Azərbaycan dilinin dialektoloji lüğəti.

  • YELMƏŞİX’

    (Ağdam) qoyun xəstəliyi adı. – Yelməşix’ xəsdəliyi pis şeydi, tüşürdü qoyun tayfasın qırırdı

    Tam oxu »
  • YELMİQARA

    (Xocalı) yabanı bitki adı. – Yelmiqara da çiçəx’di, yaxşı çiçəx’di

    Tam oxu »
  • YELÖYÜ

    (Basarkeçər) çıxar, zibil. – Taxılı so:randa çoxu yelöyünə çıxdı

    Tam oxu »
  • YELPƏ

    I (Meğri) ətək. – Vəzir arvadın yelpəsinnən tutey, atey eşiyə II (Hamamlı) bax yelbə I

    Tam oxu »
  • YELPİX’

    (Qubadlı) xəstəlik adı, xroniki bronxit

    Tam oxu »
  • YELPİNCİ

    (Bakı) çarşab növü

    Tam oxu »
  • YELPİTMƏX’

    (Çənbərək) yelləmək. – Oğul, yorğanı yelpitmə, üşüyürəm

    Tam oxu »
  • YELPİZƏK

    I (Xanlar) bax yelbizək. – Səlmi cijinin yelpizəyi həmişə üzünə tökülür II (Mingəçevir) yelpik

    Tam oxu »
  • YELTƏLƏMƏX’

    I (Qazax) bərk tullamaq II (Çənbərək) yaxasından tutmaq. – İşbitirən genə Şıxalıyı yeltələdi apardı III (Cəbrayıl) tez-tez getmək

    Tam oxu »
  • YELTƏMƏ

    (Qax) yüngülxasiyyətli

    Tam oxu »
  • YELTƏMƏ-YELTƏMƏ

    (Qax) tələsik. – Sən yeltəmə-yeltəmə qedəndə bildim ki, bir iş çıxaracaxsın

    Tam oxu »
  • YELVƏ

    (Şəki) ildırım. – Yelvə çaxıf bərh yağış yağdı

    Tam oxu »
  • YELYELPƏNƏK

    (Qax) sürətlə. – Helə yelyelpənək qetdi

    Tam oxu »
  • YEMƏCƏ

    (Cəbrayıl) rüşvət

    Tam oxu »
  • YEMİLĞAN

    (Dərbənd) yemlik, yeməli südlü bitki

    Tam oxu »
  • YEMİŞ

    (Dərbənd, Tabasaran) meyvə. – Alma teregin kəsdim, yemiş vermiyədi (Dərbənd)

    Tam oxu »
  • YEMİŞBALASI

    (Zaqatala) balaca yemiş

    Tam oxu »
  • YEMLƏMƏ

    (Füzuli) gübrə. – Biz pambığa üş kərən yemləmə verdix’

    Tam oxu »
  • YEMSİMƏX’

    (Cəbrayıl, Meğri) azca axsamaq. – Qarakərə qoyun iki gündü yemsiyir (Meğri)

    Tam oxu »
  • YEMŞƏX’

    (Qazax) yaşmaq. – Yemşəyi qavaxlar tutardılar arvaddar

    Tam oxu »
  • YENCİX’-YENCİX’

    yencix’-yencix’ danışmax: (Ağcabədi) başa düşülməz tərzdə danışmaq. – Yencix’ – yencix’ danışma, aydın danış, başa düşüm

    Tam oxu »
  • YENCİMƏX’

    (Gəncə) sıxmaq. – Uşağı yencimə, isdidi

    Tam oxu »
  • YENDİRMƏX’

    (Axalsxi) yerə yıxmaq. – Əliynən İbiş güləşəndə Əliyə köməy eliyif, İbişi yendirdim

    Tam oxu »
  • YENG

    (Tabasaran, Zaqatala) paltarın qolunun ağzı. – Əhmət öz köynəginə yeng tikdirdi (Zaqatala); – Məşəyə udun eləma: kitəndə qastumun yengi cirilütdü (Tab

    Tam oxu »
  • YENGA

    (Balakən) əmiarvadı. – Əminğın arvadı olur yenganğ

    Tam oxu »
  • YENGALA

    (Oğuz) uşaq oyunu adı

    Tam oxu »
  • YENGƏ

    (Basarkeçər, Başkeçid, Böyük Qarakilsə, Goranboy, Qazax, Qax, Tovuz, Zaqatala) qardaşarvadı. – Yengəm bö:ün bizə:lmişdi (Basarkeçər); – Mənim yengəm b

