BALDIZ
BALON
OBASTAN VİKİ
Balık Bişməse rayonu
Balık Bişməse rayonu (tatar. Балык Бистәсе районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın mərkəzində yerləşir. Kama çayının sağ sahilində yerləşir. Rayonun inzibati mərkəzi Balık Bişməse şəhər tipli qəsəbəsidir. == Coğrafiyası == Rayon Layiş, Pitrəç, Teləçe, Mamadış rayonları ilə, Kuybışev su anbarı boyunca isə Çistopol və Alekseyevsk rayonları ilə həmsərhəddir. == Tarixi == Rayon 14 fevral 1927-ci ildə qurulmuşdur. 1920-ci ilə qədər olan ərazi Layiş qəzasına, 1920-1927-ci illərdə Layiş kantonuna daxil idi. 26 mart 1959-cu ildə ləğv edilmiş Kzıl-Yulduz rayonu ərazisinin bir hissəsi (rayon mərkəzi Kutlu-Bukaş kəndində olmuşdur) Balık Bişməse rayonunun bir hissəsi olur. 4 yanvar 1963-cü ildə rayon ləğv edilir, ərazisinin bir hissəsi Mamadış rayonunun, bir hissəsi isə Pitrəç rayonunun tərkibinə keçir.
Balıkesir Saat Qülləsi
Balıkesir Saat Qülləsi — Balıkesirdə Bələdiyyə parkı içində inşa edilmiş qüllə. == Tarixi == Qalanın giriş qapısındakı yazıya görə, qüllə 1827-ci ildə Silistra mütəssərrifi Mehmed Paşa tərəfindən 5 mərtəbəli olaraq inşa edilmişdir. Balıkesir saat qülləsi quruluş etibarilə Qalata qülləsinə bənzədilir. Saat qülləsi 1897-ci ildə baş verən zəlzələ nəticəsində dağılıb. Qüllə 1901-ci ildə mütəssərrif Ömər Əli bəy tərəfindən yenidən inşa edildi. 1962-ci ildə isə üzərindəki yazı bərpa edildi. == Memarlıq xüsusiyyətləri == Beş mərtəbədən ibarət inşa edilən qüllənin hündürlüyü 20 metrdir. Xudavəndigar salnaməsi və Ircıcanın arxivindən əldə olunan şəkillərlə bugünkü inşa edilən qüllə arasında heç bir fərqin olmaması, qüllənin orijinalına uyğun şəkildə inşa edildiyini göstərir. == Hal-hazırda == 27 noyabr 2013-cü ildə Zərbxana və Möhür mətbəəsi baş direktorluğu tərəfindən hazırlanan və 27 noyabr 2015-ci ildə satışı dayandırılan Balıkesir saat qülləsi xatirə sikkəsi çap edildi.
Balıktax çayı (Koletnı)
Balıktax çayı (Balıqlı çay) — Kotelnı adası ərazazisindən axan çay. İnzibati cəhətdən Rusiya Federasiyası, Yakutiya ərazisinə daxildir. Adanın ən böyük çayıdır. Çay öz adını onun sularında yaşayan balıqlardan alır. 130 metr yüksəklikdən başlayır. 209 km məsafədə uzanır. Sahəsi 4110 km² təşkil edir. Qərbinin mərkəzi hissəsindən başlayır. Şərqi Sibir dənizində yerləşən Yakov Smirniski buxtasına tökülür. Mənsəbdə qollara ayrıldığı hissədə çayın eni 110 metrdir.
Balıkəsir
Balıkəsir (türk. Balıkesir) — Türkiyənin Balıkəsir ilinin inzibati mərkəzi. Mərmərə regionunun Cənub Mərmərə bölgəsində və Egey regionundaki bəzi ərazilərdə olan vilayətin həm Mərmərə, həm də Egey dənizinə sahili var. Türkiyə daxilində isə iki dəniz ilə qonşu olan yalnız 6 il vardır. Şəhər şimal-qərbi Anadoluda yerləşir. Şərqdə Bursa və Kütahya, cənubda Manisa və İzmir, qərbdə Çanaqqala illəri ilə həmsərhəddir. Yunanıstanın Ayvalık ilçəsi ilə Lesbos adasına qonşudur. 2019-cu ilin statistik məlumatlarına görə, əhalisi 1,228,620 nəfərdir. Vilayətin sahəsi 14.583 m²-dir. Vilayətdə km² başına 82 nəfər düşür.
Balıkəsir ili
Balıkəsir ili — Türkiyənin Mərmərə və Egey bölgələrində il. İldə on doqquz ilçə var. 2008-ci il əhali sayına görə 1, 1 milyon şəxslə Türkiyənin ən sıx 17-ci ilidir. Sahəsi 14,5 min km²-dir. İnzibati mərkəzi Balıkəsir şəhəridir. Qərbi, cənub-şərqi və şərqi dağlıqdır (Kaz d.– 1774 m). == Məlumat == İlin bir qismi Mərmərə regionunda, bir qismi Egey regionundadır. Balıkəsirin həm Mərmərə dənizinə, həm də Egey dənizinə sahili var. Ərazisinin səthi çay dərləri ilə kəskin parçalanmışdır. Balıkəsir Ağ dəniz iqliminin təsiri altındadır; yayı quraq və isti, qışı soyuq və qarlı keçir.
