Azərbaycan dilinin izahlı lüğəti

  • YUMBALATMAQ

    f. Diyirlətmək, gillətmək. Dağdan daşları aşağı yumbalatmaq

    Tam oxu »
  • YUMDURMA

    “Yumdurmaq”dan f.is

    Tam oxu »
  • YUMDURMAQ

    icb. Yummağa məcbur etmək; qapatmaq. Ağzını yumdurmaq. Gözlərini yumdurmaq

    Tam oxu »
  • YUMMA

    “Yummaq”dan f.is

    Tam oxu »
  • YUMMAQ

    f. Qapamaq, örtmək. Gözlərini yummaq. Ağzını yummaq. – Məst ol gecəgündüz, nə bilim, yat nərələrdə; Yum gözlərini xaneyi-viranını görcək

    Tam oxu »
  • YÚMOR

    [ing. humour] 1. Hadisələri, nöqsanları, zəif cəhətləri və s.-ni gülməli, məzəli, əyləncəli şəkildə təsvir etmə bacarığı; mizah

    Tam oxu »
  • YUMORÉSKA

    [alm. humoreske] Yumor mahiyyətində olan əsər (kiçik hekayə, musiqi əsəri)

    Tam oxu »
  • YUMORİ́ST

    [ing. humorist] Həyati hadisələri gülməli, məzəli şəkildə təsvir edən yazıçı, artist

    Tam oxu »
  • YUMORİSTİ́K

    sif. Yumor mahiyyətində olan; gülməli, məzəli. Yumoristik hekayə

    Tam oxu »
  • YUMORİ́STİKA

    [fr. humoristique] Yumor mahiyyətində olan bədii ədəbiyyat. Estrada yumoristikası

    Tam oxu »
  • YUMRU

    1. sif. Yuvarlaq, girdə, kürə, top şəklində. Yumru güllə. Yumru daş. Yumru gilə. Yumru gavalı. – Torbanı boşaldanda içindən kağıza bükülmüş bir yumru

    Tam oxu »
  • YUMRU-YUMRU

    zərf və sif. Yumru (çox şey haqqında). Yumru-yumru eləmək. – [Əmiraslan baba dedi:] Çərçinin saqqızdan savayı yumru-yumru sabunları, … dəyirmi güzgülə

    Tam oxu »
  • YUMRUCA

    sif. Yumru. Yumruca bir uşaq

    Tam oxu »
  • YUMRUCUQ

    sif. Azacıq yumru

    Tam oxu »
  • YUMRUDİB

    sif. Dibi yumru olan

    Tam oxu »
  • YUMRUQ

    is. 1. Yumulmuş əl, əlin yumulmuş vəziyyəti. Başımı aşağı dikib durduğum halda, əlimdəki çörək qismətini yumruğumda saxlamağa başladım

    Tam oxu »
  • YUMRUQLAMA

    “Yumruqlamaq”dan f.is

    Tam oxu »
  • YUMRUQLAMAQ

    f. 1. Əlini yumulmuş vəziyyətə salmaq. Solmaz əllərini yumruqlayıb balınca dayadı, ancaq qalxa bilmədi

    Tam oxu »
  • YUMRUQLANMA

    “Yumruqlanmaq”dan f.is

    Tam oxu »
  • YUMRUQLANMAQ

    məch. Yumruqla vurulmaq (döyülmək), yumruq zərbəsi yemək

    Tam oxu »
  • YUMRUQLAŞMA

    “Yumruqlaşmaq”dan f.is. Yumruq davası

    Tam oxu »
  • YUMRUQLAŞMAQ

    qarş. Bir-birini yumruqla vurmaq, yumruqla vuruşmaq, yumruq davasına çıxmaq. Ey mənim ruhani qardaşlarım

    Tam oxu »
  • YUMRUQLATMA

    “Yumruqlatmaq”dan f.is

    Tam oxu »
  • YUMRUQLATMAQ

    icb. Yumruqla döydürmək, yumruq vurdurmaq

    Tam oxu »
  • YUMRULAMA

    “Yumrulamaq”dan f.is

    Tam oxu »
  • YUMRULAMAQ

    f. Yumru şəklə salmaq, yumru etmək; dəyirmiləşdirmək

    Tam oxu »
  • YUMRULANMA

    “Yumrulanmaq”dan f.is

    Tam oxu »
  • YUMRULANMAQ

    f. 1. Yumru olmaq, yumru hala gəlmək; dəyirmilənmək, girdələnmək. 2. məc. Kökəlmək

