1. Tədbir, sərəncam, çarə, çıxış yolu. Bu xüsusda bir binagüzarlıq lazımdır.
– [Mirzə İsmayıl:] Rəcəb kəndxuda, binagüzarlıq səninlədir.
2. Rəsmi tapşırıq, əmr, qərar, qanun, sərəncam.
□ Binagüzarlıq etmək – 1) tədbir görmək, çarə etmək, çıxış yolu tapmaq.
[Divanbəyi:] Ey, Kamalov, mən gərək yurdumuza qayıdıb, quldurları axtarmaq üçün binagüzarlıq edəm.
Bu işə təcili binagüzarlıq etmək üçün çalışmaq yoldaş Cəmilə tapşırılır… Mir Cəlal; 2) qanun vermək, qərar çıxartmaq;
// tapşırıq vermək, sərəncam vermək.
İstənilən qüvvənin tezliklə göndərilməsinə binagüzarlıq edəsiniz.
Artırmanın qabağında binagüzarlıq edən yüzbaşı hərdən ağasına dadlı bir təbəssümlə müraciət edir.
Qoy Kruçininə pərdəni açmaq üçün binagüzarlıq eləsin.