Azərbaycan dilinin frazeologiya lügəti

  • KÖNLÜNƏ DÜŞMƏK

    istəmək, arzulamaq; ~ könlündən keçmək, ürəyi istəmək.

    Tam oxu »
  • KÖNLÜNƏ YATMAQ

    bəyənmək, sevmək; ~ xoşuna gəlmək, gözü tutmaq, könlü tutmaq.

    Tam oxu »
  • KÖNLÜNÜ AÇMAQ

    1. Sevindirmək, şadlandırmaq.  2. Birisinə inanaraq ürəyindəkiləri açıb söyləmək, sirlərini açıb demək; ~ ürəyini açmaq, qəlbini açmaq

    Tam oxu »
  • KÖNLÜNÜ ALMAQ

    incimiş bir adamı ovutmaq, sakitləşdirmək, incikliyini unutdurmağa çalışmaq, yumşaltmaq, acığını unutdurmaq; ~ ürəyini almaq

    Tam oxu »
  • KÖNLÜNÜ BULANDIRMAQ

    ikrah hissi oyatmaq, çiyrəndirmək, bıqdırmaq; ~ qanını qaraltmaq, ürəyini bulandırmaq.

    Tam oxu »
  • KÖNLÜNÜ ƏLƏ ALMAQ

    bax: ürəyini ələ almaq.

    Tam oxu »
  • KÖNLÜNÜ QIRMAQ (SINDIRMAQ, PARÇALAMAQ)

    bax: qəlbinə dəymək (toxunmaq).

    Tam oxu »
  • KÖNLÜNÜ ODLARA SALMAQ

    aşiq olmaq, sevmək, eşq oduna yanmaq, mübtəla olmaq.

    Tam oxu »
  • KÖNLÜNÜ OVLAMAQ

    sevməsinə, eşqə düşməsinə, aşiq olmasına səbəb olmaq, özünə aludə etmək; ~ eşqə salmaq.

    Tam oxu »
  • KÖNÜL BAĞLAMAQ

    aşiq olmaq, vurulmaq, ürəkdən sevmək; ~ könül vermək, mehr salmaq, meyil salmaq.

    Tam oxu »
  • KÖNÜL OXŞAMAQ

    məftun etmək, bəyənilmək; ~ xoş gəlmək, ürəyə yatmaq, ləzzət vermək, adama gəl-gəl deyir.

    Tam oxu »
  • KÖNÜL VERMƏK

    aşiq olmaq, vurulmaq, ürəkdən sevmək; ~ könül bağlamaq, ürək vermək, razılıq vermək.

    Tam oxu »
  • KÖPÜ YATMAQ

    sakitləşmək; ~ fısı yatmaq, qəzəbi soyumaq, tası-pası yatmaq.

    Tam oxu »
  • KÖPÜNÜ ALMAQ

    qarşısına sədd çəkmək, qudurğanlığının qarşısını almaq; ~ yerində oturtmaq; sakitləşdirmək; ~ hirsini soyutmaq

    Tam oxu »
  • KÖRPÜ ALTINDA DƏYİRMAN TİKMƏK

    xəlvət, əlaltından başqa işlər görmək.

    Tam oxu »
  • KÖRPÜ ÇAYDAN YAN (UZAQ) DÜŞÜB

    hər hansı məsələnin həqiqi həlli yolundan nə qədər uzaq olduğunu bildirmək üçün işlədilən ifadə.

    Tam oxu »
  • KÖRPÜLƏRİ YANDIRMAQ

    münasibətləri tamamilə pozmaq, xətir-hörmət qalmamaq, sonradan məsələyə qayıtmaq imkanı saxlamamaq; ~ əl yeri qoymamaq, üz qoymamaq, bağları qırmaq

    Tam oxu »
  • KÖRÜK BASMAQ

    daha da qızışdırmaq, şiddətləndirmək, kəskinləşdirmək; ~ odun üstünə yağ tökmək, sobaya odun atmaq.

    Tam oxu »
  • KÖSÖVƏ DÖNMƏK

    hirslənmək, qəzəblənmək, əsəbdən halı dəyişmək.

    Tam oxu »
  • KÖSÖVÜ ÇIXMAQ

    quruyub sıxılmaq, qaralıb arıqlamaq; ~ taqqanağı çıxmaq.

    Tam oxu »
  • KÖTƏK ALTINA ALMAQ

    döymək, kötəkləmək, cəzalandırmaq.

    Tam oxu »
  • KÖTÜYÜNÜN ÜSTÜNDƏ OD YANDIRMAQ

    kütləvi şəkildə qırmaq; ~ qılıncdan keçirmək, nəslini kəsmək, axırına çıxmaq.

    Tam oxu »
  • KÖYNƏK-KÖYNƏK ƏT TÖKMƏK

    dərin xəcalət hissi keçirmək, çox utanmaq; ~ xəcalətdən yerə girmək, xəcalət çəkmək.

    Tam oxu »
  • KÖYNƏKDƏN KEÇİRMƏK

    bax: köynək yaxasından keçirmək.

