Aleksandr Bannerman
Ser Aleksandr Bannerman (ing. Sir Alexander Bannerman; 7 oktyabr 1788, Aberdin – 30 dekabr 1864) — Şotlandiya tüccarı, şərabsatanı, siyasətçisi, Böyük Britaniya müstəmləkə qubernatoru.
== Həyatı ==
=== Ailəsi ===
Aleksandr Bannerman 7 oktyabr 1788-ci il tarixində Böyük Britaniyaya daxil olan Şotlandiyanın Aberdin şəhərində anadan olmuşdur. "Sendi" (Sandy) olaraq tanınan Aleksandr Bannerman Tomas Bannermanın oğludur. Tomas Bannerman Şotlandiyanın Aberdin şəhərinin tanınmış biznesmeni idi. Onun uğurlu bir şərab biznesi, eləcə də ticarət və balina ovu sahələrində böyük gücü var idi. Bannerman şəhərin prorektor olaraq fəaliyyət göstərirdi və 1837-ci ildə o, Marişal Kollecinin dekanı seçilmişdir.
Aleksandr Bannerman 1825-ci ildə Marqaret Qordon ilə evlənmişdir. Onun bioqrafı Qordonu "Karlaylın ilk eşqi" adlandırmışdır. Tanınmış Tomas Karlayl Marqaret Qordonun "zəkasına və idrakına cəlb olunmuşdu".