Balıkəsirspor
Balıkəsirspor (Balıkəsir) — Türkiyənin Balıkəsir ilində futbol klubu. 1966-ci ildə yaranmışdır. Rəngləri qırmızı-ağdır. 2 dəfə Super Liqada oynamışdır. Hazırda 2. Liqada mübarizə edir.
Balıklı Məryəm Rum Manastırı
Balıklı Məryəm Rum Manastırı — İstanbulun Zeytunburnu səmtinin Balıklı səmtində yerləşən Rum Ortodoks ibadət evi. Şərqi Roma İmperatoru I Yustinian tərəfindən 559-560-cı illərdə inşa edilən bina Osmanlı İmperatorluğu dövründə zədələndiyi üçün 1835-ci ildə yenidən tikilib.
Balıkəsir Universiteti
Balıkəsir Universiteti (türk. Balıkesir Üniversitesi) — Türkiyənin Balıkəsir şəhərində fəaliyyət göstərən dövlət universiteti. 1992-ci ildə yaradılmışdır. == Tarixi == Balıkəsir Universitetinin təməli 1910-cu ildə qoyulan Karesi Müəllimlər məktəbinə gedib çıxır. Balıkəsir Dövlət Mühəndislik Akademiyası, Balıkəsir İdarəetmə və Turizm kolleci və Balıkəsir kolleci universitetin yaradılması üçün mühüm rol oynamışdılar. 1982-ci ildə 41 saylı fərmanla adı və statusu dəyişdirilən bu qurumlar Uludağ Universiteti adı ilə fəaliyyət göstərməyə məcbur idilər. Necati Təhsil İnstitutu 1981-ci ildə dörd illik “Ali Müəllimlər Məktəbi”nə çevrilmişdir. 1982-ci ildə bu qurum Necatibey Təhsil Fakültəsi adlandırıldı. Uludağ Universiteti adı ilə fəaliyyət göstərən bu qurumlar sağlam və sabit inkişaf yolu ilə Balıkəsir Universiteti üçün möhkəm bir infrastruktur yaratmışdılar. Balıkəsir Universiteti 11 iyun 1992-ci il tarixli, 21281 saylı rəsmi jurnalda dərc edilən 3837 saylı qanuna əsasən qurulmuşdur.
Balıkəsir Milliyyətçi Qüvvələr Muzeyi
Balıkəsir Milliyyətçi Qüvvələr Muzeyi — Türkiyənin Balıkəsir şəhərində Türk Milli Hərəkatı zamanı yaranmış Millətçi Qüvvələrə (türk. Kuvâ-yi Milliye) həsr olunmuş muzey. Muzey 1996-cı ildə açılıb. == Binası == Muzey iki mərtəbəli Osmanlı dəbində tikilən binada yerləşir. Hər mərtəbəsi 120 m²-dir. Binanın 1-ci mərtəbəsində muzeyin qurulmasında iştirak etmiş şəxslərin aldıqları yazılı qərarlar, qurultay qərarları, bu şəxslərin şəxsi əşyaları, Atatürkün Balıkəsirə gəlişi ilə bağlı çəkdiyi fotoşəkillər, 2-ci mərtəbədə Balıkəsir və onun ətrafında aşkar edilmiş arxeoloji və etnoqrafik əsərlər toplusu sərgilənir. == Tarixi == Muzeyin yerində olan əvvəlki bina 1840-cı ildə Karasi Sancağının xəzinədarı Giridizadə Mehmet Paşa üçün tikilmiş malikanə idi. 1900-cü ildə malikanə yanandan sonra xəzinədarın nəvəsi Xəlil paşa yeni malikanə tikdirir. Türkiyə İstiqlaliyyət müharibəsi zamanı bina yerli millətçi qüvvələrin görüş yeri kimi xidmət edirdi. İzmirin işğalının ertəsi günü Balıkəsirlilərin bu binaya toplaşaraq Qərbi Anadoluda silahlı mübarizə aparmaq qərarına gəldiyi üçün böyük tarixi əhəmiyyətə malik olan bu bina İkinci Dünya müharibəsi illərində uzun müddət korpusun qərargahı kimi istifadə olunurdu.
Balıkesir
Balıkəsir (türk. Balıkesir) — Türkiyənin Balıkəsir ilinin inzibati mərkəzi. Mərmərə regionunun Cənub Mərmərə bölgəsində və Egey regionundaki bəzi ərazilərdə olan vilayətin həm Mərmərə, həm də Egey dənizinə sahili var. Türkiyə daxilində isə iki dəniz ilə qonşu olan yalnız 6 il vardır. Şəhər şimal-qərbi Anadoluda yerləşir. Şərqdə Bursa və Kütahya, cənubda Manisa və İzmir, qərbdə Çanaqqala illəri ilə həmsərhəddir. Yunanıstanın Ayvalık ilçəsi ilə Lesbos adasına qonşudur. 2019-cu ilin statistik məlumatlarına görə, əhalisi 1,228,620 nəfərdir. Vilayətin sahəsi 14.583 m²-dir. Vilayətdə km² başına 82 nəfər düşür.