Bozqır belibağlısı
Çöl belibağlısı (lat. Circus macrourus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin belibağlı cinsinə aid heyvan növü.
== Kateqoriya və statusu ==
(III-VU). Həssas, sayı azalmaqda olan növdür.
== Qısa təsviri ==
Qarğadan az böyük, amma zərif qamətli quşdur. Erkəyinin bel tərəfi mavi-boz, döşü və qarın hissəsi ağdır. Üz dairəsi bayquşu xatırladır, özü isə qağayıya oxşayır. Qanadlarının altı təmiz ağdır. Dişisinin bel tərəfi tutqun rənglidir.
== Yayılması ==
Avropada və Asiyada nəsil verir, Asiyanın cənubunda və Afrikada qışlayır.