CALĞA

I
(Balakən, Xanlar, Qazax, Mingəçevir, Oğuz, Şamaxı, Şəki, Zaqatala)
1. calaq, peyvənd (Qax, Şəki). – Yaxşi calğa əzgilimiz var (Şəki)
2. calaq olunmuş tut ağacı. – Calğa bu yerrərdə çox olur (Oğuz); – Qavalax calğaların divindo:lur <dibində olur> (Xanlar); – Eşiyin qava:ndaki calğadan düz üş tehnə tut çıxır (Şəki)
II
(Cəbrayıl, Zəngilan)
qarğıdan tikilmiş evlərdə və kümxanalarda dirəklərin üzərinə (hasarına) qoyulan uzun tir. – Kümün (b a x məna) calğası sındı, altına ayrı dirəx’ vırdıx (Zəngilan); – Cavısdana saf calğa lazımdı (Cəbrayıl)
III
(Təbriz)
dolça. – Calğada su içəllə
CALAMMAX
CALXAX
OBASTAN VİKİ
Aşağı Calğan
Aşağı Calğan - Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. 1886-cı ildə yuxarı və aşağı Calğanın toplam əhalisi 53 evdə 137 nəfəri kişilər, 134 nəfər isə qadınlar olmaqla 271 nəfər sünni islam etiqadlı Azərbaycan tatarından ibarət idi. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 2,139 nəfər azərbaycanlı yaşamaqda idi. Etiqad baxımından kənd əhalisi müsəlmanlardan ibarətdir.
Calğan
Aşağı Calğan
Calğan dağı
Calğan dağı (Calğan-Tau, Calğan-Dağ) — Sabnova-Calğan silsiləsində, Böyük Qafqazda yerləşən zirvə. İnzibati cəhətdən Rusiya Federasiyası Dağıstan Respublikası Dərbənd rayonu ərazisində yerləşir. Hündürlüyü 585 metrdir. == Coğrafi yerləşmə == Dağ Dağıstan Öndağlığı ilə dəniz kənarı ovalıq arasında qərarlaşır. Dağdan aşağıda Dərbənd şəhəri yerləşir. == Geologi quruluşu == Calğan-Mekax antiklinalına daxildir. Üst-Miosen suxurları üstünlük təşkil edir. == Bitki örtüyü == Dağın ətəklərindən yarımsəhra lanşaftının birdən meşə lanşaftına keçməsini müşahidə etmək olur. Bu isə zirvəuə doğru yağıntının miqdarının artması ilə əlaqədardır (Dərbənd — 171 mm, Calğan — 262 mm). Burada palıd, heyva və digər bitkilər meşə əmələ gətirir.
Yuxarı Calğan
Yuxarı Calğan - Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. 1886-cı ildə yuxarı və aşağı Calğanın toplam əhalisi 53 evdə 137 nəfəri kişilər, 134 nəfər isə qadınlar olmaqla 271 nəfər sünni islam etiqadlı Azərbaycan tatarından ibarət idi. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 746 nəfər azərbaycanlı yaşamaqda idi. Etiqad baxımından kənd əhalisi sünni müsəlmanlardan ibarətdir. == Mənbə == Единый школьный портал Министерства образования и науки Республики Дагестан: средняя школа села Верхний Джалган Дербентского района Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine: История образования села Джалган.

Digər lüğətlərdə

беспросы́пно вы́клеиться догоре́ть недозре́ть пелёнка перепры́гнуть поцелу́йный та́кание боронова́ть злоязы́чник именова́ться канта́тный колле́кторский травести́ фильтрова́ние Avernal conshie diminutival extracurial swabber zoom lens докармливать зашелестеть накаркать стремнина