BƏLİ (təsdiq ədatı) [Vəli:] Bəli, bu keçəl oruca ad-san çox lazımdır! (M.F.Axundzadə); ARİ (məh.) Dedi: – Ari, bu Məhəmməd o Məhəmməddir ki; Xəbərin verdi bizə rəmz ilə şahi-Bətha (S.Ə.Şirvani); ƏVƏT (türkcə) Rauf: Əvət, şaşqınlar daim əsəbi və bədbin olurlar (H.Cavid); HƏ Hə, burada nə işin var? (Ü.Hacıbəyov); HƏRİ (dan.) Ağa Qurban: Siz yəqin bakılısınız? Dedim: -Həri (Ə.Haqverdiyev).