1. Məxfi materialları gizli surətdə öyrənib başqalarına çatdıran şəxs.
Fəhlələr, Şendrikov qardaşlarının casus olduqlarını söyləyəndə bəzi yoldaşlar buna şübhə ilə baxırdılar.
[Bağırxan:] O gedərkən tapşırdı ki, burada ehtiyatlı dolanaq. Arandan gələn hər yad adamı dövlət casusu hesab edək.
// dan. Birini addım-addım izləyən, hər hərəkətinə göz qoyan, pusan adam haqqında.
[Sona:] Casusların ən başçısını tanıdım.
Yasavulbaşı bu köhnə casusu [topalı] görən kimi canına lərzə düşdü.
2. məc. Xəbərçi, şeytançılıqla məşğul olan.
Məşədinin dostu bir parça ağ kağızda karandaşla casus adlandırdığı tələbənin karikaturasını çəkib, onun altında “casus!” sözünü yazdı…