BALACAXANIM

balaca xanım, kiçik xanım.
BALACA
BALAXANIM
OBASTAN VİKİ
Balacaxanım Hüseynova
Balacaxanım Əbdül qızı Hüseynova — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Neftlərin tədqiqi və yağların alınma texnologiyası" laboratoriyasının Baş elmi işçisi, Kimya üzrə elmlər doktoru. == Həyatı == Hüseynova Balacaxanım Əbdül qızı 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. 161 saylı Bakı orta təhsil məktəbində oxumuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirdikdən sonra təyinatla Bakı Yeni Neftayırma zavodunun “Zavod göstəricilərinin tədqiqi” laboratoriyasına mühəndis vəzifəsinə göndərilmişdir. 1967-ci ilin noyabr ayında, istehsalatdan ayrılmaq şərtilə, HüseynovaB.Ə. Azərbaycan SSR EA-ın Y.H.Məmmədəliyev adına NKPİ nəzdində “Neft kimyası və sintezi” ixtisası üzrə aspiranturaya daxil olub və 1970-ci ildə aspiranturanı bitirdikdən sonra kiçik elmi işçi vəzifəsinə təyin edilib. 1974-cü ilin fevralında B.Ə.Hüseynova “Neft kimyası və sintezi” ixtisası üzrə “Bakı neftlərinin C7-C9 turşularının quruluş və tərkibinin öyrənilməsi” mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə edib və kimya elmləri namizədi alimlik dərəcəsini alıb. 1981-ci ildə müsabiqə yolu ilə böyük elmi işçi vəzifəsinə təyin edilib. 1995-ci ildə baş elmi işçi elmi adını alıb. == Elmi fəaliyyəti == 2002-ci ildən etibarən B.Ə.Hüseynova aparıcı elmi işçi vəzifəsində çalışıb.
Balacaxanım Nəzirova
Balacaxanım Teymur qızı Nəzirova (1917 – 2006)—Azərbaycan coğrafiyaşünası, coğrafiya elmələri doktoru. == Həyatı == Balacaxanım Nəzirova Teymur qızı 1917-ci ildə anadan olub.1937-ci ildə, 20 yaşında ikən keçmiş SSRİ EA Coğrafiya sektorunun aspiranturasına daxil olan və bu günədək elmi-tədqiqat işini davam etdirən coğrafiya elmləri doktoru Balacaxanım Nəzirovanın coğrafiyaçı qadın alimlər arasında xüsusi mövqeyi var. Balacaxanım Teymur qızı elmi həyatını respublikanın torpaq ehtiyatlarının tədqiqinə həsr etmiş və bu sahədə istər elm, istərsə də elmin təsərrüfata tətbiqi sahəsində mühüm nəticələr əldə etmişdir. Balacaxanım yüksək ixtisaslı elmi kadrlar hazırlanması üçün xeyli işlər görüb. == Elmi fəaliyyəti == Nəzirova Balacaxanım Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadçı ixtisası üzrə bitirmişdir.1939-cu ildə iqtisadi coğrafiya ixtisası üzrə aspiranturaya daxil olub. 1948-ci ildə "Azərbaycan Respublikasında pambıqçılığın yerləşdirilməsinin coğrafi problemləri" mövzusunda namizədlik, 1975-ci ildə isə "Azərbaycan SSR-də kənd təsərrüfatının istehsalı inkişafının iqtisadi-coğrafi problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1938-ci ildən Azrəbaycan SSR EA sistemində işləməyə başlamışdır. 1958-ci ildə Azərbaycan EA Coğrafiya İnstitutuna gəlmiş, və iqtisadi-coğrafiya şöbəsinin rəhbəri vəzifəsində çalışmışdır. 1964-cü ildə Azərbaycan EA Coğrafiya İnstitutunda xalq təsərrüfatının ayrı-ayrı sahələrinin kartoqrafik modellərini və onların tərtibi metodikasını hazırlamış, akademik H. Əliyevin rəhbərliyi altında Azərbaycanda torpaq ehtiyatlarının iqtisadi qiymətləndirilməsi, kənd təsərrüfatının rayonlaşdırılması sahəsində genişmiqyaslı tədqiqatlar aparmışdır.