Pinus coulteri
Pinus coulteri (lat. Pinus coulteri) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Cənubi Kaliforniya dan Monte Diabloya qədər sahilyanı dağlarda, quru yamaclarda və çınqıllarla örtülmüş təpələrdə tək-tək və ya kiçik qruplarla bitir, sahilyanı rayonlarda, dəniz səviyyəsindən 800-1500 m hündürlükdə zolaqlar əmələ gətirir. Hündürlüyü 40 m-ə, gövdəsinin diametric 120 sm-dək olan ağacdır. Qabığı qalın, tünd qonur, dərin şırımlı, enli, hamar hissəlidir. Budaqları yuxarı qalxandır. Çətiri ensiz, pyramidal olub, simmetrik deyildir. Zoğları qalın, qonur rəngli olub, bir neçə
Buğumarasından ibarətdir, xırda yarpaqları qırışlı qalıqlıdır. Tumurcuqları iri, yumurtavarı olub, ucu bizdir, uzunluğu 4 sm-ə qədərdir, möhkəm yapışmış qabıqlıdır. İynəyarpaqların uzunluğu 15-30 sm-dir, tünd-mavi-yaşıldır.