BİLDİRÇİNBAZ is. [ fars. ] Əyləncə üçün bildirçin saxlayan adam, quşbaz. [Süleyman bəy:] Aləm bilir ki, mən bildirçinbazam. Ə.Haqverdiyev. Mollaxanadan qovulan gündən etibarən uşaq fikrini qumarbazlıq, … bildirçinbazlıq, itbazlıq və bu kimi işlərə verərdi. H.Sarabski.