BİRDƏN

BİRDƏN O [Fərzəli] birdən əlini atıb Qaçayın qolundan tutdu (S.Rəhimov); ANSIZIN Xanın Naxçıvan səfəri nəticəsində sakit görünən çöhrəsi, ansızın qopan bir küləkdən dalğalanan meşə kimi səyrildi, qırışdı, bığlarını ağzına doldurub, hirsindən çeynəməyə başladı (Çəmənzəminli); GÖZLƏNİLMƏDƏN Gözlənilmədən verilən bu sual Şahinin başında ildırım kimi çaxdı (B.Bayramov); XAN (dial.) Oturmuşdux öydə, Vəli xan girdi içəri (ADDL); İTTİFAQƏN Rəşad: İttifaqən Qurbanqulunun bacısı azarlayır (T.Ş.Simurğ); QƏFLƏTƏN Həmən yay sarsıldı, o silkələndi; Rüstəmin qəflətən tutulmasından (B.Vahabzadə); LAPDAN Artıq o Kazım, aydın görürdü ki, lapdan yaxalanıb boğulan gözətçi, özü kimi dünən muzdur olub... (B.Bayramov); NAGAH Fitneyi-iblisi-məlun oldu nagəh aşikar (M.Ə.Sabir); QƏFİLDƏN Kişi qəfildən onun başının üstünü kəsdirən adamı əvvəlcə tanıya bilmədi (İ.Şıxlı).

BİRDƏFƏLİK
BİRDİBLİ

Digər lüğətlərdə