Azərbaycan dilinin frazeologiya lügəti

  • QANI BOYNUNDA QALMAQ

    kiminsə ölümündə günahkar bilinmək, bir kimsənin öldürülməsi şübhəsi üzərində qalmaq.

    Tam oxu »
  • QANI DAMARLARINDA DONMAQ

    hədsiz dərəcədə heyrətlənmək, heyrətdən donub-qalmaq; ~ gözlərinə inanmamaq.

    Tam oxu »
  • QANI GETMƏK

    cəzalanacağı zəruri olmaq; ~ işi bitmək, fatihəsi oxunmaq (verilmək).

    Tam oxu »
  • QANI İT QANINA DÖNMƏK

    çox bərk əsəbiləşmək; ~ özündən çıxmaq.

    Tam oxu »
  • QANI QAÇMAQ

    bənizi saralmaq, ağarmaq, solmaq.

    Tam oxu »
  • QANI QAN İLƏ YUMAQ

    ölümə öldürməklə cavab vermək; ~ əvəzini çıxmaq, intiqam almaq, qisas almaq.

    Tam oxu »
  • QANI QARALMAQ

    əhvalı təlx olmaq, dilxor olmaq, bikefləmək; ~ kefi korlanmaq (pozulmaq).

    Tam oxu »
  • QANI QAYNAMAQ

    məhrəm saymaq, doğma bilmək, çox bəyənmək; ~ suyu şirin gəlmək, xoşuna gəlmək, ürəyi tutmaq.

    Tam oxu »
  • QANI QİYMƏTİNƏ

    çox baha, itkilər hesabına.

    Tam oxu »
  • QANI SU İLƏ YUMAQ

    düşmənçiliyi barışıqla aradan götürmək.

    Tam oxu »
  • QANI TƏZƏLƏMƏK

    yeni həyat vermək, bir işi canlandırmaq.

    Tam oxu »
  • QANI TUTMAQ

    törətdiyi qətlin cəzasını çəkmək; ~ ahı tutmaq.

    Tam oxu »
  • QANI YERDƏ QALMAQ

    qatili tapılmamaq və ya cəzasız qalmaq; qisası, intiqamı, qanı alınmamaq; ~ qanı batmaq.

    Tam oxu »
  • QANINA BOYAMAQ

    öldürmək, qətlə yetirmək.

    Tam oxu »
  • QANINA HOPMAQ

    bax: qanına işləmək.

    Tam oxu »
  • QANINA İŞLƏMƏK

    ciddi təsir etmək, dərindən nüfuz etmək; bir işdən əl çəkə bilməmək, vərdiş halını almaq; ~ qanına yerimək, qanına hopmaq

    Tam oxu »
  • QANINA QƏLTAN ETMƏK

    öldürmək, qətlə yetirmək.

    Tam oxu »
  • QANINA SUSAMAQ (YERİKLƏMƏK)

    kimisə öldürmək istəmək, birinin ölümünü istəmək.

    Tam oxu »
  • QANINA YERİMƏK

    bax: qanına işləmək.

    Tam oxu »
  • QANINDAN KEÇMƏK

    misilsiz fədakarlıq göstərmək, özünü fəda etmək, canını verməyə hazır olmaq; ~ canından keçmək.

    Tam oxu »
  • QANINI ALMAQ

    bax: qanını yerdə qoymamaq.

    Tam oxu »
  • QANINI BATIRMAQ

    ölüm işinin üstünü açmamaq, cinayəti ört-basdır etmək, unutdurmaq; ~ qanı yerdə qalmaq.

    Tam oxu »
  • QANINI İÇMƏK

    işgəncə vermək, istismar etmək, zülm etmək, var-yoxunu əlindən almaq; ~ qanını sormaq, qan uddurmaq.

    Tam oxu »
  • QANINI QARALTMAQ

    acıqlandırmaq, dilxor etmək, pərt etmək, əsəbiləşdirmək; ~ halını qatmaq, halını pozmaq, kefinə dəymək (toxunmaq), yediyini zəhərə (zəhrimara) döndərm

    Tam oxu »
  • QANINI QAŞIĞA QOYMAQ

    riskə getmək, təhlükəli işə qoşulmaq.

    Tam oxu »
  • QANINI SATIN ALMAQ

    bir kimsəni bəladan qurtarmaq, təhlükədən xilas etmək, qorumaq; ~ qanının arasına girmək.

