Azərbaycan dilinin frazeologiya lügəti

  • QIY ÇƏKMƏK (VURMAQ)

    qışqırmaq, bağırmaq, səsləmək; ~ nərə çəkmək.

    Tam oxu »
  • QIZ ALMAQ

    evlənmək, evləndirmək, ailə qurmaq.

    Tam oxu »
  • QIZ QALMAQ

    ərə getməmək, ailə qurmamaq, qarımaq; ~ yurdda qalmaq, evdə qalmaq, evi elçi üzü görməmək.

    Tam oxu »
  • QIZIL DAĞLAR VƏD ETMƏK

    basıb-bağlamaq, bol-bol vədlər vermək.

    Tam oxu »
  • QIZIL XIRDALAMAQ

    hikmətli, faydalı, mənalı söhbətlər etmək.

    Tam oxu »
  • QIZIL KÜPÜNƏ DÜŞMƏK

    bolluq, zənginlik içində olmaq.

    Tam oxu »
  • QIZIL TEŞTƏ QAN QUSMAQ

    varlı olsa da, ömrü iztirabla, dərdlə keçmək.

    Tam oxu »
  • QIZILI XIŞMAYLA GÖTÜRMƏK

    çox imkanlı olmaq.

    Tam oxu »
  • QIZIM, SƏNƏ DEYİRƏM, GƏLİNİM, SƏN EŞİT

    sözü birbaşa deyil, dolayısı ilə eşitdirmək məqsədilə işlədilən ifadə.

    Tam oxu »
  • QIZIN İKİ ADAXLISI VAR

    bir yerə, yaxud hər hansı işi görməyə iki və ya daha çox iddiaçı olduqda işlədilən ifadə.

    Tam oxu »
  • QIZLAR BULAĞINDAN SU İÇMƏK

    yeniyetmə dövrünü yaşamaq, gözəlləşmək, yetkinləşmək, həddi-büluğa çatmaq.

    Tam oxu »
  • QİSAS ALMAQ

    bax: intiqam almaq.

    Tam oxu »
  • QİSASI YERDƏ QALMAQ

    əvəz çıxa bilməmək, intiqamını almamaq.

    Tam oxu »
  • QİYAMƏT ELƏMƏK

    bax: qan eləmək.

    Tam oxu »
  • QİYAMƏT QOPARMAQ

    qışqırmaq; ~ hay-küy salmaq, hay-küy qaldırmaq, haray-həşir salmaq (qoparmaq), vəlvələ salmaq.

    Tam oxu »
  • QİYAMƏT QOPMAQ

    səs-küy yaranmaq, qarışıqlıq düşmək; ~ ara qarışmaq.

    Tam oxu »
  • QİYAMƏTƏ QALMAQ

    bir işin nə vaxt gerçəkləşəcəyini bilməmək.

    Tam oxu »
  • QİYMƏT QOYMAQ

    qiymətini müəyyən etmək; ~ nırx kəsmək (qoymaq).

    Tam oxu »
  • QİYMƏT VERMƏK

    dəyərləndirmək; ~ qədrini bilmək.

    Tam oxu »
  • QİYMƏTDƏN SALMAQ

    aşağılamaq; ~ gözdən salmaq.

    Tam oxu »
  • QİYMƏTƏ MİNDİRMƏK

    dəyərini artırmaq.

    Tam oxu »
  • QİYMƏTİ CEYRAN BELİNƏ ÇIXMAQ

    çox baha olmaq.

    Tam oxu »
  • QOCA AT ARPA YEMİR?

    dan. yaşına uyğun olmayan hərəkətlərinə bəraət qazandırmaq üçün ahıl adamın zarafatla işlətdiyi ifadə

    Tam oxu »
  • QOCA QURD

    çox şeyi bilən, təcrübəli, çox hiyləgər adam; ~ köhnə qurd.

    Tam oxu »
  • QOCALIQDA YORĞALIQ

    yaşlı adama yaraşmayan hərəkət; ~ qırxında yorğalamaq.

    Tam oxu »
  • QOHUM ÇIXMAQ

    qohumluq əlaqələrinin olduğunu aşkarlamaq.

    Tam oxu »
  • QOL ATMAQ

    bax: qol-budaq atmaq.

