is. [ər.] köhn. Təmiz, pak
is. [fars.] Şey qoymaq üçün divarda açılan oyuq. Taxçalara düzülübdü bir neçə samovar, sandıqça … və xırdavat şeylərdən
is. [yun.] Üfüqi və yer ölçmə işlərində işlədilən şaquli bucaqları ölçmək üçün geodeziya aləti
is. [yun.] Yerin qabarıqlı planını düzəltmək üçün uzaqdan topoqrafik şəkilalma üsulu
top. Dənindən un və ya yarma hazırlanan bitkilərin (arpa, buğda, çovdar və s.) ümumi adı. Taxıl bitkiləri
is. Taxıl biçmək üçün maşın, alət. Yeni markalı taxılbiçən. // Biçinçi. // Sif. mənasında. İndi sovxoz tarlalarında yük avtomobilləri görünür, traktor
zool. bax buğdabiti
is. Taxılçılıqla, taxıl əkibbecərməklə məşğul olan adam. Taxılçının qarşısında isə çörək bolluğu yaratmaq vəzifəsi durmuşdu
is. Kənd təsərrüfatının taxıl əkib-becərməklə məşğul olan sahəsi
cəm bot. Taxılların və bəzi başqa bitkilərin daxil olduğu bitki fəsiləsi
is. Biçilmiş taxılı döyüb dəni samandan ayıran maşın. // Sif. mənasında. Taxıldöyən maşın, vəl azlıq eləyirdi
is. zool. Taxıla ziyan verən cücü
is. Taxılı qurutmaq üçün maşın. // Sif. mənasında. Taxılqurudan maşın
“Taxılmaq”dan f.is
“Taxmaq”dan məch
is. Toxum səpmək üçün maşın. // Sif. mənasında. Taxılsəpən maşın
is. Taxılın dənini samandan ayıran maşın. // Sif. mənasında. Xırmanın bir tərəfində qoyulan taxılsovuran maşınların da gurultusu eşidilirdi
is. Taxılın dənini zibildən, xırda daşlardan və s.-dən təmizləmək üçün maşın. Taxıltəmizləyəni işə salmaq
is. [yun.] Ürək yığılmalarının tezləşməsi, ürək döyüntüsü
“Taxmaq”dan f.is
f. 1. İki şeyin uclarını bir-birinə keçirmək, ilişdirmək, yaxud bir şeyi başqa bir şeyə keçirmək. Kişi müştüyə taxmaq istədiyi papirosa sığal verirdi
is. [fars.] 1. Söykənəcəyi olmayan enli divan. Mayaya elə gəldi ki, əldən düşmüş, taxtın üstündə nimdaş və yamaqlı yorğandöşəkdə uzanan bu xəstə öz do
is. Keçmişdə: kübarları, əyanları, xüsusən onların qadınlarını bir yerdən başqa yerə aparmaq üçün nəqliyyat vasitəsi kimi istifadə edilən, iki və ya d
is. Hakimiyyət, hökmdarlıq rəmzi olan taxt və tac. Hikmət İsfahani çoxdan İran taxt-tacına göz dikmişdir
is. [fars.] 1. Şalbandan mişarla kəsilmiş çox qalın olmayan yastı ağac parçası. Ağacdan taxta kəsmək
top. Taxta parçaları, yararsız taxta qırıqları, tikə-para taxtalar
top. Taxta və şalbandan ibarət tikinti materialı; taxta və şalban
is. [fars.] Hər hansı məqsəd üçün taxtadan düzəldilmiş qurğu, yaxud taxtadan döşəmə vurulmuş yer. Tut ağacının altında taxtabənddə oturmaq
is. zool. Qansorucu kiçik tüfeyli cücü. Taxtabiti dərmanı
bax taxtakəsən
is. Şalbanlardan taxta kəsən maşın; taxtaçəkən. // Sif. mənasında. [Qonaqlar] taxtakəsən, dəmiryonan dəzgahların … komandirlərini danışdırıb sevinir,
“Taxtalamaq”dan f.is
f. Taxta vurmaq, taxta düzmək. Evin damını taxtalamaq
“Taxtalanmaq”dan f.is
məch. Taxta vurulmaq, taxta düzülmək
“Taxtalatmaq”dan f.is
icb. Taxta vurdurmaq, taxta düzdürmək. Mətbəxin damını taxtalatmaq
1. sif. Taxta kəsmək üçün yarayan. Taxtalıq şalban. 2. is. Rəqəmlərdən sonra gələrək şeyin neçə taxtadan (4-cü mənada) tikildiyini göstərir
is. [fars.] Şifer və s. vurmaq üçün evin və b. tikilinin damında taxtadan qurulan çardaq. // Üstü şifer, dəmir və s
is. Taxtapuş ustası olan dülgər
sif. Taxtapuşu olan, damında taxtapuş düzəldilmiş. Birdən [Tapdığın] nəzəri kəndin qırağındakı qırmızı taxtapuşlu, ağ imarətin həyətində oynayan çoxlu
is. Kələ-kötür taxtaları yonub hamar etmək üçün maşın. Taxtayonanı işə salmaq. // Sif. mənasında. [Yunis] transportyorların ilişərək getdiyini görüb,
[holl. takelage] 1. Gəmi iplərinin (kəndir və metal) hamısının bir yerdə adı. 2. xüs. Yükləmə-boşaltma və yükü yaxın məsafələrə aparmaq üçün istifadə
is. Takelaj işləri görən fəhlə
[ing., fr. taxi] Gedilən yolu və onun haqqını hesablamaq üçün sayğacı olan minik və ya yük avtomobili
is. Taksi maşını sürücüsü, şoferi
is. [ing.] Sayğacı olan minik və ya yük avtomobili
[lat. taxo və yun. metr] Yol haqqını hesablayıb göstərən taksi sayğacı
[lat. taxo və lat. motor] bax taksi. Taksomotor parkı