Azərbaycan dilinin frazeologiya lügəti

  • QAN-TƏR TÖKMƏK

    bax: qan-tərə batmaq.

    Tam oxu »
  • QAN-TƏRƏ BATMAQ

    çox işləmək, var gücü ilə çalışmaq; ~ əldən düşmək, sümük sındırmaq.

    Tam oxu »
  • QAN TÖKMƏK

    adam öldürmək.

    Tam oxu »
  • QAN TUTMAQ

    etdiyi cinayətin, ölüm hadisəsinin və s.-nin təsiri altında ağlı, şüuru kütləşmək, qeyri-iradi hərəkətlər etmək; ~ özünü itirmək

    Tam oxu »
  • QAN UDDURMAQ

    incitmək, işgəncə, əzab və əziyyət vermək, olmazın zəhmət və iztirab çəkdirmək; ~ qan qusdurmaq, gününü qara eləmək, gününü göy əsgiyə bükmək

    Tam oxu »
  • QAN YADDAŞI

    tarixin yaddaşlarda həkk olunmuş faciəvi hadisələri.

    Tam oxu »
  • QAN-YAŞ AXITMAQ

    çox ağlamaq, çox kədərli olmaq; ~ yasa batmaq.

    Tam oxu »
  • QAN-YAŞ TÖKMƏK

    bax: qan-yaş axıtmaq.

    Tam oxu »
  • QANA ÇALXAMAQ

    qorxulu, təhlükəli işə sövq etmək.

    Tam oxu »
  • QANA DÜŞMƏK

    böhtan, xata, dava ilə üzləşmək; ~ xataya düşmək.

    Tam oxu »
  • QANA SALMAQ

    xatalı, təhlükəli bir işə vadar etmək; ~ cəncələ salmaq.

    Tam oxu »
  • QANA SUSAMAQ

    dava-dava demək, qan töküb adam öldürməyə can atmaq; ~ qan-qan demək, qan axtarmaq.

    Tam oxu »
  • QANAD ÇALMAQ

    pərvazlanmaq, uçmaq.

    Tam oxu »
  • QANAD GƏRMƏK

    himayəsi altına almaq, qorumaq; daim başı üzərində olmaq.

    Tam oxu »
  • QANAD VERMƏK

    bax: qol-qanad vermək.

    Tam oxu »
  • QANADI ALTINA ALMAQ (YIĞMAQ)

    himayə etmək, qorumaq; ~ himayəsinə almaq (götürmək).

    Tam oxu »
  • QANADI ALTINA SIĞINMAQ

    qorunmaq üçün kiminsə himayəsinə keçmək.

    Tam oxu »
  • QANADI ALTINDA BÖYÜMƏK

    himayə və qayğı ilə ərsəyə gəlmək.

    Tam oxu »
  • QANADI QIRILMAQ

    köməksiz və himayəsiz qalmaq.

    Tam oxu »
  • QANI BATMAQ

    bax: qanı yerdə qalmaq.

    Tam oxu »
  • QANI BOYNUNDA QALMAQ

    kiminsə ölümündə günahkar bilinmək, bir kimsənin öldürülməsi şübhəsi üzərində qalmaq.

    Tam oxu »
  • QANI DAMARLARINDA DONMAQ

    hədsiz dərəcədə heyrətlənmək, heyrətdən donub-qalmaq; ~ gözlərinə inanmamaq.

    Tam oxu »
  • QANI GETMƏK

    cəzalanacağı zəruri olmaq; ~ işi bitmək, fatihəsi oxunmaq (verilmək).

    Tam oxu »
  • QANI İT QANINA DÖNMƏK

    çox bərk əsəbiləşmək; ~ özündən çıxmaq.

    Tam oxu »
  • QANI QAÇMAQ

    bənizi saralmaq, ağarmaq, solmaq.

    Tam oxu »
  • QANI QAN İLƏ YUMAQ

    ölümə öldürməklə cavab vermək; ~ əvəzini çıxmaq, intiqam almaq, qisas almaq.

