BİRDİBLİ zərf Həmişəlik, qəti, birkərəlik. [Feyzi:] İndi ki belədir, deyirəm, elə birdibli boşan, get!… Ə.Haqverdiyev. [Kazım:] – Eh, cəhənnəmə ki!… Budur şah gəldi, odur şah gəldi, daha qulağımız dolubdur, – dedi. – Gəlir gəlsin. Mus-mus deyincə, birdibli Mustafa deyib canımızı alsın, qurtarsın… Çəmənzəminli.