Azərbaycan dilinin frazeologiya lügəti

  • QANINI YERDƏ QOYMAMAQ

    qatilin cəzasını vermək; ~ qisas almaq, intiqam almaq, qanını almaq.

    Tam oxu »
  • QANININ ARASINA GİRMƏK

    qəzəblənmiş adamın hirsinin soyumasına səbəb olmaq; çox çətin və ya qorxulu vəziyyətə düşən bir adamı dardan qurtarmaq, təhlükədən xilas etmək; ~ qanı

    Tam oxu »
  • QANLIBIÇAĞA ÇIXMAQ

    bax: ölüb-öldürməyə çıxmaq.

    Tam oxu »
  • QAPAZ YEMƏK

    döyülmək.

    Tam oxu »
  • QAPI AÇMAQ

    xeyirxahlıq etmək, kömək göstərmək; irəliləməsinə şərait yaratmaq; ~ qabağa çəkmək, irəli çəkmək.

    Tam oxu »
  • QAPI AĞZINDA

    lap yaxında.

    Tam oxu »
  • QAPI DALINA SALMAQ

    bax: qapı dalında qoymaq.

    Tam oxu »
  • QAPI DALINDA QALMAQ

    sayılmamaq, çətinliyə düşmək, ağır vəziyyətlə üzləşmək, əzablara düçar olmaq.

    Tam oxu »
  • QAPI DALINDA QOYMAQ

    qəbul etməmək, kənarda saxlamaq, xahişini eşitməmək, süründürmək, gözlətmək, incitmək; ~ yaxına buraxmamaq (qoymamaq), get-gələ salmaq

    Tam oxu »
  • QAPI-QAPI GƏZMƏK

    bax: qapılara düşmək.

    Tam oxu »
  • QAPIDAN GİRİB BACADAN ÇIXMAQ

    dayanmamaq, oturmamaq, gəlməyi ilə getməyi bir olmaq.

    Tam oxu »
  • QAPIDAN QOVURSAN, BACADAN GİRİR

    sırtıqlıq, inadkarlıq etməklə başqalarını bezdirən adam haqqında deyilən ifadə.

    Tam oxu »
  • QAPILARA DÜŞMƏK

    hər hansı iş üçün çox adama müraciət etmək, hər kəsə baş çəkmək; dilənmək, dilənçilik etmək; ~ qapı-qapı gəzmək

    Tam oxu »
  • QAPILARDAN YIĞILMAMAQ

    evə vaxtında gəlməmək, vaxtını küçələrdə, çöldə-bayırda keçirmək. 

    Tam oxu »
  • QAPILARI ÜZÜNƏ BAĞLAMAQ

    inkişafına imkan verməmək, mane olmaq; ~ qarşısını almaq (kəsmək), pəl vurmaq (qatmaq), qırmızı işıq yandırmaq

    Tam oxu »
  • QAPINI ÇIRPMAQ

    bir yerdən inciyib getmək, nəyəsə etiraz etmək.

    Tam oxu »
  • QAPINI GÖSTƏRMƏK

    bax: qapını üzünə çırpmaq.

    Tam oxu »
  • QAPINI ÜZÜNƏ ÇIRPMAQ

    çox pis qarşılamaq, qəbul etməmək, qovmaq; ~ qapını göstərmək.

    Tam oxu »
  • QAPISI BAĞLANMAQ

    ev-eşiyi dağılmaq, ailəsi məhv olmaq; işi düz gətirməmək.

    Tam oxu »
  • QAPISI ÜZÜNƏ AÇIQ OLMAQ

    məmnuniyyətlə qəbul etməyə hazır olmaq.

    Tam oxu »
  • QAPISINDA QARAYEL ƏSMƏK

    ocağında yas məclisi qurmaq, evində, ailəsində bədbəxt hadisə, faciə baş vermək; ~ ölü düşmək.

    Tam oxu »
  • QAPISINDA TƏKCƏ DONUZU ƏSKİKDİR

    çox varlı, zəngin adam haqqında işlədilən ifadə; ~ var-dövləti başından aşmaq.

    Tam oxu »
  • QAPISINI AÇMAMAQ

    get-gəli dayandırmaq; ~ araları soyumaq (sərinləmək).

    Tam oxu »
  • QAPISINI DA TANIMIR

    birisi ilə heç bir ünsiyyətdə olmadığını bildirən ifadə.

    Tam oxu »
  • QAPISINI DÖYMƏK

    kömək üçün müraciət etmək, yardım istəmək.

