Azərbaycan dilinin frazeologiya lügəti

  • QABIRĞASINDAN ÇIXARMAQ

    bax: kürəyindən çıxarmaq.

    Tam oxu »
  • QABIRĞASININ QALIN YERİNƏ SALMAQ

    kobudluq etmək, məsləhətə qulaq asmamaq; ~ qulaqardına vurmaq.

    Tam oxu »
  • QACLIQ [QACDIX] İSİM

    Ziddlik, düşmənlik.

    Tam oxu »
  • QAÇA-QAÇA [QAÇA-QAÇA] ZƏRF

    Qaçaraq, yüyürə-yüyürə, yüyürərək. □ Qaça-qaça gəlmək.

    Tam oxu »
  • QAÇAQ DÜŞMƏK

    müxtəlif səbəblərə görə öz yurdundan, evindən, ailəsindən uzaq düşməyə məcbur olmaq.

    Tam oxu »
  • QAÇAQ SALMAQ

    uzaqlaşdırmaq, öz evindən, yurdundan ayrı düşməsinə məcbur etmək; ~ didərgin salmaq.

    Tam oxu »
  • QAÇANI QOVMAMAQ

    mərhəmətli olmaq, bağışlamaq; ~ basdığını kəsməmək.

    Tam oxu »
  • QADAQDA SAXLAMAQ

    sərbəstlik verməmək, əl-qol açmağa, müəyyən həddən kənara çıxmağa qoymamaq.

    Tam oxu »
  • QAFİYƏ DƏYİŞMƏK

    söhbəti başqa istiqamətə yönəltmək, mövzunu bilərəkdən dəyişmək; ~ iz azdırmaq.

    Tam oxu »
  • QAHMAR ÇIXMAQ

    çətin vəziyyətdə müdafiə etmək; ~ tərəf saxlamaq (tutmaq).

    Tam oxu »
  • QALMAQAL SALMAQ

    nəyi isə bəhanə gətirərək dava-dalaş etmək, narazılıq bildirmək, səs-küy yaratmaq; ~ qovğa salmaq, dava salmaq

    Tam oxu »
  • QALOŞA OTURTMAQ (QOYMAQ)

    məcbur etmək, işini çətinləşdirmək, pis vəziyyətə salmaq; ~ divara dirəmək (qısnamaq).

    Tam oxu »
  • QAMƏTİ ƏYİLMƏK (BÜKÜLMƏK)

    bax: beli bükülmək.

    Tam oxu »
  • QAN AĞLAMAQ

    zülm, əzab çəkmək; bezmək, usanmaq; ~ boğaza yığılmaq, təngə gəlmək, zara gəlmək, cana doymaq.

    Tam oxu »
  • QAN AXITMAQ

    müharibə etmək, adamların qırılmasına səbəb olmaq.

    Tam oxu »
  • QAN AXTARMAQ

    heç bir səbəb olmadan döyüşməyə, vuruşmağa, qan tökməyə bəhanə axtarmaq; ~ qana susamaq, qan-qan demək

    Tam oxu »
  • QAN APARMAQ

    qanaxmadan huşunu itirmək, halı pisləşmək.

    Tam oxu »
  • QAN BAHASINA

    çox böyük insan tələfatı hesabına, böyük qurbanlar verərək.

    Tam oxu »
  • QAN BEYNİNƏ VURMAQ (SIÇRAMAQ)

    son dərəcə qəzəblənmək; ~ özündən çıxmaq, cin atına minmək, hirsi başına (təpəsinə) vurmaq. 

    Tam oxu »
  • QAN ÇANAĞI

    qan tökmək istəyən, qan-qan deyən, davakar, fitnəkar, araqarışdıran; ölüm təhlükəsi yaradan.

    Tam oxu »
  • QAN ÇƏKMƏK

    qohumluq əlaqəsini büruzə vermək, xoş təsir bağışlamaq; ~ suyu şirin gəlmək.

    Tam oxu »
  • QAN DÜŞMƏK

    ədavət, kin-küdurət, düşmənçilik yaranmaq.

