BİZLƏMƏK

f.
1. Biz ilə deşmək, biz soxmaq, biz ilə deşik-deşik etmək, yaxud biz batırmaq.
2. məc. Təhrik etmək, məcbur etmək, tovlamaq.
[İsgəndər:] Bacılar hərə bir yandan səni bizləyəcəklər ki, “dinmə, kəs səsini, xortdan gələr, səni aparar”. C.Məmmədquluzadə.

3. Bədəninə iti bir şey batıraraq tələsdirmək, yeyin getməyə məcbur etmək.
İlyas uzunqulağı bizləyib, üzüaşağı çaya tərəf sallandı. S.Rəhimov.
Qulam dayı özünü toplayıb cəsarətləndi, eşşəyi daha da möhkəm bizlədi. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BİZLƏMƏK tovlamaq
  • BİZLƏMƏK deşmək — soxmaq — batırmaq
BİZLƏMƏ
BİZLƏNMƏ

Digər lüğətlərdə