Azərbaycan dilinin frazeologiya lügəti

  • BOYUNA İP ÖLÇÜM

    bax: boyuna qamış ölçüm.

    Tam oxu »
  • BOYUNA QAMIŞ ÖLÇÜM

    yaramaz, yarıtmaz adam haqqında ikrahla işlədilən ifadə.

    Tam oxu »
  • BOYUNA QAMIŞ ÖLÇÜM

    dan. birisinin haqqında pis arzu, bəddua, qarğış kimi işlənən ifadə.

    Tam oxu »
  • BOYUNDAN YUXARI HOPPANMAQ (ATLANMAQ)

    bacarmadığı, gücü çatmadığı işə girişmək.

    Tam oxu »
  • BOYUNDURUQ ALTINA GİRMƏK

    kiminsə tabeliyinə düşmək, onun üçün iş görmək.

    Tam oxu »
  • BOYUNDURUQ YOLDAŞI

    eyni işdə, eyni yerdə birgə çalışıb yaşamağa məcbur olunan şəxslər.

    Tam oxu »
  • BOYUNU OXŞAMAQ

    bax: boy oxşamaq.

    Tam oxu »
  • BOZ KARDİNAL

    müəyyən bir qurumda əlinə müstəsna səlahiyyətlər toplamış şəxs.

    Tam oxu »
  • BOZ SİFƏT GÖSTƏRMƏK

    bax: sifət göstərmək.

    Tam oxu »
  • BÖHTAN ATMAQ

    olmayan şeyi demək, iftira söyləmək, haqqında mənfi rəy yaratmaq, ləkələməyə cəhd etmək; ~ ləkə vurmaq (yaxmaq, atmaq), qara yaxmaq, şər atmaq, quru p

    Tam oxu »
  • BÖYRÜ ÜSTƏ YATMAQ

    heç bir iş görməmək, tənbəllik etmək; ~ özünü işə verməmək, əlini ağdan-qaraya vurmamaq.

    Tam oxu »
  • BÖYRÜNDƏ QIRTIB OTURMAQ

    bax: dizinin dibini kəsdirmək.

    Tam oxu »
  • BÖYRÜNƏ QOŞMAQ

    birinə qoşmaq, həvalə etmək; ~ böyrünə yamamaq.

    Tam oxu »
  • BÖYRÜNƏ YAMAMAQ

    bax: böyrünə qoşmaq.

    Tam oxu »
  • BÖYÜK-KİÇİK TANIMAMAQ

    ədəbsiz olmaq, hərəkətlərinə diqqət etməmək, başqalarına hörmət etməmək; ~ ağsaqqal-qarasaqqal tanımamaq

    Tam oxu »
  • BÖYÜK-KİÇİK YERİ BİLMƏK

    ədəb-ərkan sahibi olmaq, davranışına, sözünə ciddi fikir vermək; ~ pərdə saxlamaq, böyüklə böyük, kiçiklə kiçik olmaq, yerini bilmək, ədəb-ərkan gözlə

    Tam oxu »
  • BÖYÜK TİKƏSİNİ QULAĞI BOYDA ELƏYƏRƏM

    birinin kimisə ağır cəzalandıracağı haqda işlətdiyi hədələyici ifadə.

    Tam oxu »
  • BÖYÜKLƏ BÖYÜK, KİÇİKLƏ KİÇİK OLMAQ

    sadə, səmimi və ünsiyyətcil olmaq; ~ hər şeyin yerini bilmək, böyük-kiçik yeri bilmək.

    Tam oxu »
  • BÖYÜRDƏN ÇIXMAQ

    gözlənilmədən, qəflətən ortaya çıxmaq, peyda olmaq.

    Tam oxu »
  • BU BAŞDAN VURUB O BAŞDAN ÇIXMAQ

    bir yerdə dayanmamaq, çox yerləri gəzmək, hər yeri dolaşmaq, bənd almamaq.

    Tam oxu »
  • BU DÜNYANIN ADAMI DEYİL

    davranışları, hərəkətləri, düşüncələri zamana, mühitə uyğun gəlməyənlər haqqında işlədilən ifadə.

    Tam oxu »
  • BU XƏMİR HƏLƏ ÇOX SU APARACAQ

    həlli çətin olan və uzun müddət zəhmət tələb edən iş, məsələ haqqında işlədilən ifadə.

    Tam oxu »
  • BU XINA (HƏNA) O XINADAN (HƏNADAN) DEYİL

    bir işin başqaları ilə müqayisədə daha çətin olmasını xatırlatmaq üçün işlədilən ifadə.

    Tam oxu »
  • BU KÜÇƏ MƏNİM, O KÜÇƏ SƏNİN

    çox gəzib, çox axtarıb-dolaşan şəxs haqqında işlədilən ifadə.

    Tam oxu »
  • BU QULAĞINDAN ALIB O QULAĞINDAN VERMƏK (ÖTÜRMƏK)

    bax: bir qulağından alıb o biri qulağından vermək (ötürmək).

