CANLI

sif.
1. Diri, sağ, yaşayan (ölü ziddi). Canlı orqanizm. Canlı hüceyrə.
– Ucalan heykəl canlı bir insan kimi görünürdü. S.Rəhimov.

// is. mənasında. Diri adam (heyvan), sağ adam (heyvan).
Bu kəndə getsən, ancaq arvad, uşaq və qoca kişilərdən başqa bir canlı görməzsən. Ə.Haqverdiyev.
Mən də bir insanam, mən də canlıyam; Mənim də qəlbimin arzuları var! S.Vurğun.

// məc. Əbədi, daimi, ölməz. Canlı obraz.
// Qurumamış, solmamış, tər. Canlı çiçəklər. Canlı ağac.
2. Canlılar və bitkilər aləminə mənsub olan; orqanik, üzvi. Canlı təbiət. Canlı materiya. Canlı aləm.
– Uşaq canlı həyatı daha yaxşı görməlidir. S.Rəhimov.

// İnsanlardan, heyvanlardan ibarət olan. Canlı qüvvələr. Düşmənin canlı qüvvələri tükənmişdir.
3. İri, yekə, zorba, möhkəm, qüvvətli. Kabab qanlı, igid canlı. ( Ata. sözü ).
Dəmirçioğlu atasından gizlin bir canlı kotan zəncirini də götürüb toqqa əvəzinə belinə bağladı, Çənlibelə tərəf yola düşdü. Koroğlu”.
Novruz 30 yaşında, gödəkboy, canlı bir oğlan idi. N.Nərimanov.
Yaşıl, düz və canlı qələmə ağacları baş-başa verib elə ucalır ki, deyərsən, bunlar havadan, günəşdən doymur. Mir Cəlal.

4. məc. Fəal, qızğın, coşqun, işgüzar. Canlı söhbət başlandı. Məşğələ çox canlı keçdi.
– Azərbaycan … ədəbiyyatı canlı bir yaradıcılıq həyatı keçirir… M.İbrahimov.
İclas çox canlı keçdi. H.Seyidbəyli.

// Canlılıq, həyat, maraq ifadə edən; ifadəli. Canlı gözlər. Canlı baxış. Canlı sifət.
5. məc. Güclü, parlaq. Canlı üslub. Canlı boyalar. Canlı təxəyyül.
[Cəmaləddin:] Ailəsi xüsusunda söyləyəcəyim sözlər [Mirzə Rzanın] mətanət və sədaqətinə bir canlı sübut olacaqdır. C.Cabbarlı.
Kənd həyatında, təbiətin o zəngin və geniş qucağında nə qədər canlı lövhələr, unudulmaz xatirələr vardır! A.Şaiq.
Usta bu fikri bir çox canlı misallarla uşaqların beyninə yeridirdi. Ə.Sadıq.

6. Diribaş, hərəkətli, çevik, qıvraq. Canlı uşaq.
◊ Canlı çiçək – təzə dərilmiş təbii çiçək.
[Sevda:] Ah, harda o dilbər kələbəklər; Burdan süzülən canlı çiçəklər. H.Cavid.

Canlı dil1) kitab dilindən fərqli olaraq xalqın danışdığı dil.
Səmədin … ədəbi dili təşbehlər, idiomlarla dolu canlı xalq dilidir. O.Sarıvəlli;

2) bir xalqın ünsiyyət vasitəsi olan dil. Canlı Şərq dilləri.
Canlı əlaqə1) insanların özləri tərəfindən həyata keçirilən əlaqə. Telefon vasitəsilə əlaqədən başqa, canlı əlaqə də lazımdır;
2) sıx, daimi, bilavasitə. Canlı əlaqəni davam etdirmək. Məktəblə canlı əlaqə yaratmaq.
Canlı inventar – işlək və südlük mal-qara.
Canlı qüvvə – adamlar və heyvanlar (mexaniki qüvvə, texnika qarşılığı olaraq).
Canlı söz – yeni, maraqlı fikir ifadə edən və dinləyiciyə nüfuz edən danışıq haqqında. Adamlara canlı söz demək lazımdır.
Canlı tarix – tarixi, keçmişi hadisələri, real varlığı əyani surətdə əks etdirən şey haqqında.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CANLI canlı bax diri
  • CANLI diri — sağ
  • CANLI həyati
  • CANLI kök — yoğun
  • CANLI sağlam — gümrah — qıvraq
  • CANLI güclü — qüvvətli

Omonimlər

  • CANLI CANLI I sif. Güclü, qüvvətli, sağlam; yoğun. CANLI II is. Diri, ölməmiş. Xəzərdə canlı varmış; Onu ikiayaqlı canlılar; Qırıb qurtarmış (M

Antonimlər (əks mənalı sözlər)

