Azərbaycan dilinin izahlı lüğəti

  • YAXALAMAQ₂

    f. Təmiz su ilə yumaq, hər tərəfinə su axıtmaq, suya çəkmək. Əllərini yaxalamaq. Boşqabları yaxalamaq

    Tam oxu »
  • YAXALAMAQ₁

    f. 1. Yaxasından tutmaq, boğazından yapışmaq. Cəllad Qəməri yaxalayanda vəzir, vəkil və bütün əhli-məclis padşahın ayağına düşüb dedilər: – Şah, qəzəb

    Tam oxu »
  • YAXALANMA₁

    “Yaxalanmaq1”dan f.is. Caninin yaxalanması

    Tam oxu »
  • YAXALANMA₂

    “Yaxalanmaq2”dan f.is. Qab-qaşığın yaxalanması

    Tam oxu »
  • YAXALANMAQ₂

    məch. Təmiz su ilə yuyulmaq, suya çəkilmək. Qablar yaxalandı

    Tam oxu »
  • YAXALANMAQ₁

    məch. Ələ keçirilmək, tutulmaq, həbs edilmək, yaxası ələ keçmək. Cinayətkar yaxalandı. – Xain yaxalandı ən nəhayət

    Tam oxu »
  • YAXALAŞMA

    1. “Yaxalaşmaq”dan f.is. 2. is. Dalaşma, dava. Yaxalaşma başladı

    Tam oxu »
  • YAXALAŞMAQ

    qarş. Bir-birinin yaxasından tutub dalaşmaq

    Tam oxu »
  • YAXALATMA₁

    “Yaxalatmaq1”dan f.is

    Tam oxu »
  • YAXALATMA₂

    “Yaxalatmaq2”dan f.is

    Tam oxu »
  • YAXALATMAQ₁

    icb. Tutdurmaq, həbs etdirmək. [Milyonçular] bu gün bir üsyançını yaxalatdırır, sabahı o biri inqilabçıya tindalı güllə atdırır, birisi gün baş qaldır

    Tam oxu »
  • YAXALATMAQ₂

    icb. Yaxalama işi gördürmək (bax yaxalamaq2). Qab-qaşığı yaxalatmaq

    Tam oxu »
  • YAXALI

    sif. Yaxası olan. Rüstəm bəy – rus intelligent libasında: yəni pidjak, jilet, nişastalı yaxalı köynək, boğazında qalstuk… C

    Tam oxu »
  • YAXALIQ

    1. is. Geyimin, yaxanı, boğazı, döşü örtən hissəsi. Yaxalığının üstündən bağladığı qalstuk bütün döşünü örtəcək qədər enli idi

    Tam oxu »
  • YAXALIQLI

    sif. Yaxalığı olan. Təzə uzunboğaz çəkmələrdə, qalife şalvarda və iki döş cibi olan beli kəmərli yaxalıqlı köynəkdə Şirzad yaraşıqlı idi

    Tam oxu »
  • YAXALIQSIZ

    sif. Yaxalığı olmayan. Yaxalıqsız köynək

    Tam oxu »
  • YAXANTI

    is. dan. Yuyulmuş qabın bulanıq, çirkli suyu; qab suyu. Qab yaxantısı

    Tam oxu »
  • YAXARMA

    “Yaxarmaq”dan f.is

    Tam oxu »
  • YAXARMAQ

    f. Adətən “yalvarmaq” feli ilə birlikdə işlənərək, israrla yalvarmaq mənasını bildirir. [Qoca kəndli:] Bir xan ki rəiyyəti qaramal kimi qulağından tut

    Tam oxu »
  • YAXASIAÇIQ

    sif. və zərf Döşüaçıq

    Tam oxu »
  • YAXASIZ

    sif. Yaxası olmayan. Yaxasız köynək, bacasız dam olmaz. (Ata. sözü)