    Tam oxu »
  • BU, MEYDAN, BU DA ŞEYTAN

    gücünü, qüvvətini, bacarığını göstərməyə çağırış məqsədilə işlədilən ifadə.

    Tam oxu »
  • BU MƏNİM ÜZÜM, BU SƏNİN ÜZÜN

    sözünün üstündə durmuş şəxsin vədinə xilaf çıxmış adama qınaq məqsədilə söylədiyi ifadə.

    Tam oxu »
  • BU SƏN GİRƏN KOL DEYİL

    sənin edə biləcəyin iş deyil, sən bacarmazsan.

    Tam oxu »
  • BU YERDƏ QƏRİBİ AĞLAMAQ TUTDU

    çarəsiz vəziyyətdə qalmış, çətinliklə üzləşmiş adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • BUGÜN-SABAHA SALMAQ

    qəsdən süründürmək, gecikdirmək, ləngitmək; ~ ağzını boza vermək, ağzını dağa-daşa salmaq, ötür-ötürə salmaq, sabah-sabaha salmaq

    Tam oxu »
  • BUĞDA YEYİB CƏNNƏTDƏN ÇIXIB

    özü haqqında yüksək fikirdə olan, camaata qoşulmayan, lovğa və təkəbbürlü adam haqqında işlədilən ifadə

    Tam oxu »
  • BUĞDANI QILÇIQDAN AYIRMAQ

    yaxşını pisdən fərqləndirmək; ~ ağı qaradan seçmək.

    Tam oxu »
  • BUXOV VURMAQ

    böyüməsinə, irəliləməsinə mane olmaq; ~ qarşısını almaq (kəsmək).

    Tam oxu »
  • BUİLKİ SƏRÇƏ (CÜCƏ) BİLDİRKİ SƏRÇƏYƏ (CÜCƏYƏ) CİP-CİP ÖYRƏDİR

    təcrübəsiz, dardüşüncəli bir adamın zəngin həyat təcrübəsi olan, dünyagörmüş bir insana ağıl, məsləhət, öyüd-nəsihət verməsi

    Tam oxu »
  • BULAQ BAŞINA SUSUZ APARIB SUSUZ GƏTİRMƏK

    bax: çaya susuz aparıb susuz gətirmək.

    Tam oxu »
  • BULANIQ SUDA BALIQ TUTMAQ

    hər hansı ağır, çətin, böhranlı şəraitdən öz xeyrinə istifadə etmək, qarışıq vəziyyətdən öz xeyri üçün yararlanmaq

    Tam oxu »
  • BUNA DA BİR QUŞ

    bitdi, qurtardı, həll edildi, baxıldı və s. mənalarda işlədilən ifadə; ~ quş qoymaq.

    Tam oxu »
  • BURALARDA OL

    slenq. hər hansı xahişdən imtina edərkən “gözlə, ay elədim ha...” mənasında saymazyana şəkildə işlədilən ifadə

    Tam oxu »
  • BURDA ALA QARĞA BALA ÇIXARMAZ

    qarma-qarışıq, hay-küylü və narahat olan yer haqqında işlədilən ifadə.

    Tam oxu »
  • BURDA MƏNƏM, BAĞDADDA KOR XƏLİFƏ

    başqaları üzərində ağalıq, mənəm-mənəmlik edən şəxs haqqında işlədilən ifadə.

    Tam oxu »
  • BURDA VURAR QILINCI, HƏLƏBDƏ (BAĞDADDA) OYNAR UCU

    birisinin böyük səlahiyyət və nüfuz sahibi olduğunu bildirən ifadə.

    Tam oxu »
  • BURDAN VURUB ORDAN ÇIXIR

    çox gəzən, qısa müddətdə çox yerə baş çəkən adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • BURNU DA QANAMAMAQ

    heç bir zərər dəyməmək, ziyan görməmək.

    Tam oxu »
  • BURNU DİK (YUXARI) GƏZMƏK

    bax: burnunu dik (yuxarı) tutmaq.

    Tam oxu »
  • BURNU GİRMƏYƏN YERƏ BAŞINI SOXMAQ

    bax: başı girməyən yerə bədənini soxmaq.

    Tam oxu »
  • BURNU GÖYLƏ GETMƏK

    heç kəslə hesablaşmamaq, dikbaşlıq etmək, özünü təkəbbürlü aparmaq; ~ burnunu dik (yuxarı) tutmaq.

    Tam oxu »
  • BURNU OVULMAQ

    bax: ağız-burnu ovulmaq.

    Tam oxu »
  • BURNU YERƏ DƏYMƏK

    1. Qocalmaq, heydən düşmək.  2. Nədənsə küsmək, incimək; narazı qalmaq.

    Tam oxu »
  • BURNUNA BARIT İYİ DƏYMƏYİB

    təcrübəsiz, sınaqdan çıxmamış, müharibə, döyüş görməmiş adam haqqında işlədilən ifadə; ~ burnuna şam iyi dəyməyib

    Tam oxu »
  • BURNUNA DUZLU SU QOYMAQ

    cəzalandırmaq, tənbeh etmək; ~ payını vermək.

    Tam oxu »