1. Güclənmək, şiddətlənmək, artmaq, gurlamaq, kükrəmək. Sel coşub-daşır.
– Bu çay coşub-daşanda nə qanlar eləməmişdi.
Külək də birdən əsdi; Coşdu-daşdı dalğalar.
[Camal:] Qorxma, uçmaz, dəniz nə qədər coşub-daşsa da, heç nə eləyə bilməz.
2. bax coşmaq 2-ci mənada.
Bu söz üzərinə şişman adam coşdu-daşdı, ağzı köpüklənərək: – Bu sözün sənə neçəyə mal olacağını bilmirsən?
3. məc. Bir şeyin çoxluğunu, güclü təzahürünü bildirir. Tarlada iş coşub-daşır. Bu əlamətdar günlərdə xalqın yaradıcılıq əzmi coşub-daşır.