    Tam oxu »
  • QAPISININ AĞZINI KƏSDİRMƏK

    təkidlə qəbuluna düşməyə can atmaq.

    Tam oxu »
  • QAR SUYUNDAN QAYMAQ YIĞMAQ

    bacarıqlı, diribaş, gözüaçıq və zirək olmaq.

    Tam oxu »
  • QAR YAĞIB, QAPI ÖRTÜLÜB

    tamamilə unudulmuş, yaddan çıxarılmış bir şəxs və ya predmet haqqında işlədilən ifadə.

    Tam oxu »
  • QARA BASMAQ

    gözünə əcaib, qorxulu, xəyali şeylər görünmək; ~ gözünə görünmək.

    Tam oxu »
  • QARA BAYRAM

    bir şəxsin ölümündən sonrakı ilk Novruz bayramı; dünyasını dəyişmiş şəxsin bu bayram ərəfəsində, bir qayda olaraq, məzarının ziyarət edilməsi ilə müşa

    Tam oxu »
  • QARA CAMAAT

    kütlə, rəiyyət, sıravi adamlar.

    Tam oxu »
  • QARA ÇADIRDA QIRMIZI YAMAQ

    fərqli xasiyyətləri olanların evlənməsinə aid istehzalı münasibəti əks etdirən ifadə.

    Tam oxu »
  • QARA DAŞI YASTIQ ETMƏK

    1. Çətin günlər keçirmək, böyük sıxıntı və əzablara qatlaşmaq.  2. Evindən-eşiyindən uzaq düşmək.

    Tam oxu »
  • QARA GEYMƏK

    yaxın adamı ölmək; ~ yasa batmaq, yas saxlamaq (tutmaq), yasxana qurmaq, ağ çıxarıb qara geymək.

    Tam oxu »
  • QARA GÖZLƏRİNƏ BAĞIŞLAMAQ

    qarşılığında bir şey almamaq, əvəz tələb etməmək, təmənna güdməmək; güzəştə getmək.

    Tam oxu »
  • QARA GÜN

    əzab-əziyyət, çətinlik, sıxıntı.

    Tam oxu »
  • QARA GÜNƏ QALMAQ

    çox pis vəziyyətə düşmək, pis vəziyyətdə olmaq.

    Tam oxu »
  • QARA GÜNÜNÜ QABLAMAQ

    pis günlərə hazırlaşmaq, bir fəlakəti və ya bəlanı qarşılamağa hazır olmaq.

    Tam oxu »
  • QARA İLANA RAST GƏLMƏK (OLMAQ)

    pis, əzazil, qəddar insanla qarşılaşmaq, ona işi düşmək, tabeliyində çalışmaq.

    Tam oxu »
  • QARA KAĞIZ

    ölüm xəbəri yazılmış məktub.

    Tam oxu »
  • QARA QAŞ-GÖZÜNƏ AŞİQ OLMAMIŞAM

    kimisə şəxsi münasibətlərə, subyektiv amillərə görə deyil, yüksək qabiliyyətinə, bacarığına görə irəli çəkərkən və ya tərifləyərkən işlədilən ifadə

    Tam oxu »
  • QARA QƏPİYƏ GÜLLƏ ATMAQ

    pulu olmamaq; ~ on şahıya güllə atmaq.

    Tam oxu »
  • QARA QIZIL

    neft.

    Tam oxu »
  • QARA-QORXU GƏLMƏK

    qorxutmaq, hədələmək, şantaj etmək.

    Tam oxu »
  • QARA MƏNİ BASINCA MƏN QARANI BASIM

    qabaqdangəlmişlik etmək, danlanacağını ehtimal edib birini qabaqlamaq.

    Tam oxu »
  • QARA SƏHİFƏ

    tarixin faciəli mərhələsi.

    Tam oxu »
  • QARA SİYAHIYA DÜŞMƏK

    arzuolunmayan şəxsə çevrilmək, təqib edilmək.

    Tam oxu »
  • QARA SUDAN QAYMAQ TUTMAQ

    xəsis olmaq, simiclik etmək; ~ yumurtadan yun qırxmaq, əli cibinə getməmək.

    Tam oxu »
  • QARA YAXMAQ

    kimisə yanlış olaraq günahlandırmaq, ünvanına yalanlar söyləmək,  ləkələmək; ~ böhtan atmaq, şər atmaq, çamır atmaq

    Tam oxu »
  • QARA YELLƏR ƏSMƏK

    bax: ruzigarı bəd əsmək.

    Tam oxu »