    Tam oxu »
  • KÖYNƏYİNİN YAXASINDAN KEÇİRMƏK

    övladlığa götürmək; doğması etmək.

    Tam oxu »
  • KÖZ ÜSTÜNDƏ OTURMAQ

    bax: iynə üstündə oturmaq.

    Tam oxu »
  • KÖZÜ ÖZ QABAĞINA ÇƏKMƏK

    öz xeyrini düşünmək, öz mənafeyini, şəxsi marağını güdmək.

    Tam oxu »
  • KÖZÜ SÖNDÜRÜB KÜLÜ İLƏ OYNAMAQ

    bax: odu söndürüb külü ilə oynamaq.

    Tam oxu »
  • KRESLO DAVASI

    vəzifə uğrunda mübarizə; ~ stul davası.

    Tam oxu »
  • KRESLODAN YAPIŞMAQ (QOPMAMAQ)

    vəzifə düşkünü olmaq, vəzifədən əl çəkməmək.   

    Tam oxu »
  • KÜÇƏDƏN AYAĞI YIĞILMAQ

    bax: ayağı yığılmaq.

    Tam oxu »
  • KÜÇƏLƏRDƏ İT DÖYMƏK

    avaralanmaq, işsiz olmaq, veyil-veyil gəzmək; ~ it döymək.

    Tam oxu »
  • KÜÇƏLƏRƏ SALMAQ

    didərgin, sərgərdan etmək; ~ evsiz-eşiksiz qoymaq.

    Tam oxu »
  • KÜL BAŞINA

    narazılıq, qınaq ifadə edən qarğış.

    Tam oxu »
  • KÜLƏ DÖNMƏK

    çox əziyyət çəkmək, həddindən artıq əzab çəkmək.

    Tam oxu »
  • KÜLƏK HANSI YANA ƏSSƏ, O YANA ƏSMƏK

    əqidəsi olmamaq, dəyişən vəziyyətə uyğunlaşmaq, fikrində sabit olmamaq.

    Tam oxu »
  • KÜLƏKLİ GÜNDƏ XIRMAN SOVURMAQ

    uyğun olmayan vaxtda və yerdə səmərəsiz işlə məşğul olmaq; nəyi nə vaxt etməyi bilməmək.

    Tam oxu »
  • KÜLƏYİ DƏYMƏK

    az da olsa təsiri olmaq, təsir etmək.

    Tam oxu »
  • KÜLFƏT BASMAQ

    çox uşağı olmaq, ailəsi böyük olmaq.

    Tam oxu »
  • KÜLLÜYÜ GÖYƏ SOVRULMUŞ

    yurdu-yuvası dağılmış, xaraba qalmış, ata ocağı, yeri-yurdu viran olmuş.

    Tam oxu »
  • KÜLÜNG ÇALMAQ

    çox işləmək, çalışmaq, əziyyətə qatlaşmaq; ~ zəhmət çəkmək, can qoymaq, dəridən-qabıqdan çıxmaq, sümük sındırmaq

    Tam oxu »
  • KÜLÜNGÜ DAŞA DƏYMƏK

    işi gətirməmək, istəyi alınmamaq, uğursuzluğa düçar olmaq; ~ oxu daşa dəymək, oxu boşa çıxmaq.

    Tam oxu »
  • KÜLÜNÜ GÖYƏ SOVURMAQ

    tamamilə məhv etmək, darmadağın etmək; ~ axırına çıxmaq, kökünü kəsmək (qazımaq).

    Tam oxu »
  • KÜNCƏ SIXMAQ (QISNAMAQ)

    birini çıxılmaz vəziyyətə salmaq, sıxışdırmaq, nəyəsə məcbur etmək; ~ qaloşa oturtmaq (qoymaq), boğazına çökmək, divara dirəmək (qısnamaq)

    Tam oxu »
  • KÜNDƏSİ KÜT GETMƏK (GƏLMƏK)

    işləri alınmamaq, əl atdığı işlər boşa çıxmaq.

    Tam oxu »
  • KÜP DİBİNDƏ YATMAQ

    bax: küpünə girmək.

    Tam oxu »
  • KÜPÜNƏ GİRMƏK

    daim sərxoş olmaq, həddindən artıq spirtli içki içmək, içki aludəçisi olmaq; ~ küp dibində yatmaq.

    Tam oxu »
  • KÜRƏK ÇEVİRMƏK

    bax: arxa çevirmək.

    Tam oxu »
  • KÜRƏK-KÜRƏYƏ VERMƏK

    bir-birinə arxalanmaq, əlbir olmaq, köməkləşmək; ~  arxa-arxaya vermək, çiyin-çiyinə vermək.

    Tam oxu »
  • KÜRƏYİ YERƏ GƏLMƏK

    basılmaq, məğlub olmaq, təslim olmaq; ~ əlinin arxasını (dalını) yerə qoymaq, arxası yerə gəlmək (dəymək)

    Tam oxu »