Azərbaycan dilinin frazeologiya lügəti

  • KÜLÜNÜ GÖYƏ SOVURMAQ

    tamamilə məhv etmək, darmadağın etmək; ~ axırına çıxmaq, kökünü kəsmək (qazımaq).

    Tam oxu »
  • KÜNCƏ SIXMAQ (QISNAMAQ)

    birini çıxılmaz vəziyyətə salmaq, sıxışdırmaq, nəyəsə məcbur etmək; ~ qaloşa oturtmaq (qoymaq), boğazına çökmək, divara dirəmək (qısnamaq)

    Tam oxu »
  • KÜNDƏSİ KÜT GETMƏK (GƏLMƏK)

    işləri alınmamaq, əl atdığı işlər boşa çıxmaq.

    Tam oxu »
  • KÜP DİBİNDƏ YATMAQ

    bax: küpünə girmək.

    Tam oxu »
  • KÜPÜNƏ GİRMƏK

    daim sərxoş olmaq, həddindən artıq spirtli içki içmək, içki aludəçisi olmaq; ~ küp dibində yatmaq.

    Tam oxu »
  • KÜRƏK ÇEVİRMƏK

    bax: arxa çevirmək.

    Tam oxu »
  • KÜRƏK-KÜRƏYƏ VERMƏK

    bir-birinə arxalanmaq, əlbir olmaq, köməkləşmək; ~  arxa-arxaya vermək, çiyin-çiyinə vermək.

    Tam oxu »
  • KÜRƏYİ YERƏ GƏLMƏK

    basılmaq, məğlub olmaq, təslim olmaq; ~ əlinin arxasını (dalını) yerə qoymaq, arxası yerə gəlmək (dəymək)

    Tam oxu »
  • KÜRƏYİNDƏ ƏL OLMAQ

    arxası, himayədarı, köməyi olmaq.

    Tam oxu »
  • KÜRƏYİNDƏN ÇIXARMAQ

    etdiyi hərəkətə, vurduğu zərərə görə cəzalandırmaq; ~ qabırğasından çıxarmaq, əvəzini çıxmaq, acıq çıxmaq, heyif çıxmaq

    Tam oxu »
  • KÜRƏYİNİ YERƏ QOYMAMAQ (VERMƏMƏK)

    bax: arxasını yerə verməmək.

    Tam oxu »
  • KÜRƏYİNİ YERƏ VURMAQ (QOYMAQ)

    bax: arxasını yerə vurmaq (qoymaq).

    Tam oxu »
  • KÜRKÜNƏ BİRƏ DOLMAQ

    bax: kürkünə birə düşmək.

    Tam oxu »
  • KÜRKÜNƏ BİRƏ DÜŞMƏK

    narahatlıq, qorxu, həyəcan keçirmək; ~ əl-ayağa düşmək, təşvişə düşmək.

    Tam oxu »
  • KÜRKÜNƏ BİRƏ SALMAQ

    qorxutmaq, həyəcanlandırmaq; ~ canına qorxu (lərzə, od) salmaq.

    Tam oxu »
  • KÜRKÜNÜ SUDAN ÇIXARMAQ

    bax: çulunu sudan çıxarmaq.

    Tam oxu »
  • KÜRÜ DİPLOMATİYASI

    siyasi maraqları təmin etmək üçün rüşvət (bahalı hədiyyələr, o cümlədən balıq kürüsü) verməklə xarici siyasi xadimləri və diplomatları ələ almaq; ~ do

    Tam oxu »
  • KÜSÜ SAXLAMAQ

    bir-biri ilə danışmamaq, küsülü vəziyyəti davam etdirmək, dindirməmək, danışdırmamaq.

    Tam oxu »
  • KÜT GETMƏK

    1. Xəmirin təndirin divarından qopub od və ya kül üstünə düşməsi; 2. Yorğunluqdan tez və bərk yatmaq, tez yuxuya getmək

    Tam oxu »
  • KÜTÜMÜZ DƏ VAR, İTİMİZ DƏ

    “qızı kənara vermərik” mənasında işlədilən ifadə.

    Tam oxu »
  • KÜY DÜŞMƏK

    həyəcanlı xəbər yayılmaq, səs-küy, həyəcan, vahimə və təlaş yaranmaq, şayiə yayılmaq.

    Tam oxu »
  • KÜYƏ BASMAQ (SALMAQ)

    bir məsələni hay-küylə şişirtmək, mübaliğə ilə danışmaq; ~ gopa basmaq, hay basmaq (salmaq, vurmaq).

    Tam oxu »
  • KÜYƏ GETMƏK

    hər deyilən sözə uymaq, tez inanmaq.

    Tam oxu »
  • QAB DİBİ YALAMAQ

    yaltaqlanmaq, yaltaqlıqdan bəhrələnmək; ~ qazan dibi yalamaq.