    Tam oxu »
  • QAN ELƏMƏK

    böyük uğur qazanmaq, qeyri-adi nailiyyət əldə etmək, hamının diqqətini cəlb edən hərəkətlərə yol vermək

    Tam oxu »
  • QAN İYİ GƏLMƏK

    dava, müharibə ehtimalı olmaq, qarşıda ölümlə nəticələnə biləcək qanlı-qadalı hadisələrin olacağını duymaq

    Tam oxu »
  • QAN-QAN DEMƏK

    heç bir səbəb olmadan döyüşməyə, vuruşmağa, qan tökməyə bəhanə axtarmaq; ~ meydan oxumaq, qana susamaq, qan axtarmaq

    Tam oxu »
  • QAN QAYNAYAN VAXT

    təbiətin oyanan vaxtı, yazın ilk dövrü.

    Tam oxu »
  • QAN QUSDURMAQ

    əzab-əziyyət vermək, incitmək, zülm etmək; ~ qan uddurmaq.

    Tam oxu »
  • QAN SALMAQ

    dava-dalaş, fitnə-fəsad törətmək, vuruşdurmaq; ~ dava salmaq, qovğa salmaq.

    Tam oxu »
  • QAN SU YERİNƏ AXMAQ

    çox qan tökülmək, son dərəcə çox adam öldürülmək, kütləvi qırğın olmaq.

    Tam oxu »
  • QAN-TƏR İÇİNDƏ

    tez-tələsik, var gücü ilə.

    Tam oxu »
  • QAN-TƏR TÖKMƏK

    bax: qan-tərə batmaq.

    Tam oxu »
  • QAN-TƏRƏ BATMAQ

    çox işləmək, var gücü ilə çalışmaq; ~ əldən düşmək, sümük sındırmaq.

    Tam oxu »
  • QAN TÖKMƏK

    adam öldürmək.

    Tam oxu »
  • QAN TUTMAQ

    etdiyi cinayətin, ölüm hadisəsinin və s.-nin təsiri altında ağlı, şüuru kütləşmək, qeyri-iradi hərəkətlər etmək; ~ özünü itirmək

    Tam oxu »
  • QAN UDDURMAQ

    incitmək, işgəncə, əzab və əziyyət vermək, olmazın zəhmət və iztirab çəkdirmək; ~ qan qusdurmaq, gününü qara eləmək, gününü göy əsgiyə bükmək

    Tam oxu »
  • QAN YADDAŞI

    tarixin yaddaşlarda həkk olunmuş faciəvi hadisələri.

    Tam oxu »
  • QAN-YAŞ AXITMAQ

    çox ağlamaq, çox kədərli olmaq; ~ yasa batmaq.

    Tam oxu »
  • QAN-YAŞ TÖKMƏK

    bax: qan-yaş axıtmaq.

    Tam oxu »
  • QANA ÇALXAMAQ

    qorxulu, təhlükəli işə sövq etmək.

    Tam oxu »
  • QANA DÜŞMƏK

    böhtan, xata, dava ilə üzləşmək; ~ xataya düşmək.

    Tam oxu »
  • QANA SALMAQ

    xatalı, təhlükəli bir işə vadar etmək; ~ cəncələ salmaq.

    Tam oxu »
  • QANA SUSAMAQ

    dava-dava demək, qan töküb adam öldürməyə can atmaq; ~ qan-qan demək, qan axtarmaq.

    Tam oxu »
  • QANAD ÇALMAQ

    pərvazlanmaq, uçmaq.

    Tam oxu »
  • QANAD GƏRMƏK

    himayəsi altına almaq, qorumaq; daim başı üzərində olmaq.

    Tam oxu »
  • QANAD VERMƏK

    bax: qol-qanad vermək.

    Tam oxu »
  • QANADI ALTINA ALMAQ (YIĞMAQ)

    himayə etmək, qorumaq; ~ himayəsinə almaq (götürmək).

    Tam oxu »
  • QANADI ALTINA SIĞINMAQ

    qorunmaq üçün kiminsə himayəsinə keçmək.

    Tam oxu »
  • QANADI ALTINDA BÖYÜMƏK

    himayə və qayğı ilə ərsəyə gəlmək.

    Tam oxu »
  • QANADI QIRILMAQ

    köməksiz və himayəsiz qalmaq.

    Tam oxu »
  • QANI BATMAQ

    bax: qanı yerdə qalmaq.

    Tam oxu »