BALACALAŞMAQ

f. Kiçilmək, xırdalanmaq, balaca olmaq. Həcmi balacalaşmaq. O, azardan sonra lap balacalaşıbdır.
– Xəlil onun irəliyə çıxmış qarnını ilk dəfə görürmüş kimi, diqqətlə baxdı: – Başın hər gün balacalaşır, qarnın böyüyür, ə, – dedi. M.Hüseyn.

// Gödəlmək, qısalmaq, yığılmaq. Köynək yuyulmaqdan balacalaşıbdır. Palto islanıb balacalaşıbdır.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BALACALAŞMAQ BALACALAŞ(N)MAQ [Xəlil:] Başın hər gün balacalaşır, qarnın böyüyür.. (M.Hüseyn); KİÇİLMƏK Bu həzin, bu qəmli, bu dərdli səsdən; Xan kiçildi, yaman, ba
  • BALACALAŞMAQ kiçilmək — xırdalanmaq

Antonimlər (əks mənalı sözlər)

  • BALACALAŞMAQ BALACALAŞMAQ – BÖYÜMƏK Bir saatın ərzində arıqlamış, balacalaşmış, ordları batmış... (M.İbrahimov); O qeyrətli uşaq böyüyüb məni hamıdan yaxşı saxlaya
BALACALAŞMA
BALACALATMA

Digər lüğətlərdə