CAİZ

sif. [ ər. ] Hər hansı bir baxımdan edilməsinə, görülməsinə, işlənməsinə icazə verilən; icazəli, rüsxətli, ən münasib, ən uyğun.
[Xacə] fikir etdi ki, qibleyi-aləmin sualında həqiqəti gizlətmək caiz deyil. M.F.Axundzadə.
[Əbülhəsənbəy:] Eşq, məhəbbət məktubunu gündüz yazmaq caiz deyil! – dedim, – onu gecə saat birdən sonraya buraxmalısan. M.S.Ordubadi.
[Səfi bəy:] Həcər xanım, düşmənin ailəsinə mərhəmət etmək caizmidir? S.S.Axundov.

□ Təbir caizsə, təbir caiz görülsə köhn. – əgər belə demək olarsa.
Təbir caiz görülsə, demək olar ki, Hacı Aslan bu küçənin can damarı misalında idi. S.Hüseyn.

CAHİLLİK
CALAQ
OBASTAN VİKİ
Caiz
Caiz [جائص ] – icra edilməsində dini hökmlərə əks olmayan, günah olmayan şeylər. Hər hansı bir şeyin, yaxud hərəkətin caiz olması islam dinində ilk növbədə Quranla, sonra hədislərlə, sonra isə müsəlman fəqihlərinin rəylərinə əsasən müəyyən olunur. Caiz sözü azərbaycan dilində daha çox islam fəlsəfəsi mətnlərində işlədilir. Kəlmənin kökündə olan cəzə [جاص ] felindən azərbaycan dilində geniş yayılan icazə sözü də əmələ gəlmişdir. Ərəb dilində icazə sözünün feli IV babda əcəzə felidir. İcazə sözü onun məsdəridir. Ərəbcədə müənnəs qadın cinsini bildirən -ətun şəkilçisi azərbaycan dilinə qısa ə olaraq keçmişdir [Müqayisə et: ər. icazətun – az. Icazə; ər. idarətun – az.

Digər lüğətlərdə

ажиота́жный выга́чивание кхе́кание не о́чень-то поскрёбки ригористи́чный слабоду́шие сто́лпник шалбе́р шело́н демонта́ж куро́ртник нумерова́ние разгра́бить рассе́яться тёмный хорме́йстер ердань developer dyspeptic grating jungled mangel правнучка прислушаться