    Tam oxu »
  • QOL-BUDAQ ATMAQ

    inkişaf etmək, tərəqqi etmək, artmaq; şaxələnmək, ətrafa yayılmaq, genişlənmək; ~ qol atmaq.

    Tam oxu »
  • QOL ÇƏKMƏK

    imzalamaq, imza qoymaq.

    Tam oxu »
  • QOL-QABIRĞASINI SINDIRMAQ

    1. Möhkəm döymək, əzişdirmək, şil-küt etmək.  2. Korlamaq, bərbad hala salmaq; təhrif etmək (şeir, mahnı ifası və s

    Tam oxu »
  • QOL-QANAD AÇMAQ

    şaxələnmək, yayılmaq, inkişaf etmək, böyümək.

    Tam oxu »
  • QOL-QANAD VERMƏK

    ruhlandırmaq, qüvvətləndirmək, daha da canlandırmaq.

    Tam oxu »
  • QOL-QANADI AÇILMAQ

    ruhlanmaq, canlanmaq, inkişaf etmək; sərbəstləşmək.

    Tam oxu »
  • QOL-QANADI QIRILMAQ

    köməksiz, adamsız qalmaq; aciz bir hala düşmək; ~  ruhdan düşmək, qol-qanadı sınıb yanına düşmək.

    Tam oxu »
  • QOL-QANADI SINIB YANINA DÜŞMƏK

    sarsılmaq; ~ ruhdan düşmək, qol-qanadı qırılmaq.

    Tam oxu »
  • QOL-QANADINI QIRMAQ

    birini köməksiz, kimsəsiz qoymaq; aciz hala salmaq; ~ ruhdan salmaq.

    Tam oxu »
  • QOL QOYMAQ

    razılaşmaq, razılıq vermək, qəbul etmək.

    Tam oxu »
  • QOLLARINI ÖLÇMƏK

    danışarkən qolları ilə hərəkət etmək; ~ əl-qolunu ölçmək.

    Tam oxu »
  • QOLTUĞU QALXMAQ

    bax: qoltuğunun altı şişmək.

    Tam oxu »
  • QOLTUĞU QARPIZLANMAQ

    bax: qoltuğunun altı şişmək.

    Tam oxu »
  • QOLTUĞU ŞİŞMƏK

    bax: qoltuğunun altı şişmək.

    Tam oxu »
  • QOLTUĞUNA GİRMƏK

    1. Gəzməyə, yeriməyə çətinlik çəkən bir adamın qolundan tutub yeriməsinə kömək etmək.  2. Kiminsə himayəsinə sığınmaq, özünü gizləmək, ortaya çıxmamaq

    Tam oxu »
  • QOLTUĞUNA QARPIZ VERMƏK

    kimisə həvəsləndirərək hansısa işi gördürmək; ələ salmaq üçün yalandan üzünə tərifləmək; ~ belinə palan basmaq, ayağının altına daş qoymaq

    Tam oxu »
  • QOLTUĞUNUN ALTI ŞİŞMƏK

    tərifdən və ya bir xoş sözdən qürrələnmək, lovğalanmaq, təşəxxüslənmək; ~ qoltuğu qarpızlanmaq, qoltuğu şişmək, qoltuğu qalxmaq

    Tam oxu »
  • QOLUNDAN YAPIŞMAQ

    kömək etmək, çətin vəziyyətdən çıxarmaq; ~ əlindən tutmaq.

    Tam oxu »
  • QOPARAĞINI GÖTÜRMƏK

    qorxudaraq qovmaq, qaçmağa məcbur etmək, arxasına düşüb qovmaq; ~ təzərəyini qoparmaq, tozanağını qoparmaq

    Tam oxu »
  • QORXUDAN TÜK SALMAQ

    bax: tük salmaq.

    Tam oxu »
  • QORXUYA DÜŞMƏK

    həyəcanlanmaq, narahat olmaq; ~ vahimə basmaq, təşvişə düşmək, qarınağrısına düşmək.

    Tam oxu »
  • QORXUYA SALMAQ

    həyəcanlandırmaq, qorxutmaq; ~ təşvişə salmaq, canına qorxu salmaq, canına vəlvələ (vicvicə) salmaq.

    Tam oxu »
  • QOŞA GƏTİRMƏK

    bax: cüt gətirmək.

    Tam oxu »