Azərbaycan dilinin dialektoloji lüğəti.

  • BİRƏNTİLƏŞMƏX’

    (Qazax) bax birədiləşməx’. – Kəndə gedəndə bir-birimizi çağırdıx, birəntiləşdix’

    Tam oxu »
  • BİRƏTİ

    I (Naxçıvan) bax birədi II (Naxçıvan) birdəfəlik, biryolluq. – Mən biləni qalxoz sədri birəti getdi

    Tam oxu »
  • BİRGEZ

    (Lerik) həyət süpürgəsi. – Birgezi götür heyəti süpur

    Tam oxu »
  • BİRHEYDİ

    (Yevlax) uşaq oyunu adı. Birheydidə beş-altı uşaq oynuya bilir

    Tam oxu »
  • BİRİ TUTMAĞ

    (Yardımlı) sancılanmaq. – Genə uşağın biri tutub

    Tam oxu »
  • BİRİNDƏ

    (Kürdəmir, Qazax) bir dəfə, bir vaxt, bir zaman. – Birində qoyna canavar çüşdü, iki toğlu yaraladı (Qazax)

    Tam oxu »
  • BİRKAR

    (Cəbrayıl) birlikdə, bir yerdə. – Niyə ayrılax, birkar işdi:rik də

    Tam oxu »
  • BİRKƏM

    (Şəmkir) birlikdə, bir yerdə

    Tam oxu »
  • BİRKİR

    (Zəngilan) bax birkar. – Gedirsən, gə birkir gedax

    Tam oxu »
  • BİRO:UZ

    (Bakı, Gəncə, Şamaxı, Şuşa) bax birovuz. – Aşnə, olmiyə popağun biro:uzdu? (Bakı); – Mənim biro:uz şeydən zəhləm gedir (Gəncə)

    Tam oxu »
  • BİROVUZ

    (Dərbənd) müvəqqəti istifadə üçün alınmış şey

    Tam oxu »
  • BİRRİX’

    (Qazax) bir manatlıq. – Ala bu üşdüyü, birriy elə, maηa ver

    Tam oxu »
  • BİSARIM

    (Meğri) birdən, qəfildən. – Getmişdıx ava, heş yerda av tapammadıx, kanda qayıderdıx ki, bisarım gördıx bıdı bir süri keçi Mabır avlağınnan aşdı

    Tam oxu »
  • BİSDAN

    bisdan olmax: (Ordubad) yetişib tağdan düşmək. – Qavın bosdanda yetişib bisdan olub

    Tam oxu »
  • BİSDƏ

    (Ordubad) bir kiloqram ağırlığında çəki vahidi. – Bisdə bir kiloya deyərıx; – Bisdə çəki daşıdı

    Tam oxu »
  • BİSDƏN

    bisdən olmax: (Ordubad) bax bisdan olmax

    Tam oxu »
  • BİSDİLİ

    (Quba) gödəkboylu. – Una bisdili diyəndə açığı gələdü; – Adamun buyi kiçik ulsa, bizdə una bisdili diyədülər

    Tam oxu »
  • BİST

    (Culfa, Zəngilan) dəyirmanın üst daşını hərəkətə gətirən dəmir ox. – Bist də:rman daşının oxudu (Culfa)

    Tam oxu »
  • BİSTAN

    bistan olmax: (Culfa) bax bisdan olmax

    Tam oxu »
  • BİSTİNİ

    bistini vurmax: (Meğri) kefi kök olmaq. – Kefin bistini vurey; – Eladı, kefi bistini vurey

    Tam oxu »
  • BİŞ-BİŞİ

    (Qazax) sünbülə bənzər yabanı ot. – Biş-bişi kimin irəlliyif

    Tam oxu »
  • BİŞDÜŞ

    (Çənbərək, Şəki) xörək, yemək. – Həməşə bişdüşümüz olur; – Bişdüş əysiy olmazdı bullarda (Çənbərək)

    Tam oxu »
  • BİŞİ

    (Ağsu, Kürdəmir, Lənkəran) yağ, yumurta, süd və şəkər qarışdırılmış xəmirdən bişirilən çörək. – Xalamgildən gətirdiyin bişi çox daddıydı

    Tam oxu »
  • BİŞİGDIRNAĞI

    (Bakı) nərgizgülü

    Tam oxu »
  • BİŞİRT

    bişirt eləməx’: (Şahbuz) becərmək. – Xəşəni <yabanı bitki adı> bişirt eliyirix’