  • CANLI CANLI – ÖLÜ Əlbəttə, bu işdə əsas canlı şahid Məmmədağa idi (C.Əmirov); Nə ölüyə hay verir, nə diriyə pay (Ata
CANLATMAQ
CANLI-CANSIZ
OBASTAN VİKİ
Canlı orqanizm
Orqanizm (lat. organismus – qururam, q.yun. ὄργανον − alət) — diri orqanizm, diri varlıq, canlı orqanizm, canlı varlıq — biologiya sahəsində heyvan, bitki, kif, mikrob kimi tək bir vücud əmələ gətirən yekdil sistemdir. Hüceyrədən ibarət olub, qeyri-canlı materiyadan onu fərqləndirən amillərə malik olan bioloji vücuddur. Bilinən bütün orqanizmlər bu xarakterlərin bir çoxuna sahibdir: nizamlılıq, böyümə və bölünmə, inkişaf, çoxalma, maddələr mübadiləsi, qıcıqlanma, uyğunlaşma (adaptasiya) və xarici mühitlə daxili mühitin fiziki və kimyəvi tarazlığını saxlama (hemostaz). Biologiyanın əsas predmetidir. == Orqan == Mənşəyinə, quruluşuna və yerinə yetirdiyi funksiyalara görə bir-birinə oxşar hüceyrələr və hüceyrəarası maddələr birləşib toxumanı əmələ gətirir. Orqan (üzv) bədənin müəyyən forması, quruluşu, yeri olan, bir və ya bir neçə funksiyanı yerinə yetirən hissəsinə deyilir. Orqanların bir qismi bədən boşluğunda yerləşir ki, bunlara daxili orqanlar deyilir. Hər bir orqan bir neçə toxumadan əmələ gəlmişdir, lakin bunlardan biri həmişə çoxluq təşkil edir və orqanın əsas funksiyasını müəyyən edir.
Canlı sədd
Canlı sədd (ing. Human shield) — düşməninin döyüş hədəflərinə hücumun qarşısını almaq üçün, döyüş hədəfləri daxilində və ya ətrafında qeyri-döyüşçülərin qəsdən yerləşdirilməsini izah edən hərbi və siyasi termin.
Canlı Naxışlar (1987)
Canlı konsert (albom)
Canlı konsert – Azərbaycan Respublikasının əmədar artisti, müğənni Abbas Bağırovun Gəl adlı konsertində səslənən ifalardan ibarət canlı albomu. == Albom haqqında == 20 musiqi nömrəsi daxil olan albomda instrumental ifalarla yanaşı, Abbas Bağırov, Rauf Hacıyev, Vaqif Gərayzadə, Tofiq Quliyev, Fikrət Əmirov, Nailə Mirməmmədli, Niyazinin bəstələri yer alır.
Canlı Tereza (film, 1939)
Canlı Tereza (it. La Vispa Tereza) — 1939-ci ildə Roberto Rossellini tərəfindən çəkilmiş qısametrajlı dramatik filmdir. == Xarici keçidlər == Canlı Tereza — Internet Movie Database saytında.
Canlı naxışlar (film, 1987)
Canlılarda qidalanma
Canlılarda qidalanma — orqanizmlərdə gedən bioloji proseslərin hər biri üçün müəyyən enerji lazımdır. Enerji isə qidalanma ilə ödənilir. Bütün canlılar yaşamaq üçün qidalanmalıdırlar. Qida maddələri orqanizmin qurulmasına sərf olunur, onu böyümə və inkişaf üçün gərəkli enerji ehtiyatı ilə təchiz edir və bütövlükdə orqanizmin həyat fəaliyyətini davam etdirməsinə təminat yaradır. Qidalanma formalarına görə canlıları, əsasən, 2 qrupa ayırırlar. Bu qruplar da hər biri özlüyündə iki qrupa bölünür. == Bitkilərdə qidalanma == Bütün canlılar kimi bitkilər də qidalanırlar. Qidalanma bitkilər üçün onların yaşamasını təmin etməklə bərabər, bitkilərin bizim həyatımız üçün vacib olan funksiyaları həyata keçirməsini də təmin edir. Yabanı bitkilər insanların iştirakı olmadan qidalanmasını təmin edir. Bəzi bitkilər, xüsusilə kənd təsərrüfatı bitkilərinin qidalanmalarını insan idarə edə bilir.
Canlılarda qıcıqlanma
Canlılarda qıcıqlanma — xarici və ya daxili baş verən dəyişikliklərə verilən cavab reaksiyasıdır. Bir orqanizmin ətrafında baş verən dəyişikliklərə cavab vermək qabiliyyəti elmi termin kimi əsəbilik olaraq bilinsə də, ancaq bu xüsusiyyəti həssaslıq olaraq da düşünə bilərik. Canlı orqanizm sağ qalmaq üçün ətraf mühitdəki dəyişikliklərə cavab verməli və uyğunlaşmağı bacarmalıdır. Küsdüm bitkisində şiddətli külək, zədələnmə, yüksək temperatur, işıq intensivliyinin dəyişməsi, yarpaqlara edilən mexaniki təsir yarpaqların ani olaraq bükülməsinə səbəb olur. Bitkinin gövdəsinə təsir etdikdə isə bu proses əksinə gedir. Yem axtaran heyvan düşməninin yaxınlaşdığını görəndə bir anlıq dayanır və sonra sürətlə qaçmağa başlayır. == Qıcıqlanmanın mexanizmi == Küsdüm bitkisinin yarpaqlarının xarici qıcıqlara cavab verməsi, antilopun düşmənindən uzaqlaşması mexanizm qıcıqlanma adlanır. Canlıların quruluşu mürəkkəbləşdikcə qıcıqlanmalarda mürəkkəb mexanizim üzrə baş verir. Canlılar yaşamaq üçün mühit amillərinə müəyyən reaksiyalar verir və qarşılarına çıxan maneələri dəf etməyə çalışırlar. Maneələri dəf etmək qabiliyyətləri olmadıqda onlar məhv olurlar.

Digər lüğətlərdə

бессчётный выре́зываться наутю́жить передёргивание проко́сный пропаганди́роваться ретрогра́дка тереби́льщица улыба́ться бе́глый вы́явиться двоето́чие коче́вники псо́вина реги́стровый слогово́й бязь козобан indicium stroke-oar бравый великорус вольтаж высоконравственный спиральный