    Tam oxu »
  • YENGƏYOLU

    (Gəncə) toyda yengəyə verilən bəxşiş. – Yengəyolu qıymatdı şeylərdən verilir

    Tam oxu »
  • YENGİ

    I (Bakı, Kürdəmir, Meğri, Şamaxı) təzə, yeni. – Yengi yetişən oğlandu u; – Yengi il, sağlığ olsun, gedər oxumağa (Bakı); – Ö:ə yengi getmişdim, çağırd

    Tam oxu »
  • YENGİLİ

    yengili başdan: (Ağdam, Füzuli) yenidən. – Durağ indi yengili başdan arx çəkəx’? (Ağdam); – O suyu yengili başdan təmiz bədirəyə <vedrəyə&G

    Tam oxu »
  • YENGİLMƏX’

    (Axalsxi) məğlub olmaq. – Düşmannar bizimnən davada yengildi

    Tam oxu »
  • YENGİYANI

    (Oğuz) toydan sonra təşkil edilən şadlıq məclisi, yığıncaq

    Tam oxu »
  • YEηMƏX’

    I (İmişli) məc. qudurmaq. – Ə, niyə yeηifsən? II (Başkeçid, Borçalı, Çənbərək) yarışda, oyunda udmaq, qalib gəlmək

    Tam oxu »
  • YENİ

    (Gəncə) növbəti il. – Sənin pulun yeniyə qaldı

    Tam oxu »
  • YENİLMƏX’

    (Çənbərək) sözə baxmaq. – Əli həmişə yenilir

    Tam oxu »
  • YENŞAX

    (Şəki) bax yamşax II. – Yenşax adamnan mənim aram olmaz

    Tam oxu »
  • YEPƏLEX’

    (Meğri) sözəbaxan, üzüyola. – Babam muna dedi ki, yepəlex’ adamsan

    Tam oxu »
  • YER-YERDƏN

    (Zaqatala) hər yerdən. – Bu yerə yer-yerdən gəlif yığılıfdılar

    Tam oxu »
  • YERALMA

    (Biləsuvar, Cəlilabad, Quba, Masallı, Şamaxı, Zaqatala, Zəngəzur) kartof. – Bazarda yeralma çoxdu (Biləsuvar); – Dünən xeyli yeralma yığdım (Şamaxı)

    Tam oxu »
  • YERALMASI

    (Ağsu, Biləsuvar, Borçalı, Cəlilabad, Quba, Lənkəran, Masallı, Şamaxı, Zaqatala, Zəngəzur) bax yeralma

    Tam oxu »
  • YERDIZITMASI

    yardızıtması verməx’: (Ağcabədi) çilingağac oyununda çilingi yer ilə geri qaytarmaq. – Əyə, əliηnən atma, yerdızıtması ver

    Tam oxu »
  • YERDOMBALDAN

    (Bolnisi, Borçalı, Qazax) köstəbək. – Yerdombaldan torpağı eşiv altında gizdəner (Qazax)

    Tam oxu »
  • YERGÜLMƏŞƏKƏRİ

    (Şərur) dombalan. – Yergülməşəkəri olur yazda

    Tam oxu »
  • YERQULACI

    (Cəbrayıl) yabanı bitki adı. – Bizim örüşdə yerqulacı çoxdu

    Tam oxu »
  • YEROTAĞI

    (Qazax) yerin altında daşdan tikilmiş otaq

    Tam oxu »
  • YERPUSALAĞI

    (Quba) gödəkboylu. – Bu uğlan lap yerpusalağıdu, buyi hiç çıxmiyədü

    Tam oxu »
  • YERRİSDAN

    (Ağdam, Xocavənd) yerli. – O, yerrisdandı, yanı bizim kimi oturaxdı (Xocavənd)

    Tam oxu »
  • YERŞALI

    (Oğuz) yer dəzgahında yundan toxunmuş şal, parça növü

    Tam oxu »
  • YERTƏLƏMƏG

    (Quba) itələmək

    Tam oxu »
  • YERTOPU

    (Cənubi Azərbaycan) bitki adı. – Yertopunu uşaxlar oynatmaxdan ötəri dərəllər

    Tam oxu »