    Tam oxu »
  • BİNƏLİ-BİLGƏLİ

    (Göyçay) varlı

    Tam oxu »
  • BİNƏM

    (Qazax, Mingəçevir, Şəmkir) uyğun, görə. – Adamın işinə binəm hax verir da (Mingəçevir); – Sən də qarnına binəm yi (Şəmkir); – Ona binəm qeyraz bəylər

    Tam oxu »
  • BİNƏSİF

    (Qazax) münasib, uyğun. – Özünə binəsif hər kəs iş görsə, qalxozda iş qalmaz

    Tam oxu »
  • BİNİXDƏ

    (Yardımlı) əlüstü. – Əmin sözə həmməşə binixdə cavab verir

    Tam oxu »
  • BİNİL

    (Meğri) toyuq-cücənin su içməsi üçün düzəldilmiş çuxur yer. – Uş gündü bu külfətdən bir adam binilə su töxmey ki, cücələr issin

    Tam oxu »
  • BİNİST

    binist olmağ: (Yardımlı) yurd salmaq. – Bulər çoxdan burdə binist olublar

    Tam oxu »
  • BİPBİLİ

    (Kürdəmir) turac

    Tam oxu »
  • BİR

    bir burum: (Ağdam, Bakı, Bərdə, Qazax, Şuşa, Tərtər) bir dəfə, bir qədər, bir az (“qaynamaq” feli ilə işlənir)

    Tam oxu »
  • BİRBAĞIR

    I (Füzuli, Zəngilan) 1. eyni vaxtda (Füzuli). – Bir qaralda, bir vaxtda olma: birbağır de:llər 2. eyni qaydada (Zəngilan)

    Tam oxu »
  • BİRBAĞIRA

    (Borçalı, Qazax) bax birbağır (3-cü məna). – Abbasnan Hasan birbağırdı. (Borçalı)

    Tam oxu »
  • BİRCƏBACI

    (Kürdəmir) qardaş arvadı. – Bircəbacım suya gedüp

    Tam oxu »
  • BİRCƏNƏ

    (Qax) fırfıra. – İpnən vurup hərrətiylər bircənəni

    Tam oxu »
  • BİRCİTMƏG

    (Yardımlı) əymək

    Tam oxu »
  • BİRETƏ

    (Bakı) tamamilə, başdan-başa. – Sə:r sübdən durub gördüm, o qədə qar yağıb ki, hər yeri biretə örtüb

    Tam oxu »
  • BİRƏBİL

    (Sabirabad) dırmıq. – Birəbil götürüb yerə gedirəm

    Tam oxu »
  • BİRƏBİTDƏN

    (Qazax) bax biləbetdan. – Birəbitdən örgüyə girdi

    Tam oxu »
  • BİRƏÇİÇƏYİ

    (Xanlar) yabanı bitki adı

    Tam oxu »
  • BİRƏDİ

    (Çənbərək, Qazax, Tovuz) birlikdə, bir yerdə – Məni də gözdüyün, birədi gedəx’ (Qazax); – Buyişi birədi görün, qutarsın gessin (Çənbərək); – Elə vaxt

    Tam oxu »
  • BİRƏDİLƏŞMƏX’

    (Qazax) birləşmək, toplaşmaq. – Əzəl hər kəndin qolxozu vardı, sora birədiləşdi, bir qolxoz oldu

    Tam oxu »
  • BİRƏDİR

    (Şəmkir) bax birədi. – Gözdə, birədir gedəx’

    Tam oxu »
  • BİRƏDİRRİYƏ

    (Tovuz) birlikdə, şərikli. – Qavax xüsusi, güjü çatmıyan birədirriyə əkirdi

    Tam oxu »