Gər İbni-Səlam idi bəhanə; Məcnun idi bais ol fəğanə.
[Hacı Nuru:] Hər kəsin öz sənəti özünə iksirdir və xoş güzəranlığına baisdir.
□ Bais olmaq – səbəb olmaq.
Bais nə oldu, ey güli-rəna, ki görmürəm; Əvvəlki iltifatlarından əsər sənin?
[Güldəstə:] Camaat arasında danışıq var ki, onun ölməyinə bais siz olmusunuz.
Atlar da, deyəsən, sahiblərinin iftixarına bais olduqlarını, duymuşdular.
// Səbəbkar, səbəb olan adam.
[Arvad:] Bais, evin dağılsın!…
Oxuyun, millətin nicatı olun; Ta əbəd baisi-həyatı olun!
[Səriyyə:] Bu işlərin də baisi Həmzə ilə anamdır.