BƏSDƏŞMƏX’
BƏSRƏT
OBASTAN VİKİ
Aşıq Bəsdi
Aşıq Bəsti (tam adı:Bəsti Kərbəlayı Bayraməli qızı; 1836, Lev – 1936, Lev, Kəlbəcər rayonu) — XIX əsrin tanınmış qadın Azərbaycan aşığı. == Həyatı == Aşıq Bəsti 1836-cı ildə Kəlbəcərin Lev kəndində dünyaya gəlib. Təhsil almasa da ağılı və hazırcavablığı ilə seçilib. Aşıq Ələsgər, Ağdabanlı Aşıq Qurban kimi ustad aşıqların şeir məclislərində tez-tez iştirak edirmiş. Aşıq Bəstinin özünün də çoxlu şagirdləri olub. == Yaradıcılığı == Əsasən bayatı, gəraylı, qoşma və ağılar yazıb. Onun həyatı çətinliklərlə dolu olub. 17–18 yaşlarında bir çobanı sevmiş, amma bəylər çobanı qətlə yetirdiyindən bu sevgi vüsala çatmadan tamamlanmışdır. Bu hadisədən sonra ata-anası onu ərə vermək istəmişlərsə də, o ömrünün sonuna qədər ərə getməmişdir. Şeirlərinin əsas mövzusunu haqsızlıqlardan şikayət, zülmkarlara üsyan motivləri təşkil edir.
Bəsdir, ağlama! (film, 1999)
== Məzmun == Film Qarabağ müharibəsində ermənilərə əsir düşmüş azərbaycan əsgərlərinin, qadınlarının əzab-əziyyətli günlərindən danışır. == Film haqqında == Filmin çəkilişlərinə Şamaxı bölgəsi Kərkəng kənd sakinləri köməklik göstərmişdir.