CƏBR₁

is. [ ər. ] Zor, zor işlətmə, zülm.
Fələkin cəbrindən, el tənəsindən; Dərdim artıb, bir ümmana dönübdü. Aşıq Ələsgər.
[Sönməz:] Xalq ərəblərin cəbrindən qurtarmaq üçün odlardan kömək istəyir. C.Cabbarlı.
Əvvəl gündən sevmədim cəbri və belə cəbrli şeyləri xoşlamadım. R.Rza.

□ Cəbr çəkmək – cəzasını çəkmək.
Zeynal [Qadir üçün] cəbrindir çək (dedi)… Ə.Əbülhəsən.

Cəbr etmək (eləmək) – zor işlətmək, zülm etmək. Əzizim cəbr eylədi; Yar yara cəbr eylədi.
Sağ olsun ürəyim ki; Bir belə səbr eylədi. (Bayatı).

// Zorla məcbur etmək.
[Tarverdi:] Namaz, bura gəl, bilirsənmi, cəbr eləmə, görürsən ki, qorxurlar, dəxi niyə qısnayırsan? M.F.Axundzadə.

Cəbrə düşmək – zora düşmək, əziyyət çəkmək.
[Muxtar Firəngizə:] Arvad kişinin yanında olsa, iş də bu qədər artmaz, arvad da bir belə cəbrə düşməz… B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CƏBR I CƏBR (riyaz.), HESAB II cəbr bax güc
  • CƏBR zor — güc

Omonimlər

  • CƏBR CƏBR I is. [ ər. ] riyaz. Riyaziyyat elmlərindən birinin adı. Bu cəbr, həndəsə bilməm nə demək? Uğraşan beynini incitmiş olur (H

Etimologiya

  • CƏBR Ərəb sözüdür, icbari, məcburi sözləri ilə kökdaşdır, “əziyyət” anlamında işlə­di­lir. Riyazi elmlərdən olan cəbr fənni də çətin mənimsənildiyindən (əz
CƏBHƏÇİ
CƏBR₂

Digər lüğətlərdə