Azərbaycan dilinin frazeologiya lügəti

  • KÜTÜMÜZ DƏ VAR, İTİMİZ DƏ

    “qızı kənara vermərik” mənasında işlədilən ifadə.

    Tam oxu »
  • KÜY DÜŞMƏK

    həyəcanlı xəbər yayılmaq, səs-küy, həyəcan, vahimə və təlaş yaranmaq, şayiə yayılmaq.

    Tam oxu »
  • KÜYƏ BASMAQ (SALMAQ)

    bir məsələni hay-küylə şişirtmək, mübaliğə ilə danışmaq; ~ gopa basmaq, hay basmaq (salmaq, vurmaq).

    Tam oxu »
  • KÜYƏ GETMƏK

    hər deyilən sözə uymaq, tez inanmaq.

    Tam oxu »
  • QAB DİBİ YALAMAQ

    yaltaqlanmaq, yaltaqlıqdan bəhrələnmək; ~ qazan dibi yalamaq.

    Tam oxu »
  • QABAĞA APARMAQ

    yardımçı olmaq, dəstək olmaq; irəlilətmək, inkişaf etdirmək.

    Tam oxu »
  • QABAĞA ATMAQ

    bax: qabağa salmaq.

    Tam oxu »
  • QABAĞA ÇƏKMƏK

    etimad göstərmək, vəzifə vermək, vəzifəsini artırmaq, inkişafı üçün imkan yaratmaq; ~ qapı açmaq.

    Tam oxu »
  • QABAĞA DURMAQ

    hansısa işin icrasını və ya məsuliyyətini üzərinə götürmək.

    Tam oxu »
  • QABAĞA DÜŞMƏK

    1. Rəhbərlik etmək, bələdçilik etmək; ~ yol göstərmək.  2. Nəzərdə tutulduğundan, gözlənildiyindən çox qazanc götürmək; ~ irəli düşmək

    Tam oxu »
  • QABAĞA GETMƏK

    irəliləmək, inkişaf etmək, artmaq; qabaqlamaq.

    Tam oxu »
  • QABAĞA QAÇMAQ

    tələsmək, qabaqlamağa çalışmaq, irəliyə can atmaq.

    Tam oxu »
  • QABAĞA SALMAQ

    1. Gəlir gətirmək, maddi cəhətdən qazandırmaq.  2. Bir işi tezləşdirmək; ~ irəli atmaq, qabağa atmaq

    Tam oxu »
  • QABAĞA VERMƏK

    məsuliyyəti, cavabdehliyi boynuna qoymaq.

    Tam oxu »
  • QABAĞI AÇILMAQ

    çoxlu, kütləvi şəkildə gəlməyə başlamaq, axışıb gəlmək, getdikcə çoxalmaq; ~ ağzı açılmaq.

    Tam oxu »
  • QABAĞINA ÇIXMAQ

    1. Səfərdən gələn adamı qarşılamaq; hörmət əlaməti olaraq qonağı kandarda qarşılamaq; güc tətbiq edənin qarşısına çıxmaq, ondan çəkinməmək

    Tam oxu »
  • QABAĞINA DAŞ DIĞIRLAMAQ (YUMALAMAQ)

    bax: qabağına kötük itələmək.

    Tam oxu »
  • QABAĞINA DÜŞMƏK

    başçılıq etmək; ~ yol göstərmək.

    Tam oxu »
  • QABAĞINA KEÇMƏK

    əksinə, ziddinə olmaq.

    Tam oxu »
  • QABAĞINA KÖTÜK İTƏLƏMƏK

    mane olmaq, irəli getməsinin və inkişaf etməsinin qarşısını almaq; ~ qarşısını almaq (kəsmək), qabağına daş dığırlamaq (yumalamaq)

    Tam oxu »
  • QABAĞINA QATMAQ

    qabağına salıb aparmaq, qova-qova aparmaq.

    Tam oxu »
  • QABAĞINA QOZ QOYMAQ

    cavabını vermək, üstün gəlmək; məğlub etmək; ~ yerində oturtmaq, yerini göstərmək, cavabını vermək.

    Tam oxu »
  • QABAĞINA SÜMÜK ATMAQ

    susdurmaq və ya özünə tabe etmək üçün əhəmiyyətsiz, kiçik bir şeylə başını aldatmaq.

    Tam oxu »
  • QABAĞINA YÜYÜRMƏK

    hədsiz hörmət, ehtiram və itaətkarlıq göstərmək.

    Tam oxu »
  • QABAĞINDA İKİQAT (DÖRDQAT) OLMAQ

    yaltaqlanmaq, qarşısında bükülmək, əyilmək; ~ quyruq bulamaq.

