Azərbaycan dilinin dialektoloji lüğəti.

  • CİSFİR

    (Borçalı, Gədəbəy, Qazax) bax cisvir. – Sənin də dəfdəriη bu cisfir səlqəlidi (Gədəbəy); – Bu kətdə hər cisfir meyvə var (Borçalı)

    Tam oxu »
  • CİSVİR

    (Borçalı, Qazax) cür

    Tam oxu »
  • CİV

    (Yevlax) iynə-sap qutusu. – Civə qaçı, qo:rux, üysüy qo:rux

    Tam oxu »
  • CİVAR

    (Şərur) 1. söyüdəoxşar ağac adı 2. söyüdəoxşar ağacın şivləri. – Civardan səbət toxunar

    Tam oxu »
  • CİVƏLLƏK

    (Gəncə) cəld

    Tam oxu »
  • CİVƏR

    (Şərur) nəcib

    Tam oxu »
  • CİVİX’

    (Cəbrayıl) çox kiçik

    Tam oxu »
  • CİVİR

    I (Cəbrayıl, Cəlilabad, Sabirabad) bax civar. – Gedeyəm meşədən civir qirməyə (Cəlilabad) II (Basarkeçər) bax civər

    Tam oxu »
  • CİVİRRİY

    (Cəlilabad) çoxlu civir (bax 1-ci məna) bitən yer. – Bıra civirriydi

    Tam oxu »
  • CİVİRTDƏX’

    (Qazax) bax civəllək

    Tam oxu »
  • CİVMƏĞ

    (Lerik) sürüşmək

    Tam oxu »
  • CİYARÇƏX’MƏ

    (Borçalı) içalat

    Tam oxu »
  • CİYƏCİ

    (Masallı) kisə. – Ciyəsini unnan doldur

    Tam oxu »
  • CİYƏNQALA

    (Şəki) soxulcan. – Ciyənqala yağşdı vax <vaxt> çox olur

    Tam oxu »
  • CİYƏV

    (Şərur, Naxçıvan) bax giyəv

    Tam oxu »
  • CİYƏVAZ

    (Kürdəmir, Sabirabad) kəndirbaz. – Qabağ toylarda ciyəvazdar oynardı (Sabirabad)

    Tam oxu »
  • CİYİ

    (Kürdəmir, Qax, Şəki, Ucar, Zaqatala, Zərdab) bax ciyi. – Ciyi çoq qocalıb (Zərdab); – Ciyi də dolma asıtdı (Şəki)

    Tam oxu »
  • CİYİRTGAN

    (Ağdam, Ucar) gicitkən

    Tam oxu »
  • CİYSİMƏX’

    (Qazax) azca iylənmək. – Ət ciysiyif

    Tam oxu »
  • CO:

    (Şəki) alça və ya zoğaldan hazırlanmış tomat. – Bildirdən qalan co: heylə durur dobunun divində; – Sizin co: çox turşdu

    Tam oxu »
  • COCAXAR

    cocaxar olmax: (Qazax) biabır olmaq. – El içində cocaxar oldum

    Tam oxu »
  • CO:CANAQİ

    (Bakı) yabanı bitki adı

    Tam oxu »
  • CO:ĞA

    (Daşkəsən, Əli Bayramlı, Gədəbəy, Goranboy, Göyçay, Xanlar, İmişli, Kürdəmir, Qazax, Mingəçevir, Oğuz, Şamaxı) tayfa, nəsil

    Tam oxu »
  • COĞMALAMAX

    (Şəki) boğmaq. – Bişix’ cücəni coğmaliyif yidi

    Tam oxu »
  • COJAXOR

    (Ağdam) davakar

    Tam oxu »
  • COQAL

    (Qax) yun çıxdaşı

    Tam oxu »
  • COQAY

    (Qax) dəni təmizlənmiş qarğıdalı qıçası

    Tam oxu »
  • COLUX

    (Ucar) kal (meyvə). – Colux heyvanı inəy yaxşı ye:ir

    Tam oxu »
  • COM

    (Əli Bayramlı, İmişli, Kürdəmir, Salyan) tayfa, nəsil. – Bizim com kəndin bı tərəfindədi (İmişli); – Mən Topalhasannı comunnanam (Kürdəmir)