    Tam oxu »
  • YAXDAN

    is. məh. Üzünə dəri çəkilmiş ağac qutu; sandıqça, mücrü

    Tam oxu »
  • YAXDIRILMA

    “Yaxdırılmaq1”dan f.is

    Tam oxu »
  • YAXDIRILMA

    “Yaxdırılmaq2”dan f.is

    Tam oxu »
  • YAXDIRILMAQ

    məch. Yandırılmaq

    Tam oxu »
  • YAXDIRILMAQ

    məch. Üzərinə sürtdürülmək, çəkdirilmək

    Tam oxu »
  • YAXDIRMA

    “Yaxdırmaq2”dan f.is

    Tam oxu »
  • YAXDIRMA

    “Yaxdırmaq1”dan f.is

    Tam oxu »
  • YAXDIRMAQ

    icb. Bir şeyin üzərinə sürtdürmək, çəkdirmək. Dirəyin üzərinə qatran yaxdırmaq

    Tam oxu »
  • YAXDIRMAQ

    məch. Yaxmağa, yandırmağa məcbur etmək, başqasına yandırtmaq

    Tam oxu »
  • YAXI

    is. 1. Yağ xüsusiyyətləri olan maddə; yaxıla, sürtülə bilən hər cür maddə; sürtkü. // Sürtülən, yaxılan dərman

    Tam oxu »
  • YAXIB-YANDIRICI

    sif. 1. Bərk yandıran, çox isti; qızmar. 2. məc. Qəlbə əzab verən, ürəyi incidən, yandırıb-yaxan, bərk acıdan

    Tam oxu »
  • YAXIB-YANDIRMA

    “Yaxıb-yandırmaq”dan f.is

    Tam oxu »
  • YAXIB-YANDIRMAQ

    f. 1. Bərk yandırmaq. Qızmar günəş üz-gözümüzü yaxıbyandırır. – Cəhənnəm alovu kimi insanı yaxıb-yandıran Tehran istisinə dözmək hünərdir

    Tam oxu »
  • YAXIB-YIXMAQ

    f. Yandırıb dağıtmaq, məhv etmək. [Nadir bəy:] Həmcinsinə qıymaqdan, yaxıb-yıxmaqdan zövq alanlar, başqasının fəlakətində səadət arayanlar birər adi c

    Tam oxu »
  • YAXICI

    sif. və is. Bir şeyi yaxan. Yaxıcı alət

    Tam oxu »
  • YAXICI

    sif. Yandırıcı, çox isti, çox qızğın; qızmar. Yaxıcı, amansız hərarət [Arazı] gündən-günə mum kimi əridib quru skeletə döndərmişdi

    Tam oxu »
  • YAXIQ

    is. Yaxılmış, yanmış yer; yanıq

    Tam oxu »
  • YAXILAMA

    “Yaxılamaq”dan f.is

    Tam oxu »
  • YAXILAMAQ

    f. məh. Yaxmaq, sürtmək

    Tam oxu »
  • YAXILMA

    “Yaxılmaq1”dan f.is

    Tam oxu »
  • YAXILMA

    “Yaxılmaq2”dan f.is

    Tam oxu »
  • YAXILMAQ

    məch. Bir şeyin üzərinə sürtülmək, çəkilmək

    Tam oxu »
  • YAXILMAQ

    məch. 1. Yandırılmaq. 2. bax yanıb-yaxılmaq

    Tam oxu »
  • YAXIN

    sif. 1. Məsafə etibarilə çox uzaqda olmayan; yovuq (uzaq qarşılığı). Yaxın çay. Yaxın yer. Evimizə yaxın mağaza

    Tam oxu »
  • YAXIN-UZAQ

    sif. və zərf 1. Həm yaxın, həm uzaq, müxtəlif. Bu xəbəri eşidən yaxınuzaq yerlərdən qəhvəçi dükanına gəlib Qəribin oxumasına qulaq asırdılar

    Tam oxu »
  • YAXINDA

    zərf 1. Yaxın yerdə, yaxınlıqda, uzaqda olmayaraq. Yaxında bir meşə var. Yaxında toy var. – Bu arada, yaxında dördbeş əl şiddətli tapança atılır

    Tam oxu »
  • YAXINDAKI

    sif. Yaxında olan, qonşuluqda olan; yaxın. Yaxındakı dükandan ət al. Yaxındakı evlər. – Qaçqınlar hamısı yaxındakı şah tutluğa tərəf yüyürdülər

    Tam oxu »
  • YAXINDAN

    zərf 1. Yaxın məsafədən, uzaqdan olmayaraq, yaxın yerdən. Yaxından görmək. Yaxından bir səs gəldi. – [Qəhrəman:] Mən heç vaxt xanımı yaxından görməmiş

    Tam oxu »
  • YAXINGÖRƏN

    sif. 1. Gözü uzağı görməyən və ya pis görən. 2. məc. Uzağı, gələcəyi görə bilməyən məhdud adam haqqında

    Tam oxu »