    Tam oxu »
  • YUMRULAŞMA

    “Yumrulaşmaq”dan f.is

    Tam oxu »
  • YUMRULAŞMAQ

    f. 1. Getdikcə yumru şəkil almaq, yumru olmaq. 2. məc. Getdikcə yumru olmaq; kökəlmək

    Tam oxu »
  • YUMRULATMA

    “Yumrulatmaq”dan f.is

    Tam oxu »
  • YUMRULATMAQ

    f. Yumru hala salmaq; dəyirmiləşdirmək, girdələndirmək

    Tam oxu »
  • YUMRULMA

    “Yumrulmaq”dan f.is

    Tam oxu »
  • YUMRULMAQ

    f. köhn. Şişib ur kimi olmaq. ◊ Yolu(n) yumrulsun, yolu yumrulmuş – bax yol

    Tam oxu »
  • YUMRULU

    sif. Yumrusu olan

    Tam oxu »
  • YUMRULUQ

    is. 1. Yumru şeyin halı; dəyirmilik, girdəlik. Topun yumruluğu. 2. məc. Köklük, koppuşluq

    Tam oxu »
  • YUMRUSİFƏT

    sif. Sifəti yumru və kök olan; girdəsifət. Yumrusifət uşaq. – Kamerada iki nəfər də vardı. Biri qalınqaşlı, yumrusifət oğlandı

    Tam oxu »
  • YUMRUYANAQ

    sif. Yanaqları yumru və kök. Teybə … yumruyanaq, qırmızısifət, düzqamətli, dolğunəndamlı, ucaboy, zəhmli baxışları ilə nə isə daima qorxu təlqin edən

    Tam oxu »
  • YUMŞACIQ

    “Yumşaq”dan oxş. Yumşacıq uşaq əlləri

    Tam oxu »
  • YUMŞAQ

    sif. 1. Basdıqda, toxunduqda müqavimət etməyən və batıb qalmayan; qatı, sərt olmayan. Yumşaq döşək. Yumşaq yastıq

    Tam oxu »
  • YUMŞAQ-YUMŞAQ

    zərf Xoş dillə, yumşaqlıqla, mülayimcə, üsulluca. Arvad qızını yanına çağırıb ondan yumşaq-yumşaq xəbər almağa başladı: – Ay gözümün nuru, balam, nə o

    Tam oxu »
  • YUMŞAQBƏDƏNLİLƏR

    cəm zool. Adətən daxili skeleti olmayan, üzəri çanaqla örtülü onurğasız heyvanlar tipi. Dənizdə yaşayan yumşaqbədənlilər

    Tam oxu »
  • YUMŞAQCA

    zərf və sif. Yumşaq, mülayim. Yumşaqca cavab vermək. Yumşaqca bir şey

    Tam oxu »
  • YUMŞAQDƏRİLİ

    sif. Dərisi yumşaq olan

    Tam oxu »
  • YUMŞAQXASİYYƏT

    sif. Xasiyyətcə, təbiətcə yumşaq, mülayim. Yumşaqxasiyyət(li) adam

    Tam oxu »
  • YUMŞAQXASİYYƏTLİ

    sif. Xasiyyətcə, təbiətcə yumşaq, mülayim. Yumşaqxasiyyət(li) adam

    Tam oxu »
  • YUMŞAQXASİYYƏTLİLİK

    is. Yumşaqxasiyyət adamın hal və keyfiyyəti; xasiyyətcə, təbiətcə yumşaqlıq, mülayimlik

    Tam oxu »
  • YUMŞAQLIQ

    is. 1. Yumşaq şeyin hal və keyfiyyəti. Döşəyin yumşaqlığı. Saçın yumşaqlığı. Yunun yumşaqlığı. 2. Mülayimlik

    Tam oxu »
  • YUMŞAQTÜK

    sif. Tükü (saçı) yumşaq (zərif) olan

    Tam oxu »
  • YUMŞAQTÜKLÜ

    sif. Tükü (saçı) yumşaq (zərif) olan

    Tam oxu »