    Tam oxu »
  • QANI QARALMAQ

    əhvalı təlx olmaq, dilxor olmaq, bikefləmək; ~ kefi korlanmaq (pozulmaq).

    Tam oxu »
  • QANI QAYNAMAQ

    məhrəm saymaq, doğma bilmək, çox bəyənmək; ~ suyu şirin gəlmək, xoşuna gəlmək, ürəyi tutmaq.

    Tam oxu »
  • QANI QİYMƏTİNƏ

    çox baha, itkilər hesabına.

    Tam oxu »
  • QANI SU İLƏ YUMAQ

    düşmənçiliyi barışıqla aradan götürmək.

    Tam oxu »
  • QANI TƏZƏLƏMƏK

    yeni həyat vermək, bir işi canlandırmaq.

    Tam oxu »
  • QANI TUTMAQ

    törətdiyi qətlin cəzasını çəkmək; ~ ahı tutmaq.

    Tam oxu »
  • QANI YERDƏ QALMAQ

    qatili tapılmamaq və ya cəzasız qalmaq; qisası, intiqamı, qanı alınmamaq; ~ qanı batmaq.

    Tam oxu »
  • QANINA BOYAMAQ

    öldürmək, qətlə yetirmək.

    Tam oxu »
  • QANINA HOPMAQ

    bax: qanına işləmək.

    Tam oxu »
  • QANINA İŞLƏMƏK

    ciddi təsir etmək, dərindən nüfuz etmək; bir işdən əl çəkə bilməmək, vərdiş halını almaq; ~ qanına yerimək, qanına hopmaq

    Tam oxu »
  • QANINA QƏLTAN ETMƏK

    öldürmək, qətlə yetirmək.

    Tam oxu »
  • QANINA SUSAMAQ (YERİKLƏMƏK)

    kimisə öldürmək istəmək, birinin ölümünü istəmək.

    Tam oxu »
  • QANINA YERİMƏK

    bax: qanına işləmək.

    Tam oxu »
  • QANINDAN KEÇMƏK

    misilsiz fədakarlıq göstərmək, özünü fəda etmək, canını verməyə hazır olmaq; ~ canından keçmək.

    Tam oxu »
  • QANINI ALMAQ

    bax: qanını yerdə qoymamaq.

    Tam oxu »
  • QANINI BATIRMAQ

    ölüm işinin üstünü açmamaq, cinayəti ört-basdır etmək, unutdurmaq; ~ qanı yerdə qalmaq.

    Tam oxu »
  • QANINI İÇMƏK

    işgəncə vermək, istismar etmək, zülm etmək, var-yoxunu əlindən almaq; ~ qanını sormaq, qan uddurmaq.

    Tam oxu »
  • QANINI QARALTMAQ

    acıqlandırmaq, dilxor etmək, pərt etmək, əsəbiləşdirmək; ~ halını qatmaq, halını pozmaq, kefinə dəymək (toxunmaq), yediyini zəhərə (zəhrimara) döndərm

    Tam oxu »
  • QANINI QAŞIĞA QOYMAQ

    riskə getmək, təhlükəli işə qoşulmaq.

    Tam oxu »
  • QANINI SATIN ALMAQ

    bir kimsəni bəladan qurtarmaq, təhlükədən xilas etmək, qorumaq; ~ qanının arasına girmək.

    Tam oxu »
  • QANINI SORMAQ

    istismar və zülm etmək, var-yoxunu əlindən almaq; ~ qanını içmək.

    Tam oxu »
  • QANINI ÜSTÜNƏ TÖKMƏK

    günahı üstünə yıxmaq; ~ xataya salmaq, şərə salmaq.

    Tam oxu »
  • QANINI YERDƏ QOYMAMAQ

    qatilin cəzasını vermək; ~ qisas almaq, intiqam almaq, qanını almaq.

    Tam oxu »
  • QANININ ARASINA GİRMƏK

    qəzəblənmiş adamın hirsinin soyumasına səbəb olmaq; çox çətin və ya qorxulu vəziyyətə düşən bir adamı dardan qurtarmaq, təhlükədən xilas etmək; ~ qanı

    Tam oxu »