Azərbaycan dilinin izahlı lüğəti

  • YUMŞAQÜRƏKLİ

    sif. Qəlbiyumşaq, ürəyiyumşaq; şəfqətli, rəhmdil

    Tam oxu »
  • YUMŞAQÜRƏKLİLİK

    is. Qəlbiyumşaqlıq, rəhmdillik, şəfqətlilik, şəfqət

    Tam oxu »
  • YUMŞAQVARİ

    sif. Bir qədər yumşaq, yumşaq kimi

    Tam oxu »
  • YUMŞAQYARPAQLI

    sif. Yarpaqları sərt olmayan, yarpaqları yumşaq olan. Yumşaqyarpaqlı bitkilər

    Tam oxu »
  • YUMŞAQYUNLU

    sif. Yunu yumşaq olan. Yumşaqyunlu qoyun

    Tam oxu »
  • YUMŞALDICI

    sif. 1. Yumşaldan, yumşaq hala sala bilən. Yumşaldıcı maddələr. 2. Yüngülləşdirici, sərtliyini, şiddətini azaldıcı

    Tam oxu »
  • YUMŞALDILMA

    “Yumşaldılmaq”dan f.is. Torpağın yumşaldılması

    Tam oxu »
  • YUMŞALDILMAQ

    məch. Yumşaq hala salınmaq

    Tam oxu »
  • YUMŞALMA

    “Yumşalmaq”dan f.is

    Tam oxu »
  • YUMŞALMAQ

    f. 1. Yumşaq, elastik hala gəlmək; sərtliyini, bərkliyini, codluğunu itirmək. Dəri suda yumşalmışdır

    Tam oxu »
  • YUMŞALTDIRMA

    “Yumşaltdırmaq”dan f.is

    Tam oxu »
  • YUMŞALTDIRMAQ

    icb. Başqası vasitəsilə yumşaltmaq. Palçığı bir az yumşaltdırmaq lazımdır

    Tam oxu »
  • YUMŞALTMA

    “Yumşaltmaq”dan f.is

    Tam oxu »
  • YUMŞALTMAQ

    f. 1. Yumşaq, elastik hala salmaq; sərtliyini, bərkliyini rəf etmək. Torpağı yumşaltmaq. Yunu yumşaltmaq

    Tam oxu »
  • YUMUQ

    sif. Yumulmuş vəziyyətdə olan, örtülü, qapalı. Yumuq gözlərini aç da, bir oyan; İndi zaman başqa zamandır, ana! S

    Tam oxu »
  • YUMULMA

    “Yumulmaq”dan f.is

    Tam oxu »
  • YUMULMAQ

    f. Öz-özünə qapanmaq; örtülmək. Mayilin gözləri ehmal-ehmal yumuldu. Mir Cəlal

    Tam oxu »
  • YUMULU

    sif. Yumulmuş vəziyyətdə olan; örtülü, qapalı, yumuq. – Vida deyəcəyəm Vətən mülkünə; Gözləri yumulu, əlləri açıq

    Tam oxu »
  • YUMURLAMA

    “Yumurlamaq”dan f.is

    Tam oxu »
  • YUMURLAMAQ

    bax yumrulamaq

    Tam oxu »
  • YUMURLANMA

    “Yumurlanmaq”dan f.is

    Tam oxu »
  • YUMURLANMAQ

    bax yumrulanmaq. Toğluların quyruğu yumrulanmış, yanları sığallanıb ət bağlamışdı. M.İbrahimov

    Tam oxu »
  • YUMURTA

    is. 1. biol. İnsan və heyvan orqanizmlərinin yeni orqanizm vücuda gətirə bilən qadın cinsi hüceyrəsi (toxumu)

    Tam oxu »
  • YUMURTACIQ

    is. 1. Balaca yumurta. 2. biol. Spermatozoid hasil edən kişi tənasül vəzisi, habelə insanda və məməli heyvanlarda daxili sekresiya orqanlarından biri

    Tam oxu »
  • YUMURTALI

    sif. 1. Yumurtası olan. Yumurtalı toyuq qırtıldayır. 2. Tərkibində yumurta olan, yumurta qatılmış. Yumurtalı xörək

