BAPTİ́ZM

[ yun. ] Xristian təriqətlərindən birinin adı.
BAPTİ́ST
BAR₁₀
OBASTAN VİKİ
Baptizm
Baptizm — xristian protestant məzhəbidir. Yunan dilindən tərcümədə "suya batırmaq, suda vəftiz etmək" mənasını ifadə edən baptizmin meydana gəlməsi konkret bir ölkə ilə əlaqədar olmamışdır. == Tarixi == Baptizmin yaranması prosesi Hollandiyada başlamış, İngiltərədə isə başa çatmışdır. Baptistlər öz tarixlərinin Yəhya peyğəmbər və İsa Məsihin dövründən başladığını iddia etsələr də, tarixi qaynaqlar onun XVII əsrin əvvəllərində ortaya çıxdığını təsbit edir. Baptistlərin ilk icmasının əsası 1609-cu ildə Amsterdamda qoyulmuşdur. Onun üzvləri özlərini bu vaxt baptist adlandırmasa da, yeni dini cərəyanın bünövrəsini qoymuşlar. Yetkin insanın şüurlu şəkildə öz etiqadını müstəqil müəyyənləşdirməsi və vəftiz edilməsi ideyalarını müdafiə etmişlər. Onlar siyasi əqidələrinə görə təqib edildiyindən İngiltərədən Hollandiyaya köç etmiş kalvinçi immiqrantlar idi. 1606-cı ildə İngiltərədə kilsə əleyhinə yönəlmiş hərəkat nəticəsində ölkəni tərk etməli olan kalvinçilər Hollandiyada müstəqil iki qrup kimi fəaliyyətlərini davam etdirmişlər. Con Robinsonun başçılıq etdiyi qrup Hollandiyanın Leyden şəhərinə, digər qrupa rəhbərlik edən Con Smit (1570-1612) isə Amsterdam şəhərinə sığınmış və orada müstəqil kilsələrini quraraq fəliyyət göstərmişlər.

Digər lüğətlərdə