    Tam oxu »
  • QABAĞA APARMAQ

    yardımçı olmaq, dəstək olmaq; irəlilətmək, inkişaf etdirmək.

    Tam oxu »
  • QABAĞA ATMAQ

    bax: qabağa salmaq.

    Tam oxu »
  • QABAĞA ÇƏKMƏK

    etimad göstərmək, vəzifə vermək, vəzifəsini artırmaq, inkişafı üçün imkan yaratmaq; ~ qapı açmaq.

    Tam oxu »
  • QABAĞA DURMAQ

    hansısa işin icrasını və ya məsuliyyətini üzərinə götürmək.

    Tam oxu »
  • QABAĞA DÜŞMƏK

    1. Rəhbərlik etmək, bələdçilik etmək; ~ yol göstərmək.  2. Nəzərdə tutulduğundan, gözlənildiyindən çox qazanc götürmək; ~ irəli düşmək

    Tam oxu »
  • QABAĞA GETMƏK

    irəliləmək, inkişaf etmək, artmaq; qabaqlamaq.

    Tam oxu »
  • QABAĞA QAÇMAQ

    tələsmək, qabaqlamağa çalışmaq, irəliyə can atmaq.

    Tam oxu »
  • QABAĞA SALMAQ

    1. Gəlir gətirmək, maddi cəhətdən qazandırmaq.  2. Bir işi tezləşdirmək; ~ irəli atmaq, qabağa atmaq

    Tam oxu »
  • QABAĞA VERMƏK

    məsuliyyəti, cavabdehliyi boynuna qoymaq.

    Tam oxu »
  • QABAĞI AÇILMAQ

    çoxlu, kütləvi şəkildə gəlməyə başlamaq, axışıb gəlmək, getdikcə çoxalmaq; ~ ağzı açılmaq.

    Tam oxu »
  • QABAĞINA ÇIXMAQ

    1. Səfərdən gələn adamı qarşılamaq; hörmət əlaməti olaraq qonağı kandarda qarşılamaq; güc tətbiq edənin qarşısına çıxmaq, ondan çəkinməmək

    Tam oxu »
  • QABAĞINA DAŞ DIĞIRLAMAQ (YUMALAMAQ)

    bax: qabağına kötük itələmək.

    Tam oxu »
  • QABAĞINA DÜŞMƏK

    başçılıq etmək; ~ yol göstərmək.

    Tam oxu »
  • QABAĞINA KEÇMƏK

    əksinə, ziddinə olmaq.

    Tam oxu »
  • QABAĞINA KÖTÜK İTƏLƏMƏK

    mane olmaq, irəli getməsinin və inkişaf etməsinin qarşısını almaq; ~ qarşısını almaq (kəsmək), qabağına daş dığırlamaq (yumalamaq)

    Tam oxu »
  • QABAĞINA QATMAQ

    qabağına salıb aparmaq, qova-qova aparmaq.

    Tam oxu »
  • QABAĞINA QOZ QOYMAQ

    cavabını vermək, üstün gəlmək; məğlub etmək; ~ yerində oturtmaq, yerini göstərmək, cavabını vermək.

    Tam oxu »
  • QABAĞINA SÜMÜK ATMAQ

    susdurmaq və ya özünə tabe etmək üçün əhəmiyyətsiz, kiçik bir şeylə başını aldatmaq.

    Tam oxu »
  • QABAĞINA YÜYÜRMƏK

    hədsiz hörmət, ehtiram və itaətkarlıq göstərmək.

    Tam oxu »
  • QABAĞINDA İKİQAT (DÖRDQAT) OLMAQ

    yaltaqlanmaq, qarşısında bükülmək, əyilmək; ~ quyruq bulamaq.

    Tam oxu »
  • QABAĞINDA MİL DURMAQ

    bax: mil durmaq.

    Tam oxu »
  • QABAĞINDAN QAÇMAQ

    gücü çatmamaq, ehtiyat etmək, qorxmaq, çəkinmək.

    Tam oxu »
  • QABAĞINDAN QARA PİŞİK KEÇMƏK

    bax: yolunun üstünə qara pişik çıxmaq.

    Tam oxu »
  • QABAĞINDAN YEMƏMƏK

    qorxmamaq, çəkinməmək, sözünü demək, dikbaş və cəsur olmaq; ~ söz götürməmək.

    Tam oxu »
  • QABAĞINI ALMAQ

    bir hadisənin baş verməsinə mane olmaq üçün vaxtında tədbir görmək; ~ qarşısını almaq (kəsmək).

    Tam oxu »
  • QABAĞINI KƏSMƏK

    1. Mane olmaq, dayandırmaq; ~ qarşısını almaq (kəsmək).  2. Soyğun və talan məqsədilə yolunu kəsmək.

    Tam oxu »