Azərbaycan dilinin dialektoloji lüğəti.

  • YERYAPALAĞI

    (Salyan, İrəvan) gödəkboylu. – Yeryapalağı adam çox bərk qaçammaz (İrəvan)

    Tam oxu »
  • YERYIĞDI

    (İmişli) toy adəti. – Üş günnən so:ra yeryığdı eliyəllər

    Tam oxu »
  • YESTOY

    (Hamamlı) pinti

    Tam oxu »
  • YEŞİRMAX

    (Şəki, Zaqatala) bax yaşırmağ. – Bir-iki dənə həyvə yeşirmişdim sandıxda (Şəki); – Mən Üzeyrin köynəyini yeşirdim (Zaqatala)

    Tam oxu »
  • YEŞMƏBACA

    (Şəki) uşaq oyunu adı

    Tam oxu »
  • YETBƏYET

    (Salyan) nəhayət, axırda. – Yetbəyetdə irasdıma Məmməd çıxdı

    Tam oxu »
  • YETDIX

    (Şəki) lazımi qədər. – Savağa yetdıx çörəyimiz olar

    Tam oxu »
  • YETİX’

    (Şəki, Şəmkir) bələd. – Hasana yetix’sənmi? (Şəmkir); – Mən xəsyətinə yetix’ döyləm (Şəki)

    Tam oxu »
  • YETİM

    yetim dügi: (Salyan) düyünün bir növü. – Bir girvənkə yetim dügi al ◊ Yetimi çırax (Mingəçevir, Şəki, Zaqatala, Zərdab) – çıraq, şüşəsiz çıraq

    Tam oxu »
  • YEY

    (Cəbrayıl, Gədəbəy, Göyçay, Xanlar, İmişli, Meğri, Ordubad, Şamaxı, Tərtər) yaxşı. – O, sənnən yey danışır (İmişli); – Sənnən yey olmasın, həkim yaxşı

    Tam oxu »
  • YEYAĞ

    (Dərbənd) piyada. – Qabağda bizdə avdobız olmıyeydi, qündə beş kərən yeyağ gedeydüg

    Tam oxu »
  • YEYİLMƏ

    (Qazax) xəstəlik adı

    Tam oxu »
  • YEYKİ

    (Cəbrayıl) rüşvət

    Tam oxu »
  • YEYMƏ

    (Balakən) bax yayma II

    Tam oxu »
  • YEZ

    I (Meğri) iri dənəli (nar). – Yəxşi yez nar uley Nüyədi kəfşənində II (Balakən, Qax, Zaqatala) mis. – Yez qab əgildi (Qax); – Zaman yeddi parça yez al

    Tam oxu »
  • YEZDANQI

    (Balakən, Qax, Zaqatala) misgər

    Tam oxu »
  • YEZDƏN

    (Balakən) aşsüzən

    Tam oxu »
  • YEZİDİ

    (Ağdaş, Gəncə, Göyçay) sarıqırmızı. – Bizim yezidi ürgə azarrıyıb (Ağdaş)

    Tam oxu »
  • YƏBƏ

    (Dərbənd) astayeriş (at). – Asda kitən ata yəbə at diyədig

    Tam oxu »
  • YƏBƏRMƏG

    (Dərbənd) 1. göndərmək. – Bu mənü xalam uğli, məni munda əvə yəbərdi 2. yola salmaq, ötürmək. – Qunağı yəbərüb gələdəm

    Tam oxu »
  • YƏHƏLƏMAX

    (Zaqatala) tələsmək. – Yəhəli:llər tütün tez doldurmağa

    Tam oxu »
  • YƏHƏRCAMI

    (Bərdə, Kürdəmir) uzaq səfərə gedərkən atdan yerə düşməmək şərtilə bulaqdan su götürüb içmək üçün üç tərəfdən uzun qaytan ilə bağlanmış dərin nəlbəki

    Tam oxu »
  • YƏHƏRQAŞ

    yəhərqaş xurcun: (Kürdəmir) yəhərin qaşına keçirilən ikigözlü balaca xurcun. – Yəhərqaş xurcuna əppəg də qoy, yolda acarux ◊ Yəhərqaş həvgə (Bərdə) –