    Tam oxu »
  • QANINI SORMAQ

    istismar və zülm etmək, var-yoxunu əlindən almaq; ~ qanını içmək.

    Tam oxu »
  • QANINI ÜSTÜNƏ TÖKMƏK

    günahı üstünə yıxmaq; ~ xataya salmaq, şərə salmaq.

    Tam oxu »
  • QANINI YERDƏ QOYMAMAQ

    qatilin cəzasını vermək; ~ qisas almaq, intiqam almaq, qanını almaq.

    Tam oxu »
  • QANININ ARASINA GİRMƏK

    qəzəblənmiş adamın hirsinin soyumasına səbəb olmaq; çox çətin və ya qorxulu vəziyyətə düşən bir adamı dardan qurtarmaq, təhlükədən xilas etmək; ~ qanı

    Tam oxu »
  • QANLIBIÇAĞA ÇIXMAQ

    bax: ölüb-öldürməyə çıxmaq.

    Tam oxu »
  • QAPAZ YEMƏK

    döyülmək.

    Tam oxu »
  • QAPI AÇMAQ

    xeyirxahlıq etmək, kömək göstərmək; irəliləməsinə şərait yaratmaq; ~ qabağa çəkmək, irəli çəkmək.

    Tam oxu »
  • QAPI AĞZINDA

    lap yaxında.

    Tam oxu »
  • QAPI DALINA SALMAQ

    bax: qapı dalında qoymaq.

    Tam oxu »
  • QAPI DALINDA QALMAQ

    sayılmamaq, çətinliyə düşmək, ağır vəziyyətlə üzləşmək, əzablara düçar olmaq.

    Tam oxu »
  • QAPI DALINDA QOYMAQ

    qəbul etməmək, kənarda saxlamaq, xahişini eşitməmək, süründürmək, gözlətmək, incitmək; ~ yaxına buraxmamaq (qoymamaq), get-gələ salmaq

    Tam oxu »
  • QAPI-QAPI GƏZMƏK

    bax: qapılara düşmək.

    Tam oxu »
  • QAPIDAN GİRİB BACADAN ÇIXMAQ

    dayanmamaq, oturmamaq, gəlməyi ilə getməyi bir olmaq.

    Tam oxu »
  • QAPIDAN QOVURSAN, BACADAN GİRİR

    sırtıqlıq, inadkarlıq etməklə başqalarını bezdirən adam haqqında deyilən ifadə.

    Tam oxu »
  • QAPILARA DÜŞMƏK

    hər hansı iş üçün çox adama müraciət etmək, hər kəsə baş çəkmək; dilənmək, dilənçilik etmək; ~ qapı-qapı gəzmək

    Tam oxu »
  • QAPILARDAN YIĞILMAMAQ

    evə vaxtında gəlməmək, vaxtını küçələrdə, çöldə-bayırda keçirmək. 

    Tam oxu »
  • QAPILARI ÜZÜNƏ BAĞLAMAQ

    inkişafına imkan verməmək, mane olmaq; ~ qarşısını almaq (kəsmək), pəl vurmaq (qatmaq), qırmızı işıq yandırmaq

    Tam oxu »
  • QAPINI ÇIRPMAQ

    bir yerdən inciyib getmək, nəyəsə etiraz etmək.

    Tam oxu »
  • QAPINI GÖSTƏRMƏK

    bax: qapını üzünə çırpmaq.

    Tam oxu »
  • QAPINI ÜZÜNƏ ÇIRPMAQ

    çox pis qarşılamaq, qəbul etməmək, qovmaq; ~ qapını göstərmək.

    Tam oxu »
  • QAPISI BAĞLANMAQ

    ev-eşiyi dağılmaq, ailəsi məhv olmaq; işi düz gətirməmək.

    Tam oxu »
  • QAPISI ÜZÜNƏ AÇIQ OLMAQ

    məmnuniyyətlə qəbul etməyə hazır olmaq.

    Tam oxu »
  • QAPISINDA QARAYEL ƏSMƏK

    ocağında yas məclisi qurmaq, evində, ailəsində bədbəxt hadisə, faciə baş vermək; ~ ölü düşmək.

    Tam oxu »
  • QAPISINDA TƏKCƏ DONUZU ƏSKİKDİR

    çox varlı, zəngin adam haqqında işlədilən ifadə; ~ var-dövləti başından aşmaq.

    Tam oxu »