    Tam oxu »
  • QABAĞINDA MİL DURMAQ

    bax: mil durmaq.

    Tam oxu »
  • QABAĞINDAN QAÇMAQ

    gücü çatmamaq, ehtiyat etmək, qorxmaq, çəkinmək.

    Tam oxu »
  • QABAĞINDAN QARA PİŞİK KEÇMƏK

    bax: yolunun üstünə qara pişik çıxmaq.

    Tam oxu »
  • QABAĞINDAN YEMƏMƏK

    qorxmamaq, çəkinməmək, sözünü demək, dikbaş və cəsur olmaq; ~ söz götürməmək.

    Tam oxu »
  • QABAĞINI ALMAQ

    bir hadisənin baş verməsinə mane olmaq üçün vaxtında tədbir görmək; ~ qarşısını almaq (kəsmək).

    Tam oxu »
  • QABAĞINI KƏSMƏK

    1. Mane olmaq, dayandırmaq; ~ qarşısını almaq (kəsmək).  2. Soyğun və talan məqsədilə yolunu kəsmək.

    Tam oxu »
  • QABAQ-QABAĞA QOYMAQ

    qarşılaşdırmaq, tutuşdurmaq, müqayisə etmək.

    Tam oxu »
  • QABIQ QOYMAQ

    ağır işlə məşğul olmaq, həddindən artıq çalışmaq, əziyyət çəkmək; ~ can qoymaq, külüng çalmaq, dəridən-qabıqdan çıxmaq

    Tam oxu »
  • QABIQDAN ÇIXMAQ

    1. Çox çalışıb-əlləşmək, bütün gücünü sərf etmək; ~ dəridən-qabıqdan çıxmaq.  2. Kasıblamaq, müflisləşmək, əlində olan şeylərin hamısından məhrum olma

    Tam oxu »
  • QABINDA BİR ŞEY OLMAMAQ

    elmsiz, məlumatsız, biliksiz, küt və savadsız olmaq; ~ hırla-zırı qanmamaq.

    Tam oxu »
  • QABIRĞA OLMAQ

    birisi istəmədən ona qoşulmaq, şərik olmaq; ~ boğaz olmaq, boğaz ortağı olmaq.

    Tam oxu »
  • QABIRĞA VERMƏK

    əyilmək, yıxılmağa meyil etmək.

    Tam oxu »
  • QABIRĞASI QALIN OLMAQ

    kobud olmaq, heç nəyi vecinə almamaq, söz təsir etməmək.

    Tam oxu »
  • QABIRĞASINA DÖŞƏMƏK

    bərk danlamaq, töhmətləndirmək, tənqid etmək; ~ canına döşəmək, gönünə döşəmək.

    Tam oxu »
  • QABIRĞASINDAN ÇIXARMAQ

    bax: kürəyindən çıxarmaq.

    Tam oxu »
  • QABIRĞASININ QALIN YERİNƏ SALMAQ

    kobudluq etmək, məsləhətə qulaq asmamaq; ~ qulaqardına vurmaq.

    Tam oxu »
  • QACLIQ [QACDIX] İSİM

    Ziddlik, düşmənlik.

    Tam oxu »
  • QAÇA-QAÇA [QAÇA-QAÇA] ZƏRF

    Qaçaraq, yüyürə-yüyürə, yüyürərək. □ Qaça-qaça gəlmək.

    Tam oxu »
  • QAÇAQ DÜŞMƏK

    müxtəlif səbəblərə görə öz yurdundan, evindən, ailəsindən uzaq düşməyə məcbur olmaq.

    Tam oxu »
  • QAÇAQ SALMAQ

    uzaqlaşdırmaq, öz evindən, yurdundan ayrı düşməsinə məcbur etmək; ~ didərgin salmaq.

    Tam oxu »
  • QAÇANI QOVMAMAQ

    mərhəmətli olmaq, bağışlamaq; ~ basdığını kəsməmək.

    Tam oxu »
  • QADAQDA SAXLAMAQ

    sərbəstlik verməmək, əl-qol açmağa, müəyyən həddən kənara çıxmağa qoymamaq.

    Tam oxu »
  • QAFİYƏ DƏYİŞMƏK

    söhbəti başqa istiqamətə yönəltmək, mövzunu bilərəkdən dəyişmək; ~ iz azdırmaq.

    Tam oxu »
  • QAHMAR ÇIXMAQ

    çətin vəziyyətdə müdafiə etmək; ~ tərəf saxlamaq (tutmaq).

    Tam oxu »
  • QALMAQAL SALMAQ

    nəyi isə bəhanə gətirərək dava-dalaş etmək, narazılıq bildirmək, səs-küy yaratmaq; ~ qovğa salmaq, dava salmaq

    Tam oxu »