    Tam oxu »
  • YƏLLAMAĞ

    (Dərbənd) əyirmək. – Yuni taraduğ, unnan sura cəhrəynə <cəhrə ilə> yəllədüg uni

    Tam oxu »
  • YƏLPİG

    (Dərbənd) bax yelpix’. – Cacunun (kirpinin) əti yəlpig azari ulan adama dərmandu

    Tam oxu »
  • YƏMRİLMAX

    (Qax) dağılmaq, yerlə yeksan olmaq. – Evuv yıxılıp yəmrilsin

    Tam oxu »
  • YƏNŞAX

    (Qax) taxta qırıntısı. – Taxda qetimağa qetmişdim, olmadi, yənşax qetidim

    Tam oxu »
  • YƏRTƏRPƏMMƏ

    (Dərbənd, Tabasaran) zəlzələ. – Keçən yil yərtərpəmmədən çuxlu əvlər yixildi (Dərbənd)

    Tam oxu »
  • YIĞAMAT

    I (Qazax) gəlmə, yığma, ordan-burdan yığma. – Əzizbəyli kəndi yığamat adamlardı II (Basarkeçər) paltarbiçmə mərasimi

    Tam oxu »
  • YIĞAN

    I (Gəncə, Xanlar) tuluq. – Bir yığan qatıxdan bir girvənkə yağ çalxadım (Gəncə) II (Ağdam, Bərdə, Hamamlı, Qazax) samanyığan alət

    Tam oxu »
  • YIĞANAX

    (Oğuz) nişanlanandan sonra qız evində düzəldilən toyqabağı məclis

    Tam oxu »
  • YIĞANNAMAX

    (Borçalı, Hamamlı) samanyığan alət vasitəsilə yığmaq, toplamaq. – Samanı bir yerə yığannan yığanne:rdıx (Borçalı); – Samanı yığannan yığınan, tofla tə

    Tam oxu »
  • YIĞAR

    (Qubadlı) bax yığan I. – Yığarı yudum qatıx tökəm

    Tam oxu »
  • YIĞDI

    (Zəngilan) vergi. – Yüzbaşı yığdı yığmağə:lərdi

    Tam oxu »
  • YIĞI

    (Şəki) ağı. – Yasda yığı diyəllər; – Fatma xala yaxşı yığı diyəndi

    Tam oxu »
  • YIĞIN

    (Gədəbəy) taya. – Otu yığına vurdum dünənnəri

    Tam oxu »
  • YIĞINAX

    (İsmayıllı) vəhşi heyvanların toplandığı yer

    Tam oxu »
  • YIĞINÇI

    I (Çənbərək) israfçı, tələfxərc. – İrvaham əlinə keçəni xarşdıyır, yaman yığınçı adamdı II (Çənbərək) oğru

    Tam oxu »
  • YIĞINTAMA

    (Qazax) dəstə ilə. – Vəzir atdıları çölə yığıntama yollor

    Tam oxu »
  • YIĞINTI

    I (Gədəbəy, Gəncə, Xanlar, Kürdəmir, Mingəçevir, Şəki, Zəngəzur) nehrə çalxamaq üçün bir neçə gün yığılıb saxlanılan qatıq

    Tam oxu »
  • YIĞIŞMAX

    (Balakən, Zaqatala) sığışmaq. – Habu tax balacədi, bura yığışmanıx (Zaqatala)

    Tam oxu »
  • YIĞLAMAĞ

    (Dərbənd) ağlamaq. – Yasda xatınlar yığlıyədi

    Tam oxu »
  • YIĞLAMAX

    (Qax, Şəki, Zaqatala) ağlamaq. – O qız nə yaman yığlıyır? (Şəki)

    Tam oxu »
  • YIĞMA

    (Bərdə) 1. müəyyən adamlara maddi yardım etmək məqsədilə toplanmış pul və ya hər hansı şey. – Gəlin, yığma yığax, Əliyə göməy eliyəx’ 2

    Tam oxu »
  • YIĞVA

    (Kürdəmir, Quba) şənlik məclisi. – Ay Sədəf, sabah bir bizə gəl, uşağın yığvasidi (Quba)

    Tam oxu »
  • YIXILMƏĞ

    (Lerik) xəstələnmək

    Tam oxu »
  • YİBƏRMƏG

    (Dərbənd) bax yəbərməg. – Bir balığ yibərdi; – Büzi işə-üzümə yibərdilər. – Uşağları kəndə yibərədəm; – Apar dayını yibər

    Tam oxu »
  • YİĞLƏMAĞ

    (Dərbənd, Tabasaran) bax yığlamağ

    Tam oxu »
  • YİXƏGÜLİ

    (Quba) qızıl bəzək şeyi. – Yixəgülini qabağlar salardılar arvatdar, hindi salmiyədülər

    Tam oxu »
  • YİRTMƏŞ

    (Qax) bax yü:rgən

    Tam oxu »