    Tam oxu »
  • BİŞMƏ

    I (Quba) kəlağayı II (Kürdəmir, Zərdab) axtalanmış keçi və ya qoyun

    Tam oxu »
  • BİŞMƏCƏ

    (Qazax, Şəmkir) istidən büküklərdə və barmağın arasında əmələ gələn yara. – İstidən ayaxlarım bişməcə olufdu (Şəmkir)

    Tam oxu »
  • BİTBƏBİT

    (Kürdəmir, Qazax, Şuşa) 1. çox diqqətlə (Kürdəmir, Qazax) – Ay qız, qayçıyı itirmişəm, savaxdan hər yeri bitbəbit axdarmışam, tapammeyram (Qazax) 2

    Tam oxu »
  • BİTDƏ-BİTDƏ

    I (Şəki) yavaş-yavaş. – Sən nə bitdə-bitdə gəlirsən? II (Çənbərək) dəqiq surətdə, olduğu kimi. – Burda nə demişdim, getdi öylərində bitdə-bitdə hamsın

    Tam oxu »
  • BİTDİGAN

    (Saatlı) bax bitdiyan

    Tam oxu »
  • BİTDİKAN

    (Kürdəmir) bax bitdiyan

    Tam oxu »
  • BİTDİLİ

    (Kürdəmir) ağcaqanad. – Yaz olanda bitdili adama göz verər, işığ verməzdi

    Tam oxu »
  • BİTDİYAN

    (Cəbrayıl) sərçəyə oxşar kiçik quş. – Kolda bitdiyan yuası var

    Tam oxu »
  • BİTDİYƏN

    (Göyçay, Lənkəran, Tərtər) bax bitdiyan. – Bitdiyən kimi nə bitdiyirsən (Lənkəran)

    Tam oxu »
  • BİTDÜDÜX’

    (Laçın, Şuşa) yabanı ağac növü. – Darabanın dibində bir bitdüdüx’ ağacı pitif (Şuşa); – Bitdüdüx’ ağacının içi boş olur (Laçın)

    Tam oxu »
  • BİTEY

    (Zaqatala) arı pətəyi. – Boş biteydi, bal yoxdu

    Tam oxu »
  • BİTİRİCİ

    (Tovuz) kuryer (idarədə kağız paylayan xadim). – İndi bitiricini göndərrəm, çağrar onu

    Tam oxu »
  • BİTMƏX’

    (Qazax) bitişmək, sağalmaq. – Sağ qolum sınmışdı, indi bitif; – Görəsən, Qasımın sınan qılçası bitifmi?

    Tam oxu »
  • BİTRAX

    (Cəbrayıl) yabanı bitki adı

    Tam oxu »
  • BİUĞUR

    (Kürdəmir) 1. bir dəfə. – Biuğur bizə gələndə uşaxları da gəti 2. bir az. – Biuğur diyandı, so:ra getdi

    Tam oxu »
  • BİVƏ

    (Cəbrayıl) güvə. – Yun paltarımızı bivə tamam isdahatdan salıbdı

    Tam oxu »
  • BİVİ

    (İmişli) bax bibi

    Tam oxu »
  • BİYAĞINNAN

    (Göyçay) bax bəyağınnan

    Tam oxu »
  • BİYANA

    (Kürdəmir) yabanı bitki adı

    Tam oxu »
  • BİYƏ

    (Gəncə, Tovuz) əqrəb

    Tam oxu »
  • BİYƏNDƏCƏR

    (Bakı) çirkin, kifir

    Tam oxu »
  • BİYİXMANNIĞ

    (Bakı) avaraçılıq

    Tam oxu »
  • BİYOL

    (Cənubi Azərbaycan, Şəki) bir dəfə. – Biyol habırdan keçirdim, Həsənə irast gəldim (Şəki)

    Tam oxu »
  • BİYOSAL

    (Bakı) lazımsız, faydasız. – Nöşün bir belə biyosal işdər görürsən, adam bö:gdən soruşar, so:ra gedər

    Tam oxu »
  • BİZAYA

    (Salyan) gərəksiz, yararsız. – Hə:ti süpir, bizaya şeyləri at gessin; – Bizzə bizaya adam yoxdu

    Tam oxu »