    Tam oxu »
  • COMA

    (Daşkəsən, Gədəbəy, Kəlbəcər, Tovuz) çubuqdan hörülüb üstü keçə ilə örtülmüş alaçıq. – Comoyu yaylaxda tikellər (Daşkəsən); – Gederix’ çuvuxlardan baş

    Tam oxu »
  • COMALAX

    I (Gədəbəy) topal. – Onuη comalax barmaxlarımı xoşunə:ler? II (Ağcabədi) bir nəsildən olan adamların yaşadığı yer, ərazi

    Tam oxu »
  • COMALAMAĞ

    (Yardımlı) topalamaq. – Odunnarı bir yerə comala

    Tam oxu »
  • COMLAŞMAX

    (Kürdəmir) toplaşmaq. – Hamısı bir yerə comlaşıb

    Tam oxu »
  • COMUŞQIRAN

    (Başkeçid, Borçalı, Qazax) bax camışqıran. – Comuşqıranda qartof səperix’ (Borçalı)

    Tam oxu »
  • CON

    (Gədəbəy) iflic. – Bədənim elə bil condu

    Tam oxu »
  • CORALAŞMƏG

    (Cəlilabad) toplaşmaq. – Adamlar coralaşdi bıra

    Tam oxu »
  • CORAVALTI

    (Gədəbəy) uşaq oyunu adı. – Coravaltı belədi: On-oniki corafı cərgə düzüllər, bir adam əlini onun altdə:zdirir <altında gəzdirir>, əlind

    Tam oxu »
  • CORMALAŞMAX

    (Çənbərək) bax coralaşməg. – Camahat cormalaşdı, dönən haravıyı qaldıdı

    Tam oxu »
  • CORTAN

    (Borçalı, Goranboy, Naxçıvan, Ordubad, Şərur, Tovuz, Zəngilan) süzülmüş ayran. – Ayranı töküllər torbıya, süzülüb olur cortan (Zəngilan); – Cortannan

    Tam oxu »
  • CORTDAN

    (Culfa, Naxçıvan, Ordubad, Şərur) bax cortan. – Ayranı tök torbaya, qoy cortdan olsun (Culfa)

    Tam oxu »
  • COŞDAMMAX

    (Zəngilan) qaynamaq. – Simavar coşdaner, çaynığı yeyxala gəti dəmlə

    Tam oxu »
  • COYĞA

    (Borçalı, Goranboy, Xanlar, Tərtər, Tovuz) bax co:ğa. – Hajəhmədxannı bir coyğadı, biz də ayrı coyğa (Goranboy); – Əhməd Məhəmməd kişinin coyğasınnand

    Tam oxu »
  • COZ

    I (Salyan) omba sümüyü (heyvanda) II (Ağcabədi, Bərdə, Tərtər) fırfıra. – Coz ağaşdan olur (Bərdə); – Cozu məhlədə oynuyallar (Tərtər)

    Tam oxu »
  • COZA

    (Hamamlı) yumru daş (uşaq oyununda). – Mən cozoyu elə vurdum, on addım getdi

    Tam oxu »
  • COZDALANMAĞ

    (Yardımlı) qaynamaq. – Qəfədanı ocağa qoy cözdalansun

    Tam oxu »
  • COZSOZ

    cozsoz oynamax: (Ağcabədi) fırfıra ilə oynamaq. – Uşaxlar cozsoz oynuyur

    Tam oxu »
  • CÖCƏK

    (Göyçay) aşığın çuxur üzü

    Tam oxu »
  • CÖCƏQAN

    (Bakı) əqrəb. – Dünənnəri bağda barmağımı cöcəqan sancdı

    Tam oxu »
  • CÖCÜ

    (Bakı) bax cacu. – Uşaxlar iki dənə cöcü tutublar lap yekə

    Tam oxu »
  • CÖƏCƏ

    (Tovuz) mis piyalə, mis kasa. – O unnan iki cöəcə bu taxılnan dəyişərsiηizmi?

    Tam oxu »