1. Arası kəsilmədən, aramsız, arada durmadan, dayanmadan. Birnəfəsə danışmaq. Birnəfəsə qışqırmaq. Birnəfəsə yüyürmək.
– Mən bu əsəri … böyük bir ləzzətlə və birnəfəsə axıra qədər oxudum, gənc qələm yoldaşıma minnətdarlıq hissi ilə jurnalı bükdüm.
// İstirahət etmədən, ara vermədən, tənəffüs etmədən. Səhərdən axşama qədər birnəfəsə işləyir. Birnəfəsə danışmaq.
2. Hamısını birdən, tələsik. Birnəfəsə yemək. Bütün suyu birnəfəsə içdi.
– Kişi parçı birnəfəsə başına çəkdi.