    Tam oxu »
  • YUMURTALIQ

    1. is. Qadın cinsiyyət vəzisi. 2. sif. Yumurta vermək üçün yetişdirilən. Yumurtalıq toyuqlar. 3. bot

    Tam oxu »
  • YUMURTASIZ

    sif. 1. Yumurtası olmayan, yumurta verməyən. 2. Tərkibində yumurta olmayan, yumurta vurulmamış. Yumurtasız yeməklər

    Tam oxu »
  • YUMURTASIZLIQ

    is. 1. Yumurta verməmə, yumurta çıxarmama, yumurtası olmama. Yumurtasız toyuq. 2. Tərkibində yumurta olmama, yumurta vurulmama

    Tam oxu »
  • YUMURTAŞƏKİLLİ

    bax yumurtavari

    Tam oxu »
  • YUMURTAVARİ

    sif. Yumurtaya oxşar, yumurta şəklində olan, görünüşcə yumurtaya oxşayan; yumurtaşəkilli

    Tam oxu »
  • YUMURTLAMA

    “Yumurtlamaq”dan f.is

    Tam oxu »
  • YUMURTLAMAQ

    f. 1. Yumurta vermək, yumurta çıxarmaq. Toyuqlar yumurtlayır. – Yumurtlamadığı bəs deyil, falı da içir

    Tam oxu »
  • YUMURTLATMAQ

    icb. Yumurtlamağa məcbur etmək, yumurtlaması üçün şərait yaratmaq. Toyuğu falsız yumurtlatmaq çətindir

    Tam oxu »
  • YUN

    is. 1. Bəzi məməli heyvanların dərisinin üstünü örtən tüklər. Yun qırxımı. Qoyunların yununu vaxtında qırxmaq

    Tam oxu »
  • YUNAN

    is. Yunanıstanın əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. Yunan dili. Qədim yunan mədəniyyəti

    Tam oxu »
  • YUNANCA

    zərf və sif. Yunan dilində. Yunanca danışmaq. Yunancadan tərcümə. Yunanca-rusca lüğət

    Tam oxu »
  • YUNANİ

    köhn. bax yunan

    Tam oxu »
  • YUNANLI

    is. və sif. köhn. Yunan, yunanıstanlı. Yunanlıların qədim mədəniyyəti. Yunanlı qadınlar. – Görünür ki, yunanlı saymış səni əjdaha; Bir dəfə baxıb getm

    Tam oxu »
  • YUNÇU

    is. Yun mütəxəssisi, yaxud yun tədarükü, yun işləri ilə məşğul olan adam

    Tam oxu »
  • YUNÇULUQ

    is. Kənd təsərrüfatının, yunverən qoyun cinsləri yetişdirib artırmaqla məşğul olan sahəsi. Yunçuluq təsərrüfatı

    Tam oxu »
  • YUNDARAĞI

    is. Yun təmizləmək üçün dəmir dişlərdən ibarət alət

    Tam oxu »
  • YUNDARAYAN

    1. is. Daraqla yun təmizləyən işçi və ya alət. 2. sif. Yun təmizləyən (darayan). Yundarayan alətlər

    Tam oxu »
  • YUNDİDƏN

    sif. Yunu didib təmizləyən. Yundidən maşın

    Tam oxu »
  • YUNƏYİRƏN

    sif. Yunu əyirib ip istehsal edən. Yunəyirən fabrik

    Tam oxu »
  • YÚNKER

    [alm. Junker] 1. tar. Keçmişdə Prussiyada: iri torpaq sahibi; zadəgan, mülkədar. 2. Çar Rusiyasında: zabit hazırlayan hərbi məktəb müdavimi

    Tam oxu »
  • YUNKERLİK

    is. 1. tar. Yunkerlər. Prussiya yunkerliyi. 2. Yunker rütbəsi, adı

    Tam oxu »
  • YUNQA

    is. [rus.] Matros olmağa hazırlanan uşaq

    Tam oxu »
  • YUNLAMA

    “Yunlamaq”dan f.is

    Tam oxu »
  • YUNLAMAQ

    f. İçərisinə yun qoymaq, yunla doldurmaq

    Tam oxu »
  • YUNLANMA

    “Yunlanmaq”dan f.is

    Tam oxu »