BAŞQALAŞMAQ

f. Başqa vəziyyətə, şəklə, hala düşmək; başqa cür olmaq; tamamilə dəyişmək.
İri, kələ-kötür ətəkləri qaratikan kolları ilə döşənmiş dağlar arasından yuxarı qalxdıqca təbiət və hava bütün başqalaşır. A.Şaiq.
Bir də sevgilimi aldatmaq üçün; Dəyişib cildimi başqalaşmadım. S.Vurğun.
Gəlin Həpirin evinə qədəm qoyan gündən başqalaşdı. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BAŞQALAŞMAQ özgələşmək — yadlaşmaq — qeyriləşmək — dəyişmək

Antonimlər (əks mənalı sözlər)

  • BAŞQALAŞMAQ BAŞQALAŞMAQ – DOĞMALAŞMAQ Bir də sevgilimi aldatmaq üçün; Dəyişib cildimi başqalaşmadım (S.Vurğun); Bu yerlər elə bil mənə doğmalaşdı
BAŞQALAŞMA
BAŞQALAŞMIŞ

Digər lüğətlərdə